Əcnəbi turistlər Azərbaycanda hansı tibbi xidmətlər ala bilərlər? - ARAŞDIRMA

Əcnəbi turistlər Azərbaycanda hansı tibbi xidmətlər ala bilərlər? - ARAŞDIRMAƏcnəbi turistlər Azərbaycanda hansı tibbi xidmətlər ala bilərlər? - ARAŞDIRMA
Azərbaycanda turizmin digər sahələri kimi tibbi turizmin də inkişafı istiqamətində bir sıra addımlar atılmaqdadır. Belə ki, sağlamlıq turizmi sahəsində illərə söykənən ənənələri olan ölkəmizdə digər sahələrdə də qonaq qəbuluna hazırlıq gedir.
Bir neçə gün öncə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) və "Azərbaycan Turizm Agentlikləri Assosiasiyası" (ATAA) İctimai Birliyinin üzvləri arasında görüş keçirilib.
Aparılan müzakirələri "Report"a şərh edən ATAA İdarə Heyətinin sədri Göydəniz Qəhrəmanov hesab edir ki, Azərbaycanda tibbi turizmin potensialı böyükdür:
"Bəzən insanlar tibbi turizmlə sağlamlıq turizmini qarışdırır. Əslində isə onlar fərqlidir. Belə ki, tibbi turizmdə əsasən "check-up" paketləri və hansısa əməliyyatlar nəzərdə tutulur.
Əslində TƏBİB-in niyyəti odur ki, bu xidmətləri xarici vətəndaşlar üçün də həyata keçirsinlər. Çünki Azərbaycandakı dövlət xəstəxanaları ancaq yerli vətəndaşlar üçün bu xidmətləri təklif edir. Hazırda ölkədə bəzi özəl xəstəxanalar bu xidməti əcnəbilər üçün təşkil edir. TƏBİB də istəyir ki, bir neçə dövlət xəstəxanası da bu işi xaricilər üçün təşkil etsin. Turizm şirkətlərindən istədikləri budur ki, ölkəyə tibbi xidmətlər almaq məqsədi ilə gələnləri həmin xəstəxanalara yönəltsinlər.
Bu praktika xarici ölkələrdə geniş yayılıb. Məsələn, Türkiyədə elə turizm şirkətləri var ki, onlar sırf tibbi turizmlə məşğul olurlar. Onlardan başqa turizm xidmətləri istədikdə belə almaq mümkün deyil. Belə turizm şirkətlərinin xəstəxanalarla müqavilələri olur və onlar "check-up" ilə yanaşı əməliyyatlar da həyata keçirirlər. Biz də oxşar təcrübəni Azərbaycanda reallaşdırmağa çalışacağıq".
ATAA rəsmisi ölkəmizdə cəlbedicilik potensialı olan tibbi xidmətlərin sahəsinin getdikcə genişləndiyini qeyd edib:
"Azərbaycan əsasən stomatoloji xidmətlərdən yararlananlar, plastik cərrahiyyə əməliyyatları etdirənlər və saç əkdirmək istəyənlər arasında məşhurdur. Yenə də Türkiyə misalını göstərmək istəyirəm. Antalya bölgəsi stomatoloji və başqa bu kimi tibbi turizm xidmətlərinə görə məşhurdur.
Ölkəmizə də bu xidmətlərdən istifadə etmək üçün gələnlər var. Apardığımız monitorinqlərə görə, əsasən xaricdə yaşayan azərbaycanlılardır ki, onlar yaşadıqları Kanada, ABŞ kimi ölkələrdən Azərbaycana qayıdaraq stomatoloji xidmətlərindən istifadə edirlər. Qiymətlərə görə Azərbaycanda dişlərin müalicəsi həmin ölkələrdən ən azı beş dəfə ucuz başa gəlir.
Məncə potensial olaraq Asiya ölkələrindən, xüsusən də Qazaxıstan, Özbəkistan və Qırğızıstan vətəndaşlarının Azərbaycana müalicə üçün gəlmələri mümkündür. Hazırda onlar müalicə və müayinə üçün xaricə gedir. Çünki onlarda səhiyyə sektoru indi-indi formalaşmağa başlayıb. Amma biz bu məsələdə onlardan bir qədər öndəyik. Həmçinin MDB regionundan olan digər ölkələrdən də tibbi turizm üzrə turist cəlb edə bilərik. Əlavə olaraq onu da qeyd edim ki, ərəblərin də xaricdə tibbi xidmətlər almaqla bağlı təcrübəsi var. Onları da ölkəmizə cəlb edə bilərik.
Tibbi turizmin kifayət qədər güclü biznes və gəlir imkanları var. Yəqin ki, TƏBİB tezliklə hansı xəstəxanalarda tibbi turizm imkanlarının olmasını açıqlayacaq".
Göydəniz Qəhrəmanov vurğulayıb ki, tibbi turizmin həm biznes, həm də Azərbaycanın imici baxımından inkişafı lazımdır:
"Türkiyə və digər ölkələrlə müqayisə aparmaq üçün təcrübə toplamağımız lazımdır. Qardaş ölkənin bu sahədə uzun illərə söykənən kifayət qədər böyük təcrübəsi var".

Turizm       Tarix: 09 sentyabr 2023
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

AZAL Bakıdan Buxarestə uçuşlara başlayacaq

AZAL Bakıdan Buxarestə uçuşlara başlayacaq. Azərbaycanın milli aviadaşıyıcısı AZAL bu il iyunun 3-dən Rumıniyanın paytaxtı Buxarestə müntəzəm reyslərə başlayacaq. Uçuşlar həftədə iki dəfə - bazar ertəsi və cümə axşamlar

Rusiyanın daha bir şəhərindən Bakıya birbaşa uçuşların sayı artırılır

Rusiyanın daha bir şəhərindən Bakıya birbaşa uçuşların sayı artırılır . Rusiyanın "İrAero" aviaşirkəti Ufadan Bakıya birbaşa müntəzəm uçuşlar həyata keçirəcək. Bu barədə şirkətdən xəbər verilib. Bildirilib ki, Başqırdıstanı

AZAL Londonun daha bir hava limanına uçuşlara başladı - FOTO

AZAL Londonun daha bir hava limanına uçuşlara başladı - FOTO. Azərbaycanın milli aviadaşıyıcısı AZAL martın 17-dən Bakıdan Londonun daha bir hava limanına - Qetvikə reyslərin icrasına başlayıb. Bu barədə "Azərbayca

Rusiyada işləyən azərbaycanlıların nəzərinə: Rus dili imtahanında dəyişikliklər olacaq

Rusiyada işləyən azərbaycanlıların nəzərinə: Rus dili imtahanında dəyişikliklər olacaq. Rusiya Təhsil və Elmə Nəzarət Federal Xidməti ("Rosobrnadzor") əmək miqrantları üçün rus dili imtahanını dəyişə bilər. Bildirili

Yeni açılacaq xüsusi restoranda bir nəfərin yemək xərci 450 min dollar olacaq - FOTO

Yeni açılacaq xüsusi restoranda bir nəfərin yemək xərci 450 min dollar olacaq - FOTO. Danimarkalı aşpaz Rasmus Munk yüksəksəviyyəli mətbəxi kosmosun kəndarına çıxarmaq istəyir və inanılmaz yemək təcrübələri təqdim etməy

AZAL Od çərşənbəsində Almatı və Astana istiqamətlərində aviabiletlərə endirim təklif edir

AZAL Od çərşənbəsində Almatı və Astana istiqamətlərində aviabiletlərə endirim təklif edir. Azərbaycanın milli aviadaşıyıcısı AZAL Novruz bayramı ərəfəsində növbəti endirim aksiyasına start verir. Aviaşirkət Novruz çərşənbələrində

AZAL maydan Qroznıya müntəzəm reyslərə başlayır

AZAL maydan Qroznıya müntəzəm reyslərə başlayır. Azərbaycanın milli aviadaşıyıcısı AZAL marşrut şəbəkəsini genişləndirməyə davam edir. Aviaşirkət mayın 8-dən etibarən Bakıdan Rusiyanın daha bir şəhərinə - Qroznıya müntəzə

AZAL ilə Pekinə xüsusi qiymətlərlə səyahət etmək fürsətini qaçırmayın

AZAL ilə Pekinə xüsusi qiymətlərlə səyahət etmək fürsətini qaçırmayın. Azərbaycanın milli aviadaşıyıcısı AZAL 2024-cü il mayın 31-nə kimi Bakı və Pekin arasında uçuşlara xüsusi tariflər təqdim edir. Təklif həm bir tərəfə

AZAL Türkiyənin bir sıra istiqamətləri üzrə yeni aksiyaya start verir

AZAL Türkiyənin bir sıra istiqamətləri üzrə yeni aksiyaya start verir. Azərbaycanın milli aviadaşıyıcısı AZAL Türkiyənin bir neçə istiqaməti üzrə yeni endirim aksiyasına start verir. Bu barədə "Azərbaycan Hava Yolları"


azerbaycan xeberleri yeni xeberler son xeberler enson xeberler bu gunun xeberleri valyuta mezennesi xəbərlər.com