DYP sürücülərə xəbərdarlıq etdi
"Bütün sürücülər - hərəkət iştirakçıları idarə etdikləri avtomobillərin texniki saz vəziyyətdə olması üçün Azərbaycan Respublikası Yol Hərəkəti Haqqında Qanunun 37-ci maddəsinə əsasən məsuliyyət daşıyır və bu proses daim diqqətdə saxlanılmalıdır".
Bunu Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli bildirib.
Onun sözlərinə görə, bu, "Yol Hərəkəti Haqqında Qanun"a uyğun olaraq sürücünün əsas məsuliyyəti və vəzifələrindən biridir:
"Texniki cəhətdən nasaz avtomobili idarə etdikdə sürücü Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342-ci maddəsinə əsasən yəni nəqliyyat vasitəsinin istismar qaydalarını pozduğuna görə məsuliyyət daşıyır belə olduğu halda vəziyyəti qiymətləndirilməklə 50 manatdan 150 manatadək miqdarda cərimə nəzərdə tutulur".
Araz Əsgərli onu da qeyd edib ki, yolda nasaz vəziyyətdə idarə olunan avtomobil ən azı bir zolaqda hərəkəti məhdudlaşdırdıqda ciddi sıxlığa bəzən isə tıxaca da səbəb ola bilir.
"Hər bir sürücü daha vacib və ciddi olan bir məqamı da unutmamalıdır ki, nasaz nəqliyyat vasitəsi ilə törədilmiş qəza cinayət hadisəsinə səbəb olubsa bu halda həmin şəxsin məsuliyyəti daha da dərinləşir. Nəqliyyat vasitəsinin texniki cəhətdən saz vəziyyətdə idarə etmək sürücünü sərnişinləri və ətrafdakı insanların həyat və sağlamlığını qorumaqla yanaşı şəxsi bütün hallarda məsuliyyətdən uzaqlaşdırır. Beləliklə də digər hərəkət iştirakçılarının haqlı narazılığına və narahatlığına səbəb olmamaq üçün nəqliyyat vasitələri texniki cəhətdən saz vəziyyətdə saxlanılmalı və istismar edilməlidir. Bir daha sürücülərdən xahiş edirik ki, yeni dərs ilinin başlanılması və paytaxtda nəqliyyatın intensivliyinin artması ərəfəsində məsuliyyət nümayiş etdirərək avtomobillərinin texniki cəhətdən sazlığına diqqət yetirsinlər", - deyə DYP rəsmisi vurğulayıb. / azxeber.com
Kurslar.az kurslar [newsid: 0-123300]

Prezident Fəxri Kazımovu vəzifəsindən azad etdi
Ermənilərin muradı gözündə qaldı: "İrəvanla Aİ arasında vizasız rejim hələ tezdir"
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Bu yolda sürət həddi müvəqqəti endirildi - Sürücülərin diqqətinə
Şəkər xəstəsidir, çəkini saxlaya bilmir - Sibel Canın kökəlməsinin səbəbi
Azərbaycanın aparıcı maliyyə və texnologiya liderlərindən "MoveUP" təşəbbüsü
İpoteka Fondunun yeni sədri Osman Xaliyev kimdir? – DOSYE
"Azeri Light"ın qiyməti 104 dollara düşdü
"Fənərbağça" uduzdu, azarkeşi ürəktutmadan öldü
Prezident Osman Xaliyevi sədr təyin etdi
İlham Mirzəyev xəstəxanaya yerləşdirildi: 'Haqqınızı halal edin
Millimiz Moldova yığmasına uduzdu
Batumidə Azərbaycan vətəndaşı itkin düşdü - Avqustun 28-dən xəbər yoxdur
İşxan Saqatelyan: "Paşinyan Rusiya hərbi bazasını türk bazası ilə əvəz edəcək"