Efirdə mənə hər dəqiqə deyirdi ki, ər axtarırsan' - Nagehan Rövşanə haqda DANIŞDI
Son günlər verilişinə çağırdığı qonaqlarla qalmaqal yaşayan aparıcı Rövşənə Ağasəfqızının sözü bu dəfə influenser Nagehan Abdullayeva ilə çəp gəlib.
azxeber.com xəbər verir ki, Rövşanə Ağasəfqızı "Space səhər" proqramında qonaq etdiyi Nagehanı qəzəbləndirib.
Nagehan azxeber.com-a açıqlamasında həmin qalmaqaldan danışıb:
Bloger aparıcının onunla bu cür davranışından narahat olduğunu bildirib:
"Onun sözləri çox narahatedici idi. Söylədiyi bütün sözlər çox kobud idi. Mənə hər dəqiqə deyir ki "ər axtarırdın". Mənim evlilik proqramına çıxdığımı, yoldaşımla orada tanış olduğumuzu hamı bilir. Amma bu, o demək deyil ki, mən evlilik proqramı ilə gündəmə gəlmişəm. Mənim ailə həyatımdan, insanlara qarşı olan mütavaziliyimdən, uşaqlarımla olan ilgi ilə əlaqəli, Azərbaycan dilini bu qədər ürəkdən öyrənməyimlə və ya başqa xüsusiyyətlərə görə, məni insanlara sevdirib. Halbuki türk dili anlaşılan dildir, hər kəs bu dili başa düşür, yəni istəsəm mən Azərbaycan dilini öyrənməyə də bilərəm. Mən burada yaşayıram və buranın adətlərinə uyğun getməyi özümə bir borc bilirəm. Mən elə suallar gözləmirdim. Çünki bu vaxta qədər mənə elə suallar verilməyib. Mən bu hərəkəti özümə hörmətsizlik kimi qəbul edirəm. Mən heç bir kəsə özümü əzdirmərəm".
Nagehan aparıcının verilişdən sonra gəlib onunla heç nə olmamış kimi görüşdüyünü də bildirib:
"Mənə belə sualların veriləcəyindən tamamilə xəbərsiz idim. Belə sualların veriləcəyini bilsəydim, ümumiyyətlə ora getməzdim. Əslində Fərid verilişə çıxmalı idi, amma onun yerinə mən çıxdım. O, oraya çıxsaydı nələr baş verəcəkdi təsəvvür edə bilmirəm. O, həmin an məni verilişdən çıxarmaq istəyib, amma görüb ki, mən cavabımı verə bilirəm, ona görə də toxunmayıb. Mənim orada əsəbdən səsim batmışdı, mənə su gətirdilər. Rövşanə orada Fəridi çağırıb, Fərid deyib ki, "Mənə ehtiyac yoxdur. Nagehan sizinlə bacara bilir". Efirdən sonra mənimlə heç nə olmamış kimi davranmağa başladı, məni öpdü, qucaqladı məni izləməyə başladı. Mənə hər dəqiqə "qızım" deməsi qeyri-etik səslənirdi. Məndən yaşda böyük olmasına görə ona hörmət edirəm, çox sərt cavablar verə bilərdim, amma vermək istəmədim. Bunu özümə yaraşdırmadım".
Qeyd edək ki, mübahisəyə səbəb isə Abdullayevanın "Mən azərbaycanlı bəylə evləndiyim üçün populyarlığım artdı. İnstaqramda türk gəlin görməmişəm" sözlərinə "Orada yoxdur da. Hamı çıxıb özünü ərə getməklə məşhur etmir" cavabı olub.
Abdullayeva "Xahiş edirəm sözlərinizə diqqət edin. Mən özümü ərə getməklə populyarlaşdırmamışam. Zatən instaqramda müəyyən qədər gündəmə gəlmişdim. Sonra izdivac verilişinə çıxdım" , - deyərək, özünü müdafiə edib.
Ayşən Mirzəyeva
Kurslar.az kurslar [newsid: 0-123300]

Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Bakıda 21 yaşlı kişi bıçaqlandı
Naxçıvanda zəncirvari yol qəzası olub, xəsarət alanlar var
Bakının bu rayonunda 2 gün su olmayacaq - Xəbərdarlıq
"İflic olacağam və yataqda qalacağam
Aİ-nin Azərbaycandakı Nümayəndəliyi Müstəqilliyin Bərpası Günü münasibətilə paylaşım edib
Ermənistanın Azərbaycana qarşı mina müharibəsi bu dəfə Romada fotofaktlarla nümayiş etdirilib
Sarsılmaz qardaşlıq bağlarına sahib olduğumuz Azərbaycana firavanlıq arzulayıram
Marsol Group ilə Kamboca Krallığının Turizm naziri arasında görüş keçirilib - FOTOLAR
Qızıl və gümüş bahalaşdı
Rəis müavini faciəli şəkildə HƏYATINI İTİRDİ
İsrail Prezidenti Bakıya BELƏ GƏLİBMİŞ
Naxçıvanda avtomobil piyadanı vurdu
Əhmədli metrosunun qarşısında ağır qəza - Ölən var
Göbələk mövsümü: Zəhərlənmə halları ilə bağlı xəbərdarlıq edildi