Əhaliyə şad xəbər: Dərmanların qiyməti UCUZLAŞACAQ
Ötən gün prezident İlham Əliyev "Rəqabət Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında" qanunu təsdiqləyib. Məcəllə hökmran mövqedən sui-istifadənin qarşısının alınması və rəqabət neytrallığının təmin edilməsinə xidmət etməklə yanaşı, sahibkarlıq subyektlərinin fəaliyyətinin stimullaşdırılmasına da imkan yaradacaq.
Qanun layihəsi rəqabət mühitinin inkişaf etdirilməsi və institusional bazanın möhkəmləndirilməsi istiqamətində inhisarlaşma meyillərinin iqtisadi fəaliyyətə və dövlət büdcəsinə mənfi təsirlərinin aradan qaldırılmasına imkan verən əhatəli bir hüquqi çərçivə yaradır. Yeni dəyişikliyin ən çox dərman qiymətlərinin tənzimlənməsində rol oynayacağı qeyd olunur.
KONKRET.az mövzu ilə bağlı iqtisadçı-ekspert Xalid Kərimli Yenisabah.az-a danışıb:
"Rəqabət məcəlləsi iyunun 1-dən qüvvəyə minəcək. Dərmanların əhali üçün vacib olan hissəsinin qiymətləri tənzimlənir. Artıq bir neçə ildir ki, bu tip dərmanlara Tarif Şurası tərəfindən vahid qiymət tətbiq edilirdi. Son dövrlər isə qaydalar dəyişdi və onlara yuxarı hədd qiyməti təyin olundu. Bu o deməkdir ki, təyin olunan yuxarı həddən artıq qiymət müəyyən edib satmaq olmaz. Rəqabət məcəlləsi effektiv şəkildə tətbiq edilsə və stimullaşdırılsa daha çox oyunçu bazara girəcək və bu da qiymətlərin daha ədalətli və ucuzlaşmasına səbəb ola bilər".
Kurslar.az kurslar [newsid: 0-123300]

İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatdı
Prezidentin sosial media hesablarında Türkmənistana işgüzar səfərinə dair paylaşım edilib
Putin İlham Əliyevi Rusiyaya dəvət etdi
40 yaşlı kişinin evindən meyiti tapıldı
Gəncədə 28 yaşlı şəxs bıçaqlandı
Necla Uyqur vəfat etdi
Elvin Əlizadəyə yüksək vəzifə verildi
Laçın sakini Ağcabədidə gölməçədə boğularaq ölüb
Güllünü öldürən doğma qızına bu cəza verildi
Zaqatalada maşın işıq dirəyinə çırpıldı - Xəsarət alan var
"Barselona"nın hücumçusu "Qalatasaray"la oyunu buraxacaq
Mingəçevirdə 44 yaşlı kişi bıçaqlandı
Orta Dəhlizdən yaşıl enerjiyə: Bakı ilə Mərkəzi Asiya arasında yeni əməkdaşlıq mərhələsi
Xəzərlə bağlı komissiya: ilk iclas Azərbaycanda keçiriləcək
Gəncədə iki avtomobil toqquşub, xəsarət alanlar var