Ədliyyə Nazirliyindən deputatın partiyasına imtina cavabı gəldi

Ədliyyə Nazirliyindən deputatın partiyasına imtina cavabı gəldi"Vəhdət Partiyasına imtina cavabı gəlib. Digər partiyalarla bağlı göstərilən səbəblər biz də göstərilib – ad, soyad, ata adı, təvəllüd və telefon nömrələri ilə bağlı məsələlərdir. Bunları yoluna qoyub aydınlaşdırmalıyıq. Rayon yerlərində elə xanımlarımız var ki, telefon nömrələrini vermirlər, həyat yoldaşının, qardaşının nömrəsini qeyd edirlər. Yaxud bir ailədən bir nömrə qeyd olunub. Telefon nömrələrinin eyni olması o demək deyil ki, bu adamlar Vəhdət Partiyasının üzvü deyillər. Digər məsələlərdə də var. Məsələn, hərf, nöqtə səhvi olub və reyestrdə düz gəlməyib. Partiya funksionerləri bu işlə məşğul olublar, çalışmışıq. Fikrimiz var ki, deyilən nöqsanları Ədliyyə Nazirliyi ilə müzakirə edək, bəzi məsələləri aydınlaşdıraq…"
KONKRET.az xəbər verir ki, bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin İnsan hüquqları komitəsinin sədr müavini, Vəhdət Partiyasının sədri Tahir Kərimli deyib.
"Vəfat edən, yaxud 18 yaşdan aşağı üzvlərlə, partiya üzvlüyündən imtina edənlərlə bağlı nöqsanlara sözümüz ola bilməz, bu nöqsanları qəbul edirik. Amma elə şeylər var ki… Məsələn, bir adamın adı eyni vaxtda bir neçə partiyada üzv kimi qeyd olunub. Bunu aydınlaşdırmaq lazımdır. Bir ailədə bir nömrədən neçə nəfər istifadə edibsə, ən azından onlardan birini partiya üzvü kimi götürmək olar. Elə üzv var ki, nömrəsi yoxdur, əvəzinə partiya funksionerlərinin nömrəsi qeyd olunub. Ədliyyə Nazirliyi partiya üzvlərinin bəzilərinə zəng edəndə nömrəyə kimsə cavab vermirsə, yaxud operator "bu nömrə təyin olunmayıb" deyirsə, o demək deyil ki, həmin adamlar partiya üzvü deyillər. Bizim siyahıda xeyli kənd nömrələri də var, çoxu mobil nömrə deyil. Bütün partiyalara göstərilən münasibət Vəhdət Partiyasına da göstərilib, qaydalar hamı üçün eynidir. Güman edirəm, deyilən məsələləri bir ay müddətində həm Ədliyyə Nazirliyi ilə müzakirə edəcəyik, həm də işçi qrupu yaradacağıq. Hələ verilən siyahılardan müəyyən edə bilməmişik ki, kimlər partiyamıza üzvdür, kimlər yox. Bununla bağlı mütəmadi əlaqələr saxlayırıq. Görək nə olacaq. Təəssüf edirəm. Ümid edirdim ki, birinci dəfədən keçəcəyik, amma olmadı. Yeni Azərbaycan Partiyası xaric bütün partiyalara imtina gəlib, bir aylıq vaxt verilib ki, nöqsanlar düzəldilsin. Biz də nöqsanları düzəldib sənədlərimizi Nazirliyə yenidən təqdim edəcəyik. Buna imkanlarımız var", – T.Kərimli deyib.

Siyasi       Tarix: 05 avqust 2023
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

Euronews' Azərbaycanda Zəfər Gününün qeyd olunmasını nümayiş etdirib

Avropanın "Euronews" televiziya kanalı 44 günlük Vətən Müharibəsində Azərbaycanın qələbəsinin altıncı ildönümünə və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın bayram tədbirlərində iştirakına həsr olunmuş materia

Sahibə Qafarova Azərbaycanı Qazaxıstanda beynəlxalq tədbirdə təmsil edib

Milli Məclisin sədri Sahibə Qafarova Qazaxıstanın paytaxtı Astanada "Aqaba Prosesi" çərçivəsində keçirilmiş görüşdə iştirak edib. Bu barədə -a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məluma

Azərbaycan xalqı bir yumruq kimi birləşmişdi – Prezident

Azərbaycan xalqı 44 günlük Vətən müharibəsi zamanı bir yumruq kimi birləşmişdi. xəbər verir ki, bunu Prezident İlham Əliyev noyabrın 6-da Zəngilan rayonunun Cahangirbəyli və Cəbrayıl rayonunun Soltanlı kəndlərinə köçən sakinlərl

Prezident İlham Əliyev: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi

Yeni salınan kəndlər, şəhərlər, köçkünlərin doğma torpaqlara qayıtması – yəni biz bu məsələlərlə məşğuluq və deyə bilərəm ki, bütün Azərbaycan xalqı bu fikirlə yaşayır. KONKRET.azxəbər verir ki, bu barədə Prezident İlha

Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva noyabrın 6-da Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər. /

Ağır məğlubiyyət: Respublikaçılar Trampdan siyasi kursunu dəyişməyi tələb edir

ABŞ-da aralıq seçkilərində Demokratlar Konqresə nəzarəti ələ keçirdikdən və seçicilər Donald Trampın şəxsən dəstəklədiyi namizədləri mühüm seçki dairələrində məğlubiyyətə uğratdıqdan sonra Respublikaçılar Partiyasında prezident

Sahibə Qafarova Qazaxıstana səfər edib

Milli Məclisin sədri Sahibə Qafarova Qazaxıstana işgüzar səfərə gəlib. Bu barədə Milli Məclisə istinadən xəbər verir. Məlumata görə, Astana şəhərinin Nursultan Beynəlxalq Aeroportunda Milli Məclisin sədrini Qazaxıstan Qurultayını

Şahbaz Şərif İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib

Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif Azərbaycan Prezidenti İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib. -a istinadən xəbər verir ki, təbrikdə deyilir:. "Pakistan xalqı və Hökuməti adından

Azərbaycan, ABŞ və Ermənistan üçtərəfli işçi qrup yaratdı 

ABŞ, Azərbaycan və Ermənistan hökumətləri Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutunun (TRIPP) həyata keçirilməsini sürətləndirmək məqsədilə üçtərəfli texniki planlaşdırma qruplarının fəaliyyətinə başlayıblar. -a istinadə


yeni xeberler azerbaycan xeberleri son xeberler son.xabar xeberler bu gun xəbər son xeberler bugun 2026 canli