Əhalinin banklara borcu artır - İqtisadi aktivlik, yoxsa böhran
Azərbaycan bankları bu ilin III rübündə istehlak kreditlərinə olan tələbin 13 faiz artacağını gözləyir. Bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) kreditləşmə fəaliyyətinə dair sorğusunun nəticələrində bildirilib.
Ümumilikdə son aylarda əhalinin banklara olan borclarının artdığı müşahidə edilir. Bunun səbəbi nədir? Mövcud vəziyyəti aradan qaldırmaq üçün nə etmək olar.
KONKRET.az xəbər verir ki, məsələ ilə bağlı Modern.az-a danışan iqtisadçı ekspert Natiq Cəfərli vurğulayıb ki, Azərbaycanda artan istehlak kreditləri ciddi problemdir:
"Son zamanlar kreditlərin artması o deməkdir ki, bir müddətdən sonra problemli kreditlərin də həcmi arta bilər. Çünki faizləri yüksəkdir. Artıq i. Dolanışıqla bağlı problemləri olduqca, gəlirləri yetmədikcə, kredit götürməklə müəyyən problemlərinin həllinə çalışanlar kifayət qədərdir. Bu isə problemli kreditləri artıra bilər. Bank sistemində dayanıqlılığın azalmasına da bunun səbəb ola bilər".
İqtisadçı ekspert söyləyib ki, biznes və istehsal sahələrinin artmasına ehtiyac var:
"Problemli kreditlərin artmasının bir neçə dəfə şahidi olmuşuq. Sonradan dövlət müəyyən addımlar atmaqla problemli kreditləri silməyə, yaxud güzəştə getməyə məcbur olub. Buna bənzər halların yaşanma ehtimalı indi də var. Ona görə də, çalışmaq lazımdır ki, istehlak kreditidinin faziləri və həcmi ilə bağlı beynəlxalq aləmdə qəbul olunmuş normalar, proporsiyalar pozulmasın. Biznes, kommersiya kreditlərinin artmasına çalışmaq lazımdır. Yəni iş yerlərinə, istehsal sahələrinə verilən kreditlər daha da artsın. Ancaq təəssüf ki, bizdə istehlak kreditləri kredit portfelinin bəzən yarıdan çoxunu təşkil edir".
İqtisadçı ekspert Eldəniz Əmirov isə mövcud vəziyyətin yalnız əhalinin borclanması anlamına gəlmədiyini vurğulayıb:
"Verilən kreditlərin artması əhalinin borclanması anlamına gəldiyi kimi, həm də iqtisadi aktivlik deməkdir. Yəni bunu yalnız əhalinin borclanması ilə əlaqələndirmək doğru deyil. Bəli, bir baxımdan bu əhalinin borclanmasıdır. Lakin bu, normal haldır. Əksinə kreditin azalması iqtisadiyyatın və əhalinin zərərinədir. İstehlak yox, biznes krediti alanların sayı artırsa, bu yaxşı haldır".
E.Əmirov iqtisadi aktivliyin olmadığı ölkələrdə iqtisadiyyatın tənəzzülə uğradığını diqqətə çatdırıb:
"Götürülən kreditlərin həcminin artması, həm də iqtisadi aktivlik deməkdir. Çünki uçot dərəcəsinin stabil saxlanılmasında bunun ciddi olmasada, müəyyən önəmi var. İqtisadi aktivliyin təmin olunması üçün uçot dərəcəsinin stabilləşməsinə ehtiyac var. Eyni zamanda əhalinin kreditə önəminin artması istiqamətində əhəmiyyətlidir. İqtisadi aktivliyin əsasını təşkil edir. İqtisadi aktivliyin olmadığı ölkələrdə iqtisadiyyat tənəzzülə uğrayır.

Prezident Fəxri Kazımovu vəzifəsindən azad etdi
Ermənilərin muradı gözündə qaldı: "İrəvanla Aİ arasında vizasız rejim hələ tezdir"
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Şəkər xəstəsidir, çəkini saxlaya bilmir - Sibel Canın kökəlməsinin səbəbi
Azərbaycanın aparıcı maliyyə və texnologiya liderlərindən "MoveUP" təşəbbüsü
Misir Mərdanov BDU-da dəyişiklik etmək istəyir
İpoteka Fondunun yeni sədri Osman Xaliyev kimdir? – DOSYE
"Azeri Light"ın qiyməti 104 dollara düşdü
"Fənərbağça" uduzdu, azarkeşi ürəktutmadan öldü
Prezident Osman Xaliyevi sədr təyin etdi
İlham Mirzəyev xəstəxanaya yerləşdirildi: 'Haqqınızı halal edin
Millimiz Moldova yığmasına uduzdu
Batumidə Azərbaycan vətəndaşı itkin düşdü - Avqustun 28-dən xəbər yoxdur
İşxan Saqatelyan: "Paşinyan Rusiya hərbi bazasını türk bazası ilə əvəz edəcək"