ƏƏSMN Qarabağ müharibəsi əlillərinə 50 avtomobil təqdim etdi - FOTO

ƏƏSMN Qarabağ müharibəsi əlillərinə 50 avtomobil təqdim etdi - FOTOƏƏSMN Qarabağ müharibəsi əlillərinə 50 avtomobil təqdim etdi - FOTO
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, müharibə əlillərinin minik avtomobilləri ilə təminatı tədbirləri getdikcə gücləndirilir. Bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi "Xəzər" markalı daha 50 avtomobili Qarabağ müharibəsi əlillərinə təqdim edib.
Bu barədə Oxu.Az-a nazirlikdən məlumat verilib.
Tədbirdə əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev vurğulayıb ki, Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu ərazilərimizin erməni faşizminin işğalından azad edilməsi istiqamətində möhtəşəm Zəfər əldə edərək yeni şanlı qəhrəmanlıq tarixi yazdı. Qələbə ovqatının yaşandığı bu günlərdə şəhid ailələrinin, ölkəmizin ərazi bütövlüyü uğrunda döyüşlərdə sağlamlığını itirmiş vətəndaşların sosial müdafiəsi tədbirləri də uğurla davam etdirilir.
Dövlət başçısının həssas əhali qruplarına, o cümlədən şəhid ailəsi üzvlərinə, müharibə əlillərinə xüsusi qayğısından bəhs edən nazir müavini müharibə əlillərinin avtomobillə təminatı işlərini qeyd edib. Bildirib ki, Nazirlik müharibə əlillərinə 2018-ci ildə 265 avtomobil, 2019-cu ildə isə 600 avtomobil verib. 2020-ci ildə də 400 avtomobilin verilməsi nəzərdə tutulub və onlardan artıq böyük əksəriyyəti verilib. Ümumilikdə Nazirlik tərəfindən ötən dövrdə müharibə əlillərinə 7050-dən çox  minik avtomobili verilib.
A.Əliyev şəhid ailələrinin, müharibə əlillərinin mənzil və fərdi evlə təminatı proqramının da ildən-ilə genişləndiyini deyib. O diqqətə çatdırıb ki, 2018-ci ildə Nazirlik tərəfindən şəhid ailələrinə və müharibə əlillərinə 626 mənzil və fərdi ev, 2019-cu ildə bundan 50 faiz çox olmaqla 934 mənzil və fərdi ev verilib. Prezident İlham Əliyevin tapşırığına əsasən 2020-ci ildə şəhid ailələri və müharibə əlillərinə rekord sayda, yəni 1500 mənzil və fərdi ev verilməsi işləri aparılır və artıq 1300-dən çoxu təqdim edilib. Bu vaxta qədər isə 9000-ə yaxın mənzil və fərdi ev həmin kateqoriyalardan olan vətəndaşlara verilib.
Nazir müavini dövlət başçısının göstərişi ilə postmüharibə dövründə Vətən müharibəsi şəhidlərinin, müharibədə yaralanmış hərbçilərin ailələri, müharibə iştirakçıları, erməni terrorundan zərər çəkənlərlə bağlı sosial dəstək tədbirlərinin həyata keçirildiyini də diqqətə çatdırıb.
Qarabağ müharibəsi əlilləri doğma torpaqlarımızın düşmən işğalından azad edilməsinin bütün xalqımıza sonsuz sevinc və qürur bəxş edən tarixi Zəfər olduğunu, bu qələbənin fərəhi içində olduqlarını vurğulayıblar. Dövlətin bütün sahələrdə onlara göstərdiyi qayğıdan razı qaldıqlarını qeyd edən müharibə əlilləri onların sosial müdafiəsinin gücləndirilməsinə göstərilən yüksək qayğıya, yeni avtomobillərlə təmin edildiklərinə görə Prezident İlham Əliyevə dərin minnətdarlıqlarını ifadə ediblər.
ƏƏSMN Qarabağ müharibəsi əlillərinə 50 avtomobil təqdim etdi - FOTOƏƏSMN Qarabağ müharibəsi əlillərinə 50 avtomobil təqdim etdi - FOTOƏƏSMN Qarabağ müharibəsi əlillərinə 50 avtomobil təqdim etdi - FOTOƏƏSMN Qarabağ müharibəsi əlillərinə 50 avtomobil təqdim etdi - FOTOƏƏSMN Qarabağ müharibəsi əlillərinə 50 avtomobil təqdim etdi - FOTOƏƏSMN Qarabağ müharibəsi əlillərinə 50 avtomobil təqdim etdi - FOTOƏƏSMN Qarabağ müharibəsi əlillərinə 50 avtomobil təqdim etdi - FOTOƏƏSMN Qarabağ müharibəsi əlillərinə 50 avtomobil təqdim etdi - FOTOƏƏSMN Qarabağ müharibəsi əlillərinə 50 avtomobil təqdim etdi - FOTOƏƏSMN Qarabağ müharibəsi əlillərinə 50 avtomobil təqdim etdi - FOTO

Sosial       Tarix: 24 dekabr 2020
f Paylaş

Oxşar xəbərlər

Qonşu ölkədə benzinin qiyməti ikiqat artırıldı

İran hakimiyyəti subsidiyalara uyğun olmayan benzinin qiymətini ikiqat artırıb. xəbər verir ki, bu barədə İran Neft Nazirliyi məlumat yayıb. "8 sentyabrdan etibarən üçüncü tarif çərçivəsində benzinin hər litrinin qiymət

1100-dən çox işçiyə atalıq məzuniyyəti verilib

Bu ilin əvvəlindən əmək qanunvericiliyinə edilmiş son dəyişikliklərdən biri də uşağının doğulması ilə əlaqədar kişilərə 14 təqvim günü ödənişli məzuniyyətin verilməsidir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (ƏƏSMN

Mehman Hacıyev dünyasını dəyişdi

Gəncə futbolunda ağır itki baş verib. "Qafqazinfo"ya istinadən xəbər verir ki, veteran oyunçu Mehman Hacıyev 52 yaşında dünyasını dəyişib. "Kəpəz" klubunun yetirməsi olan futbolçu komandının heyyətind

Bu gün Azərbaycandan Ermənistana dizel yanacağı göndərildi 

Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti tədarük həyata keçirilib. xəbər verir ki, bu gün 5 vaqondan ibarət, çəkisi 355 ton olan buğda, 3 vaqondan ibarət, çəkisi 180 ton olan gübrə və 2 vaqondan ibarət

Sabah bu ərazilərdə su olmayacaq

Sabah Zərdab şəhərinə suyun verilişində müvəqqəti məhdudiyyət tətbiq olunacaq. Bu barədə -a Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) Regional Su Meliorasiya Xidmətindən məlumat verilib. Bildirilib ki, Külüllü–Zərda

Bu şəxslər 10 min manatadək cərimə olunacaqlar

Ağacların üzərinə qanunsuz yerləşdirilən 267 reklam qurğusu sökülüb. xəbər verir ki, bu barədə Dövlət Reklam Agentliyi (ADRA) məlumat yayıb. Bildirilib ki, 2026-cı ilin yanvar-avqust aylarında Bakı və regionlarda aparıla

Bacısının 19 yaşlı sevgilisini öldürmüşdü - Bu cəza verildi

Bu ilin aprel ayında Şəmkirdə 19 yaşlı Ramal Quliyevi bıçaqlayaraq qətlə yetirən 15 yaşlı F.Poladovun (şərti soyadlı) məhkəməsi başa çatıb. "Qafqazinfo"ya istinadən xəbər verir ki, yetkinlik yaşına çatmayan şəx

Qeyri-qida malları ilə bağlı YENİ QAYDA 

Azərbaycana idxal edilən qeyri-qida istehlak mallarının təhlükəsizlik tələblərinə uyğunluğuna nəzarət gücləndirilib. Trend-ə istinadla xəbər verir ki, bununla bağlı dəyişikliklərin əks oldunduğu, iyulun 13-də qəbul edilə

Sosial şəbəkələrdə yeni dələduzluq tələsi meydana çıxıb - Diqqət

Sosial şəbəkələrdə saxta fal baxımı ilə məşğul olan bir sıra səhifələrin dələduzluq etdiyi bildirilir. Belə hallarda şəxslərdən müraciət zamanı kart hesablarına pul köçürmələri tələb olunur, ödəniş edildikdən sonra isə həmi


son xeberler yeni xeberler azerbaycan xeberleri xeberler bugun 2026 enson xeberler son xeberler az cəbhədən xəbər