"EduTime"nin təşkilatçılığı ilə Özgür Bolatın seminarı keçirildi - FOTOLAR
"EduTime" Təhsil və İnkişaf Mərkəzi, "İslahatçı Gənclər" İctimai Birliyi və "Azxeber Media"nın təşkilatçılığı ilə "Cinemaplus"da 5 oktyabr - Beynəlxalq Müəllimlər Günü ilə münasibətilə tədbir baş tutub.
azxeber.com xəbər verir ki, tədbiri giriş sözü ilə "İslahatçı Gənclər İctimai Birliyinin sədri Fərid Şahbazlı açıb. O bildirib ki, bu cür tədbirlər ölkədə həyata keçirilən təhsil islahatarına mühüm töhfə verir.
Daha sonra çıxış edən Milli Məclisin deputatları Elçin Mirzəbəyli, Vüqar İskəndərov və Naqif Həmzəyev ölkədə həyata keçirilən təhsil islahatları haqda danışıb, peşə bayramı münasibətilə müəllimləri təbrik ediblər.
Tədbir Türkiyənin məşhur elm və təhsil mütəxəssisi Özgür Bolatın "Təhsildə müəllim-şagird münasibətləri: Uğurlu və xoşbəxt uşaq necə yetişdirilir" mövzusunda seminar ilə davam edib. O qeyd edib ki, təsisçisi olduğu "Anne-baba okulu" layihəsi dünyanın bir çox ölkəsində tədris olunur. O Türkiyədə satış rekordu qıran iki kitabı "Beni ödülle cezalandırma" ve "Sorularla büyüyoruz" haqda da danışıb.
Özgür Bolat daha sonra seminar iştirakçılarının suallarını cavablandırıb.
"EduTime"nin həmtəsisçisi Hacıbəy Heydərli mühüm seminara görə Özgür Bolata təşəkkürünü bildirib və bu cür tədbirlərin davamlı olacağını deyib.
Tədbirin musiqili hissəsində tanınmış müğənni Çinarə Məlikzadə sevilən mahnılarını ifa edib.
Qeyd edək ki, "Edutime" Təhsil və İnkişaf Mərkəzinin təşkilatçılığı ilə baş tutan tədbirdə təhsilin müxtəlif pillələrində çalışan 200-dən çox müəllim iştirak edib.















Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Məşhur türkiyəli aktyor evində ölü tapıldı
Milli Məclisin sədri ABŞ-a işgüzar səfər edib
Bakının bu ərazisində işıq olmayacaq
Rəsmi Bakı Esvatini Krallığını təbrik etdi
Dünyanın ən gözəl qadını seçildi
Mehman Hacıyev dünyasını dəyişdi
"Mançester Yunayted" "Sabah"la oyundan əvvəl heç-heçə edib
Koxalski "Qarabağ"dan ayrılır - Azarkeşlərlə sağollaşdı
"Danışsam, bu liqanı ifşa edəcəyəm" - Joao Feliks
Premyer Liqa: "Turan Tovuz" "Sumqayıt"ı məğlub etdi
50 yaşlı kişinin meyiti yaşadığı evdən tapıldı
Yubileyinə iki gün qalmış dünyasını dəyişdi
18 yaşlı azərbaycanlı İsveç siyasətində - Ən gənc namizəddir
4 yaşlı uşaq 3-cü mərtəbədən yıxıldı - Vəziyyəti ağırdır
"Xankəndi" klubunda yeni təyinat