"Əgər atəş səsi gəlirsə, dronlar havaya qaldırılırsa, sülh müqaviləsinin bağlanmasından söhbət gedə bilməz" – Şair Ramaldanov

Kəlbəcər istiqamətində Ermənistanın təxribatlarına cavab verən Azərbaycan düşməni lazımınca cəzalandırıb. Qarşı tərəfin xeyli canlı qüvvəsi və texnikası sıradan çıxarılıb. Bununla belə düşmən son günlər xeyli fəallaşıb və müxtəlif istiqamətlərdə Azərbaycan Silahlı Qüvvələrinin mövqelərini atəşə tutur.
Prosesləri KONKRET.az-a şərh edən polkovnik Şair Ramaldanov bildirib ki, xarici qüvvələrin əlində alətə çevrilən Ermənistan təxribatları da havadarlarının təhriki ilə edir:
"Azərbaycan Ordusunun apardığı uğurlu əməliyyat və qazandığı parlaq qələbədən üç il keçməsinə baxmayaraq, biz hələ də müharibə şəraitindəyik. Hələ də təxribatların ardı-arası kəsilmir, regionda münaqişə davam edir. Bütün sərhəd boyu mütəmadi olaraq atəşkəs pozulur. Hazırda isə Kəlbəcər istiqamətində atəşkəsin pozulması daha da intensivləşib. Hətta düşmən tərəfindən PUA-ların qaldırılması, minaatanlardan və artilleriyadan istifadə edilməsi məsələni xeyli qəlizləşdirib".
Hərbi ekspert hesab edir ki, Ermənistan müxtəlif səbəblərdən belə mövqe nümayiş etdirir:
"Əvvəla, Ermənistanın hərbi-siyasi rəhbərliyi müstəqil qərar qəbul etmək qabiliyyətinə malik deyil. Digər tərəfdən, Ermənistan daim xarici qüvvələrin əlində alətə çevrilib və düşmən ölkə regionda vəziyyəti gərgin saxlamaq üçün onların vasitəçisi rolunda çıxış edir. Bu gün geosiyasi arenada Rusiya və Qərb bir-birinə ciddi və barışmaz rəqibdir. Amma Cənubi Qafqazdakı Ermənistan-Azərbaycan münaqişəsində onların maraqları üst-üstə düşür. Ermənistanın maraqları müdafiə olunur və münaqişənin saxlanması üçün hər iki tərəf səy göstərir. Yalnız münaqişə alovlandığı zaman onlar regionda öz maraqlarını təmin etmək üçün fəallaşırlar. Onlar burada erməni faktorundan lazımınca yararlanırlar. Bununla da regionda gedən proseslər onu göstərir ki, tərəflər daimi belə vəziyyətdə yaşaya bilməz, məsələni artıq həll etmək vaxtıdır".
Polkovnikin fikrincə, müharibədən ötən üçillik müddət göstərdi ki, zaman keçdikcə regionda yeni oyunçular peyda olur:
"Bəzi ölkələrin geosiyasi iştahaları xeyli artır və regionu poliqona çevirmək üçün böyük dövlətlər arasında baş verəcək toqquşma Azərbaycanın maraqlarına uyğun deyil. 44 günlük müharibədə qələbə qazanan Azərbaycan Ordusu bu gün də qarşıya çıxan maneələri dəf etməyə qadirdir. Regionda sülhün bərqərar edilməsinin vaxtıdır, çünki bunun uzanması gələcəkdə daha böyük fəsadlara gətirib çıxara bilər".
Şair Ramaldanov daha sonra qeyd edib ki, əgər atəş səsi gəlirsə, artilleriyadan istifadə olunursa, dronlar havaya qaldırılırsa, təbii ki, sülh müqaviləsinin bağlanmasından söhbət gedə bilməz:
"İndi Azərbaycan Silahlı Qüvvələri düşmənin bütün təxribatlarının qarşısını alır və düşmən ciddi itki verərək geri oturdulur".
Hərbi ekspert Ermənistanın istifadə etdiyi PUA-lardan da danışıb. Bildirib ki, düşmənin son döyüşlərdə istifadə etdiyi PUA-lar müasir döyüş qabiliyyətinə malik deyil:
"Belə görünür ki, həmin PUA-ları Ermənistan kustar üsulla özü hazırlayır. Bunu göstərilən videomaterallardan da aydın görmək olur. Onların sadə, primitiv üsulla düzəldildiyinə heç bir şübhə yoxdur. Partlayıcıları yalnız qaldırıb atma imkanına malikdir. Yəni Ermənistanın istifadə etdiyi PUA-lar elə də ciddi silah hesab edilmir.
Bütün bunlara baxmayaraq, təxribatların bundan sonra da davam etməsi istisna olunmur".
Vəli Həsənov,
KONKRET.az

Siyasi       Tarix: 04 sentyabr 2023
f Paylaş

Oxşar xəbərlər

Sahibə Qafarova Qazaxıstana səfər edib

Milli Məclisin sədri Sahibə Qafarova Qazaxıstana işgüzar səfərə gəlib. Bu barədə Milli Məclisə istinadən xəbər verir. Məlumata görə, Astana şəhərinin Nursultan Beynəlxalq Aeroportunda Milli Məclisin sədrini Qazaxıstan Qurultayını

Ərdoğanın Azərbaycana səfər proqramı bəlli olub

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan noyabrın 8-də Azərbaycana səfər edəcək. xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Burhanettin Duran "X" sosial şəbək

Azərbaycan və Türkiyə prezidentlərinin görüşü Gürcüstan mediasının diqqət mərkəzindədir

Gürcüstan mediası Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb. xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana rəsmi səfəri bu ölkə mediasının diqqət mərkəzində olub. Bu ölkənin aparıc

Bu hərbçilərə ali hərbi rütbələr verildi - Adlar

Azərbaycan Prezidenti İlham Əliyev Müdafiə Nazirliyinin bir sıra hərbi qulluqçularına ali hərbi rütbələrin verilməsi barədə sərəncam imzalayıb. sərəncamın mətnini təqdim edir:. Azərbaycan Respublikası Konstitusiyasının 109-c

Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, qızları Leyla Əliyeva, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğan noyabrın 8-də Xankəndidə təltif edilmiş hərbi qulluqçularla görüşüblər

Euronews' Azərbaycanda Zəfər Gününün qeyd olunmasını nümayiş etdirib

Avropanın "Euronews" televiziya kanalı 44 günlük Vətən Müharibəsində Azərbaycanın qələbəsinin altıncı ildönümünə və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın bayram tədbirlərində iştirakına həsr olunmuş materia

İlham Əliyevdən həmkarına təbrik

Prezident İlham Əliyev Braziliya Federativ Respublikasının Prezidenti Luiz İnasio Lula da Silvaya təbrik məktubu göndərib. xəbər verir ki, təbrik məktubunda deyilir:. "Braziliya Federativ Respublikasının Prezidenti vəzifəsin

Ərdoğan sabah Qarabağa gəlir

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sabah Azərbaycana səfər edəcək. Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Burhanəddin Duran məluma

Prezident İlham Əliyev: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi

Yeni salınan kəndlər, şəhərlər, köçkünlərin doğma torpaqlara qayıtması – yəni biz bu məsələlərlə məşğuluq və deyə bilərəm ki, bütün Azərbaycan xalqı bu fikirlə yaşayır. KONKRET.azxəbər verir ki, bu barədə Prezident İlha


yeni xeberler azerbaycan xeberleri son xeberler cəbhədən canlı butun xeberler ən son xeberler xəbər az