Əfv sərəncamı imzalanacaqmı?
"Bu il Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 100 illik yubileyi münasibətilə əfv sərəncamı olub və bu sərəncam 800 nəfərdən çox məhkuma şamil edilib. Eyni ildə növbəti əfv sərəncamının gözlənilməsi ehtimalı zəifdir".
Bunu Oxu.Az-a açıqlamasında Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının üzvü, "Konstitusiya" Araşdırmalar Fondunun rəhbəri Əliməmməd Nuriyev deyib.
Son günlər gələn ilin fevral ayında növbədənkənar prezident seçkisi ilə bağlı əfv sərəncamının olub-olmayacağına dair müzakirələr aparılır. Məsələyə aydınlıq gətirən Əliməmməd Nuriyev qeyd edib ki, əlbəttə ki, prezident seçkisi baş tutduqdan sonra hər hansı əfv sərəncamının olma ehtimalı mümkündür:
"Çünki bir qayda olaraq, əfv sərəncamları mart ayında, Novruz bayramı ərəfəsində imzalanır. Mən istisna etmirəm ki, gələcəkdə belə əfv sərəncamı ola bilər. Amma hazırda bu mövzu ilə bağlı qəti fikir söyləmək mümkün deyil. Əfv sərəncamının imzalanması birbaşa ölkə başçısının müstəsna səlahiyyətidir. Odur ki, növbəti il üçün də əfv sərəncamının olma ehtimalı var" / azxeber.com
Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Prezident Fəxri Kazımovu vəzifəsindən azad etdi
Ermənilərin muradı gözündə qaldı: "İrəvanla Aİ arasında vizasız rejim hələ tezdir"
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Şəkər xəstəsidir, çəkini saxlaya bilmir - Sibel Canın kökəlməsinin səbəbi
Azərbaycanın aparıcı maliyyə və texnologiya liderlərindən "MoveUP" təşəbbüsü
Misir Mərdanov BDU-da dəyişiklik etmək istəyir
İpoteka Fondunun yeni sədri Osman Xaliyev kimdir? – DOSYE
"Azeri Light"ın qiyməti 104 dollara düşdü
"Fənərbağça" uduzdu, azarkeşi ürəktutmadan öldü
Prezident Osman Xaliyevi sədr təyin etdi
İlham Mirzəyev xəstəxanaya yerləşdirildi: 'Haqqınızı halal edin
"Xankəndi" klubunda yeni təyinat
Millimiz Moldova yığmasına uduzdu
"1-ci Ailə Kuboku" baş tutdu - FOTOLAR