"Əfqanların qışdan sağ çıxması üçün təcili 770 milyona ehtiyac var"- BMT rəsmisi
"Əfqanıstanın donor ölkələrdən təcili maliyyəyə ehtiyacı var. Ölkədə davam edən iqtisadi böhran səbəbindən 6 milyon əfqan tezliklə aclıqla üzləşə bilər".
KONKRET.az xəbər verir ki, bunu BMT baş katibinin humanitar məsələlər üzrə müavini və fövqəladə hallar üzrə koordinator Martin Qriffits deyib.
"Yoxsulluq getdikcə dərinləşir, əhali artmaqda davam edir və hakimiyyətin öz gələcəyinə investisiya qoymağa büdcəsi yoxdur. Bizə aydındır ki, ölkəyə müəyyən dəstəyin yenilənməsi lazımdır", – Qriffits bildirib.
Qriffitsin hesablamalarına görə, əhalinin qarşıdan gələn qışdan sağ çıxması üçün ölkə təcili olaraq 770 milyon dollar ayırmalıdır.
Qeyd edək ki, Birləşmiş Ştatlar Əfqanıstan Mərkəzi Bankının bütün aktivlərini dondurub. Co Bayden administrasiyası "Taliban" Kabili ələ keçirdiyi gün Əfqanıstanın vəsaitlərini dondurmaq qərarı verib. Bəzi məlumatlara görə, ABŞ hesablarında Əfqanıstan Mərkəzi Bankına məxsus 9 milyard dollardan çox vəsait var.//Azpost.info

Səudiyyədən TƏCİLİ HƏRBİ ADDIM: Türkiyə və Pakistan
Yeraltı sərvətlər yeni iş yerlərinə çevriləcək - Azərbaycanda böyük plan
Gəncədə "Kia" ilə "Qazel" toqquşdu – 18 yaşlı sürücü yaralandı - FOTO
Hər gün içilən pivənin gizli təhlükəsi - Narkoloq xəbərdarlıq etdi
Yusif Mustafayev 17 kiloqram arıqlayıb
11 yaşımda ana oldum, mən böyümədim' - Xalq artisti
Ülviyyə Əliyevaya ağır itki
2 aktrisa saxlanıldı
Biran Damla Yılmaza Almaniyada 6 ay həbs cəzası verildi
27 Sentyabr: Zəfərə aparan yolun başlanğıcı
Yeni idman dünyası Kinon TV-də: "Setanta Sports & TV" paketi istifadəyə verildi
2027-ci il üzrə dövlət büdcəsinin layihəsi Prezidentə təqdim ediləcək
Bank kartlarında yeni qayda: Hansı kartlara məhdudiyyət qoyulacaq? - AÇIQLAMA
Mahnı sifarişi üstündə dava: Müştəri bıçaqlandı
Türkiyə - Fransa oyununa hansı kanalda baxaq?