Əfqanıstan üçün QORXUNC SSENARİ: ABŞ, Rusiya və İran

Əfqanıstan üçün QORXUNC SSENARİ: ABŞ, Rusiya və İranƏfqanıstanda ABŞ, Rusiya və İranın güc mübarizəsi hökm sürür. Əfqanıstanın Suriya olacağı ehtimalı da çox yüksəkdir.
Publika.az xəbər verir ki, bunu türk siyasi ekspert Taha Dağlı "Hər şey yeni prosesə hazırdır" başlıqlı yazısında qeyd edib.
ABŞ geri çəkildi və silahlarını yerə qoydu.
"Taliban"ın əlində olan silahlar bir çox ölkənin ordularındakından daha çoxdur.
Sadəcə ABŞ-dan qalan qənimətlərin siyahısı:
22 min 174 ədəd zirehli maşın,
634 ədəd M1117 tankı,
155 ədəd mina məhv edən zirehli maşın,
169 ədəd zirehli personal daşıyıcısı,
42 000 ədəd müxtəlif təyinatlı ərazi avtomobilləri,
64 363 ədəd pulemyot,
8000 ədəd hərbi yük maşını,
162 043 ədəd simsiz radiorabitə,
16.035 ədəd gecə görmə dürbünü,
358 530 ədəd piyada tüfəngi,
126 295 ədəd tapança,
176 ədəd raket qurğusu,
33 ədəd "MI 17" helikopteri,
33 ədəd "UH-60 blackhawk" tipli vertolyotlar,
43 ədəd "MD530" tipli vertolyotlar,
4 ədəd "C-130" tipli personal daşıyıcı təyyarə,
23 ədəd "Tucano" tipli təyyarə,
28 ədəd "Cessna" tipli təyyarə,
10 ədəd "Cessna AC" tipli təyyarə.
Helikopterləri və təyyarələri havaya qaldıra bilməsələr də, ancaq hər ikisi də var. "Taliban" hazırda Əfqanıstanın ən əhəmiyyətli silahlı qüvvəsidir. ABŞ-ın qənimətlərindən başqa əllərində silahlar da vardı. Hazırda ABŞ-ın Əfqanıstanda qoyub getdikləri ilə daha da gücləniblər.
Talibandan başqa Əfqanıstanda "İŞİD Xorasan" adlı bir terror təşkilatı da var. İŞİD-in fərqli qollarının olması ehtimalı da yüksəkdir. Əl-Qaidə ilə əlaqəli müxtəlif qrupların da Əfqanıstanda olduğu ehtimal olunur. 2003-cü ildə İraqı qan çanağına çevirən ABŞ-ın muzdlu şirkəti "Blackwater" Əfqanıstanda fəaliyyət göstərir.
Vəkalət müharibəsinə gəldikdə, ilk növbədə onların adı yada düşür. Müəyyən mənada dünyadakı vəkalət savaşının ixtiraçıları onlardır. İraqla yanaşı, Liviyada da göründülər. İndi isə Əfqanıstandadırlar.
ABŞ-ın "Blackwater"i Əfqanıstandadırsa, Rusiyanın "Wagner"lərinin də orada olması ehtimalı yüksəkdir. Ertəsi gün Rusiya muzdlu qrupu olan "Wagner"ləri adını Suriya və Liviyadan sonra Əfqanıstanda da eşitsək, təəccüblü olmamalıdır. ABŞ-ın "Blackwater"i və Rusiyanın "Wagner"indən danışarkən İranı da unutmamalıyıq.
İran və "Taliban" köhnə düşmənlər, yeni dostlardır. Hazırda isə münasibətləri yaxşıdır. İnqilab Keşikçiləri Qüds Qüvvələrinin komandanı İsmayıl Kaaninin bir ayağı həmişə Əfqanıstandadır.
Üstəlik, 2001-ci ildə istila edildikdən sonra Əfqanıstan şiələri üzərində təsirini artıran İran 2014-cü ildən etibarən Əfqanıstandan İraq və Suriyaya gətirdiyi şiə gəncləri Qasım Süleymaninin təşkilatları ilə silahlı təlim keçərək Fatimiyə, Zeynəbiyə və daha bir çox başqa bölgələrdə silahlı briqadalar yaradıb. Yalnız Fatimiyə Briqadasında 50 min silahlının olduğu bildirilir. Hazırda onlar Suriyadadırlar, amma İran onları Əfqanıstandan Suriyaya gətirdiyi kimi, yenə də Suriya-İraq-İran marşrutundan istifadə edərək Əfqanıstana qaytara bilər.
ABŞ 2001-ci ildən bəri Əfqanıstan ordusuna ən az 83 milyard dollarlıq silah satıb. Əfqanıstanın 300 minlik ordusu var idi. Bu ordu "Taliban" əleyhinə sıradan çıxdı.
"Taliban"ın əlində olan ABŞ silahlarının siyahısını qeyd etdik. Ancaq bunlar ABŞ-ın ölkədən çıxarkən orada qoyduğu silahların bir qismidir. Neçə ABŞ silahının orada qaldığı və kimin sabah və ya ertəsi gün onlarla silahlanacağı bilinmir.
İŞİD-in Kabildə hücumundan sonra ABŞ-ın bundan sonra Əfqanıstan bölgəsinə daha tez-tez hava zərbələri endirəcəyini görürük. Bəlkə də bir müddət sonra, Suriya və İraqda olduğu kimi İŞİD-lə mübarizə üçün bir koalisiya quracaqlar.
Başqa sözlə, "Taliban" terror təşkilatları və muzdlular meydanda dolaşarkən, qərb dövlətlərinin döyüş təyyarələri Əfqanıstan ərazisində hava əməliyyatları həyata keçirəcək.
Necə ki, əvvəllər İraqda və Suriyada belə olub.
Bəs Əfqanıstanda necə olacaq?
Orada da bir Suriyanın olma ehtimalının yüksək olduğunu görə bilərik.
Akqabay

Dünya       Tarix: 30 avqust 2021
f Paylaş

Oxşar xəbərlər

İranda son sutkada koronavirusdan 41 nəfər öldü

İranda ötən sutka ərzində 1 510 nəfər koronavirusa (COVID-19) yoluxub, 41 nəfər ölüb. xəbər verir ki, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi elan edib. Bununla da İranda bu virusdan ölənlərin sayı 131 68

Azərbaycan ssenarisi Ukraynada... - Kortunov

ABŞ və digər NATO ölkələri Ukraynaya görə hərbi qarşıdurmaya girmək niyyətində deyil. -a istinadla xəbər verir ki, bunu Rusiya Beynəlxalq Əlaqələr Şurasının sədri Andrey Kortunov deyib. "Rusiya tərəfinin məqsədi Qər

80 il əvvəl yoxa çıxan sualtı qayıq TAPILDI

Yunan dalğıcları Egey dənizinin dibində 80 il əvvəl yoxa çıxan italyan sualtı qayığını tapıblar. xəbər verir ki, bu barədə "Ekspress" məlumat yaydı. Bildirilib ki, "Jantina" sualtı qayığı göyərtəsind

Bayden rekord dərəcədə reytinqi itirdi

ABŞ prezidenti Cozef Baydenin reytinqi rekord dərəcədə aşağı düşüb. xəbər verir ki, bu barədə "NBC" telekanalının dərc etdiyi sorğunun nəticələrində deyilir. Sorğunun nəticələrinə əsasən, Cozef Baydeni ABŞ vətəndaşlarını

İranda dəhşət yaşanır - 6 nəfər öldü, çox sayda şəxs

Ötən 6 gün ərzində İranda sel və daşqınlar nəticəsində 6 nəfər həlak olub. xəbər verir ki, bunu İranın Qırmızı Aypara Cəmiyyətinin sədri Pirhüseyn Kulivənd deyib. P.Kulivəndin sözlərinə görə, İranın 17 vilayətinin 87 rayonund

Tələblər yerinə yetirilməsə, Saakaşvili aclığa başlayacaq

Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili əcnəbi həkimlərin və vəkillərin onunla məxfi görüşməsinə icazə verilməsini tələb edir. Əks təqdirdə, siyasətçi yanvarın 6-da yenidən aclıq aksiyasına başlayacaq. -a istinadl

Məhkəmədən İranın vurduğu sərnişin təyyarəsi ilə bağlı qərar

Kanada məhkəməsi 2020-ci ildə Tehran yaxınlığındakı təyyarə qəzasında həlak olan 6 nəfərin ailələrinə 84 milyon dollar təzminat müəyyənləşdirib. "Milliyet"ə istinadla xəbər verir ki, Ontario əyalətinin Ali Ədalə

Səudiyyə Ərəbistanı yeni ili qarla qarşıladı

Səudiyyə Ərəbistanının Tabuk regionunun sakinləri Yeni ilin ilk gününü xoş sürprizlə qarşılayıblar. rəsmi SPA agentliyinə istinadla xəbər verir ki, Cəbəl Əl-Ləvz bölgəsinə yağan qar krallığın vətəndaşlarını bu bölgəyə cəl

Çində GÜCLÜ ZƏLZƏLƏ: xəsarət alanlar var

Çinin cənub-qərbindəki Yunnan əyalətində 5,5 bal gücündə zəlzələ qeydə alınıb. xəbər verir ki, bu barədə Çinin Seysmoloji Mərkəzi məlumat yayıb. Zəlzələnin episentri Ninlan vilayətində, ocağı isə 10 km dərinlikdə yerləşib


son xeberler azerbaycan xeberleri yeni xeberler sonxəbərlər havanın temperaturu son xeber 2026 xəbərlər