DYP-dən istilərlə bağlı sürücülərə XƏBƏRDARLIQ

DYP-dən istilərlə bağlı sürücülərə XƏBƏRDARLIQDİN-in Baş Dövlət Yol Polisi İdarəsi isti hava şəraiti ilə bağlı yol hərəkəti iştirakçılarına müraciət edib.
İdarədən bildirib ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən havanın temperaturunun ötən günlərlə müqayisədə artacağı, xüsusilə Abşeron yarımadasının həftənin sonunadək isti hava dalğasının təsiri altında olacağı gözlənilir.
Bildirilib ki, mütəxəssislərin də qeyd etdiyi kimi havanın yüksək temperaturu insanda başgicəllənmə, əzginlik və süstlük hissi yaradır. Bu da uzun müddət fasiləsiz avtomobil idarə edən sürücülərin diqqətinin yayınmasına, onların ətrafdakı prosesləri vaxtında və ya düzgün qiymətləndirə bilməməsinə səbəb olur.
Qeyd olunanları nəzərə alaraq, Baş Dövlət Yol Polisi İdarəsi uzaq məsafələrə səfərə hazırlaşan, eləcə də əsasən günorta saatlarında avtomobil idarə edən sürücülərə müraciət edərək onları nəqliyyat vasitələrinin texniki vəziyyətinə diqqət yetirməyə, yolboyu qaydalara ciddi riayət etməyə, yorğun, yuxusuz halda sükan arxasına əyləşməməyə, günün nisbətən sərin vaxtlarında yola çıxmağa, 2-3 saatlıq fasiləsiz hərəkətdən sonra DYP-nin stasionar postlarında dayanaraq qısa müddətə istirahət etməyə çağırıb.
Sərnişinlərin də isti havalarda sürücünün əhval-ruhiyyəsinə diqqət yetirmələri, onların əzgin, yuxulu və ya digər səbəblərdən nəqliyyat vasitəsini idarə etməkdə çətinlik çəkdiyini hiss etdikdə hərəkətin dayandırılmasına çalışmaları tövsiyə olunub. / azxeber.com

Sosial       Tarix: 08 avqust 2023
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

Üç övladı olanların nəzərinə: 420 manat ala bilərsiniz

Üç və daha çox övladı olan ailələrin çoxuşaqlı ailə kimi tanınması nəzərdə tutulur. Bununla bağlı təklif irəli sürən Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov bildirib ki, dəyişikli

Dünya bazarında neft bahalaşdı

Dünya bazarında neftin qiymətində artım qeydə alınıb. xəbər verir ki, ICE London birjasında "Brent" markalı neftin bir barelinin qiyməti 68 sent bahalaşaraq 95,33 dollara yüksəlib. NYMEX birjasında isə "Light"

Aysel keçmiş həyat yoldaşına dəstək oldu - FOTO

Xəbər verdiyimiz kimi, Xalq artisti Murad Adıgözəlzadə xərçəng xəstəliyindən əziyyət çəkir. xəbər verir ki, bununla bağlı Prezidentin köməkçisi Anar Ələkbərov instaqram səhifəsində paylaşım edib. M.Adıgözəlzadənin keçmi

Sabah bu ərzilərdə işıq olmayacaq

Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması, artan yük tələbatının qarşılanması məqsədilə sentyabrın 4-də Bakıda, Abşeronda və Cəlilabadda bir sıra yaşayış məntəqələrinin elektrik şəbəkələrind

Bakıda plyonkalı maşını saxlayan polislər daha iki cinayəti aşkarladılar

Bakının Xətai rayonunda 44 yaşlı Mustafa Əfəndiyev saxlanılıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin məlumatına istinadən xəbər verir ki, Xətai Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları profilakti

Ağdamda traktor minaya düşüb

Ağdam rayonunda traktor şum işləri apararkən minaya düşüb. Hadisə rayonun Sarıcalı kəndində baş verib. İlkin məlumatlara görə, traktor texnika əleyhinə minaya düşüb. Partlayış zamanı texnikaya ciddi ziyan dəysə də, sürücünü

Bu avtomobillər 600 manatdan satışa çıxarılır

Azərbaycanda dövlət qurumlarının balansında olan müxtəlif nəqliyyat vasitələri hərraca çıxarılacaq. xəbər verir ki, hərrac Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfində

Bu şəxslər 10 min manatadək cərimə olunacaqlar

Ağacların üzərinə qanunsuz yerləşdirilən 267 reklam qurğusu sökülüb. xəbər verir ki, bu barədə Dövlət Reklam Agentliyi (ADRA) məlumat yayıb. Bildirilib ki, 2026-cı ilin yanvar-avqust aylarında Bakı və regionlarda aparıla

Bacısının 19 yaşlı sevgilisini öldürmüşdü - Bu cəza verildi

Bu ilin aprel ayında Şəmkirdə 19 yaşlı Ramal Quliyevi bıçaqlayaraq qətlə yetirən 15 yaşlı F.Poladovun (şərti soyadlı) məhkəməsi başa çatıb. "Qafqazinfo"ya istinadən xəbər verir ki, yetkinlik yaşına çatmayan şəx


son xeberler azerbaycan xeberleri yeni xeberler son xeberler bugun 2026 azerbaycan maraqlı xəbərlər xeber saytlari sosial yardim