DYP piyadalara müraciət edib

DYP piyadalara müraciət edibBakı şəhər Dövlət Yol Polisi İdarəsi piyadalara müraciət edib.
İdarənin rəsmisi polis mayoru Araz Əsgərli "Report"a açıqlamasında bildirib ki, bu gün Heydər Əliyev prospekti şəhər istiqamətində növbəti piyadavurma hadisəsi məhz yerüstü piyada keçidinin altında qeydə alınıb.
Onun sözlərinə görə, hadisə zamanı təyin edilməyən yerdən keçən piyada dünyasını dəyişib.
"Bu hadisə ilə bağlı dərin təəssüf hissi ilə bildiririk ki, hələ də öz həyatına, həmçinin ətrafındakı insanların həyat və sağlamlığına son dərəcə məsuliyyətsiz yanaşanlar var. Belə ağır hadisələrin baş verməsi üçün sürücülərdən diqqətli olmaq tələb olunsa da, bəzi piyadaların qaydaları heçə sayması ağır faciələrlə nəticələnir. Vətəndaşlarımızdan xahiş edirik, öz hərəkətlərinə nizamlı və intizamlı formada yanaşsınlar. Sadə qaydaların tələbini ağır sonluqlu facilərə qurban verməsinlər. Yerüstü və yeraltı piyada keçidlərinin olduğu ərazilər kifayət qədər təhlükəlidir. Piyada keçidinin yaxınlığında ondan istifadə etməmək isə təhlükəli olmaqla yanaşı yalnış seçimdir. Yollarda ehtiyatlı olmağı, real təhlükəni bilərək həyatı lüzumsuz bəhanələrə qurban verməməyi bir daha bütün hərəkət iştirakçılarından xahiş edirik", - A.Əsgərli əlavə edib.
Qeyd edək ki, bu gün səhər saat 7 radələrində Mehdizadə Elşən Mirzəli oğlunun idarə etdiyi "Toyota Prius" markalı avtomobil Suraxanı rayonu ərazisində 57 yaşlı Əliyev Polad Qaçay oğlunu vurub. Nəticədə o, hadisə yerində vəfat edib.

Sosial       Tarix: 03 oktyabr 2023
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

Ağstafaya dolu düşdü

Ağstafa rayonuna iri həcmli dolu düşüb. xəbər verir ki, dolu rayonun Aşağı Göycəli kəndinə yağıb. Təbiət hadisəsi saat 20 radələrində baş verib və təxminən 20-25 dəqiqə davam edib. Qeyd edək ki, dolu bəzi təsərrüfat sahələrin

İyulun 1-dən qadınları gözləyən DƏYİŞİKLİK: Pensiya yaşı rəsmən 65-ə çatır

Növbəti həftədən Azərbaycanda qadınların pensiyaya çıxma yaş həddi artırılacaq. 2026-cı il iyulun 1-dən etibarən qadınların pensiya yaşı 6 ay artırılaraq 65 ilə çatdırılacaq. Belə ki, "Əmək pensiyaları haqqında"

Dollar ucuzlaşır?

ABŞ və İran arasında əldə olunan razılaşmadan sonra dolların ucuzlaşacağı ilə bağlı bir sıra fikirlər səsləndirilir. Əgər belə hal baş verərsə, dolların ucuzlaşması manata necə təsir göstərəcək?. xəbər verir ki, mövzu il

Bu balıq növlərindən uzaq durun - XƏBƏRDARLIQ

Balıq insan orqanizmi üçün faydalı qidalar sırasında yer alsa da, bütün balıq növləri eyni dərəcədə təhlükəsiz hesab edilmir. Bəzi balıq növləri yaşadıqları mühit və qidalanma xüsusiyyətlərinə görə civə, qurğuşun və digə

Sumqayıtda 57 yaşlı kişi bədbəxt hadisə nəticəsində öldü

Sumqayıtda 57yaşlı kişi bədbəxt hadisə nəticəsində ölüb. Hadisə şəhərin 9-cu mikrorayon ərazisində qeydə alınıb. Belə ki, Sumqayıt şəhər sakini, 1969-cu il təvəllüdlü Baytev Mehman Həsən oğlu yıxılıb və müxtəlif dərəcəl

Bölgələrə yağış yağıb - FAKTİKİ HAVA

Saat 22:00-a olan məlumata əsasən ölkə ərazisinin bəzi yerlərində yağıntılı hava şəraiti müşahidə olunur. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Məlumata görə, Naftalan, Şəki, Balakən, Oğuz

AMB rəsmi məzənnələri açıqladı: Avro bahalaşdı, Rusiya rublu ucuzlaşdı

Azərbaycan Mərkəzi Bankı iyunun 17-nə olan rəsmi valyuta məzənnələrini açıqlayıb. xəbər verir ki, ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,700 manat səviyyəsində qalıb. Avro əvvəlki günlə müqayisədə bahalaşaraq 1,9741 manat

Prezident İlham Əliyev səhiyyə işçilərini təltif edib

Prezident İlham Əliyev səhiyyə işçilərinin təltif edilməsi haqqında Sərəncam imzalayıb. Sərəncamda bildirilir ki, Azərbaycan Respublikasında səhiyyə sahəsində səmərəli fəaliyyətinə görə aşağıdakı şəxslər təltif edilsinlər:

Azərbaycanda təhsildən yayınan şagirdlərin sayı açıqlandı

2014-cü ildə birinci sinfə qəbul olunan 146 min 62 şagirddən təxminən 0,8 faizi orta məktəbi başa vurmayıb. xəbər verir ki, bu barədə məlumat Dövlət İmtahan Mərkəzinin "Abituriyent" jurnalının 12-ci nömrəsində dər


son xeberler yeni xeberler azerbaycan xeberleri axsam.az xeberler cəbhədən son xəbərlər 2026 cəbhədən son dəqiqə son xeberler 2026