Əhalinin nəzərinə: Maaş sistemində vacib dəyişiklik olacaq
Əmək Məcəlləsinə təklif olunan dəyişikliklər əmək bazarında yeni mərhələnin başlanğıcı ola bilər. Artıq saatlıq əməkhaqqı sistemi hüquqi çərçivəyə salınır.
Bu isə həm işəgötürənlər, həm də işçilər üçün yeni imkanlar və suallar deməkdir. Hazırda əməkhaqqı əsasən aylıq şəkildə hesablanır. Lakin bu, qısamüddətli və qeyri-daimi işlər üçün müəyyən çətinliklər yaradır. Təklif edilən saatlıq əməkhaqqı sistemi bu boşluğu aradan qaldırmağa yönəlib.
azxeber.com "Xəzər Xəbər"ə istinadla xəbər verir ki, millət vəkili Vüqar Bayramovun sözlərinə görə, yeni mexanizm işçinin faktiki işlədiyi saatlara uyğun olaraq əməkhaqqı almasını nəzərdə tutur. Bu sistem xüsusilə müvəqqəti işlər, frilans fəaliyyəti və yarımştat iş yerləri üçün daha şəffaf və çevik imkanlar yaradacaq. Eyni zamanda, bu sistem işçilər üçün əlavə üstünlüklər də təmin edəcək.
Millət vəkilinin sözlərinə görə, şəxs gündəlik müəyyən olunmuş iş saatından artıq çalışdıqda, eləcə də bayram və istirahət günlərində əməkhaqqı fərqli qaydada hesablanacaq.
Qeyd edək ki, hazırda ölkədə fəaliyyət göstərən bəzi restoranlarda artıq saatlıq əməkhaqqı sistemi tətbiq olunur. Bu hallarda bir saatlıq ödəniş 2-3 manat arasında dəyişir.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:
Kurslar.az kurslar [newsid: 0-123300]

Xalidə Gözəl vəfat etdi
İnfantino İlham Əliyevə təşəkkür etdi - FOTOLAR
Sumqayıtda zəncirvari qəza: 5 avtomobil toqquşdu
Deputat Arzuxan Əlizadənin oğlu barədə 4 aylıq həbs qərarı verildi
Əhmədlidəki kütləvi davanın iştirakçıları məhkəməyə belə gətirildilər - ANBAAN GÖRÜNTÜLƏR
Zelenski: Ukrayna, ABŞ və Rusiya noyabrda üçtərəfli danışıqlar keçirəcək
Azərbaycanla bağlı sərt açıqlamalar verən Saral vəzifəsindən kənarlaşdırıldı
Ərdoğan Azərbaycanı təhdid edən müşavirini vəzifədən çıxardı? – Türkiyə mediasında yeni iddia
Bakıda avtomobil piyadanı vurub
Biləsuvarda ildırım elektrik xəttini vurdu: rayonun bir hissəsi işıqsız qaldı
Yumurta bazarında vəziyyət dəyişir: Qışda bizi nə gözləyir? - Foto
Azərbaycan-Hindistan münasibətlərində yeni səhifə açılır
Azərbaycan ictimaiyyətinə AĞIR İTKİ
"Xeyli vaxtdır görüşmürük, bir az darıxmışam
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır