Əfqanıstanda İRAN MODELİ: heç vaxt açıq çıxış etməyən, harada olduğu bilinməyən o şəxs

Əfqanıstanda İRAN MODELİ: heç vaxt açıq çıxış etməyən, harada olduğu bilinməyən o şəxsƏfqanıstanda hakimiyyəti ələ alan radikal "Taliban" hərəkatı Molla Heybətullah Axundzadənin ölkənin ali lideri olacağını planlaşdırır.
Publika.az xəbər verir ki, bu barədə "News18" telekanalı hərəkat daxilindəki mənbələrə istinadla məlumat yayıb.
Mənbə bildirib ki, "Taliban" hakimiyyəti qismən İran modeli üzərində təşkil etmək niyyətindədir - ali lider dövlət başçısıdır, eyni zamanda ən yüksək siyasi və dini hakimiyyətdir.
Sözügedən hərəkatdaxili mənbə vurğulayıb ki, ali lider heç vaxt açıq çıxış etməyən və harada olduğu bilinməyən "Taliban" lideri Molla Heybətullah Axundzadə olacaq. Onun yüksək məclisə də rəhbərlik edəcəyi güman edilir.
İcra hakimiyyətinə Axundzadənin müavinlərindən biri olacaq baş nazir rəhbərlik edəcək - hazırda qrupun siyasi ofisinə rəhbərlik edən Molla Əbdül Qani Baradar və ya ilk Taliban lideri Molla Ömərin oğlu, hazırda ideoloji və dini işləri idarə edən Molla Yakub.
Mənbə Axundzadənin etibarlı köməkçisi olduğu güman edilən Molla Əbdül Hakim Haqqaninin baş hakim ola biləcəyini söyləyir.
Qeyd edək ki, avqustun əvvəlində "Taliban" Əfqanıstanda hökumət qüvvələrinə qarşı hücumlarını gücləndirdi. Avqustun 15-də paytaxt Kabilə girərək prezident sarayını nəzarətə götürd. Bir gün sonra Əfqanıstanda müharibənin bitdiyini və ölkədəki idarəetmə formasının yaxın gələcəkdə aydınlaşacağını açıqladı.
Avqustun 31-i gecə saatlarında Pentaqon ABŞ qoşunlarının Əfqanıstandan çıxarılmasının başa çatdığını və 20 illik missiyanın bitdiyini açıqladı.
Bilirək ki, əcnəbilərin və müttəfiqlərin təxliyəsinin aparıldığı Kabildəki hava limanı "Taliban" hərəkatının tam nəzarətinə keçib.
Hüseyn

Dünya       Tarix: 31 avqust 2021
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Tokayev gənclərə ÇAĞIRIŞ ETDİ: "Həyatınızı zəhərləməyin"

Xəbər verdiyimiz kimi Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev hökumətin Manqistau vilayətində maye qazın qiymətinin aşağı salınması qərarından sonra nümayişçilərə müraciət edib. TASS-a istinadla xəbər verir ki, o, müraciətind

Bu ay Yer kürəsində 6 maqnit qasırğası olacaq

Cari lilin yanvar ayının ortasında Yer kürəsinin sakinləri maqnit qasırğaları ilə üz-üzə qalmalı olacaqlar. xəbər verir ki, bu barədə P.N. Lebedeva adına Fizika İnstitutu məlumat yayıb. Belə ki, 11, 12, 15, 17, 18 yanva

Türkiyə Ordusu çox sayda terrorçunu zərərsizləşdirdi

"Sülh Çeşməsi", "Zeytun Budağı" və "Fərat Qalxanı" əməliyyat bölgələrində təxribat atəşi açan və əraziyə sızmağa cəhd edən 6 PKK/YPG terrorçusu zərərsizləşdirilib. xəbər verir ki, bu barədə Türkiy

Səudiyyə Ərəbistanı yeni ili qarla qarşıladı

Səudiyyə Ərəbistanının Tabuk regionunun sakinləri Yeni ilin ilk gününü xoş sürprizlə qarşılayıblar. rəsmi SPA agentliyinə istinadla xəbər verir ki, Cəbəl Əl-Ləvz bölgəsinə yağan qar krallığın vətəndaşlarını bu bölgəyə cəl

Pentaqon rəhbəri koronavirusa yoluxdu

ABŞ Müdafiə naziri Lloyd Ostin koronavirusa yoluxub. xəbər verir ki, bu barədə Pentaqonun rəsmi saytında yerləşdirilmiş bəyanatda deyilir. Qeyd olunur ki, nazir məzuniyyətdə olarkən özündə koronavirusun əlamətlərini his

2021-ci ilin ən varlı 10 insanı - SİYAHI

"Bloomberg" 2021-ci ildə dünyanın ən varlı iş adamlarının siyahısını hazırlayıb. Pandemiyaya baxmayaraq onlar ötən il də maddi güclərini artırmağı bacarıblar. xəbər verir ki, siyahıda birinci "Tesla" v

Bazar qiyməti 3 trilyon dolları keçən ilk şirkət açıqlandı

"Apple" şirkətinin səhmləri təxminən 3 %-ə yaxın artıb, şirkətin kapitallaşması ilk dəfə olaraq 3 trilyon ABŞ dollarını ötüb. Bu, tarixdə ilk dəfə olaraq şirkətin bazar qiymətinin bu həddi aşmasıdır. xarici KİV-

Məhkəmədən İranın vurduğu sərnişin təyyarəsi ilə bağlı qərar

Kanada məhkəməsi 2020-ci ildə Tehran yaxınlığındakı təyyarə qəzasında həlak olan 6 nəfərin ailələrinə 84 milyon dollar təzminat müəyyənləşdirib. "Milliyet"ə istinadla xəbər verir ki, Ontario əyalətinin Ali Ədalə

Borrel Donbasa gedəcək - Təmas xəttində

Avropa İttifaqının (Aİ) Xarici siyasət və təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrell Ukraynaya səfər edəcək. xəbər verir ki, bu barədə Avropa Komissiyasının məlumatında deyilir. Ali komissarın 4-6 yanva


azerbaycan xeberleri son xeberler yeni xeberler valyuta mezennesi cəbhədən son dəqiqə novruz bayramı kriminal