ƏHALİYƏ ŞAD XƏBƏR - Maaşlar bu tarixdə artırılacaq
Artıq uzun müddətdir ki, maaşların nə zaman artacağı ilə bağlı əhali arasında müzakirələr davam edir. Fevralda keçirilən prezident seçkiləri öncəsi pensiya müavinətlərində artım olsa da, maaşlarla bağlı analoji artım qeydə alınmadı.
Bir çoxları düşünür ki, yaxın aylarda keçirilməsi gözlənilən və artıq yavaş-yavaş öz təsdiqini tapan parlament seçkiləri öncəsi maaşların artımı ilə bağlı qərar veriləcək.
Bəs bu proqnoz özünü doğrulda bilərmi? Doğrudanmı, yay aylarında maaşlar artacaq?
Mövzu ilə bağlı Yenisabah.az-a danışan iqtisadçı-ekspert Natiq Cəfərli bildirib ki, seçkilər öncəsi maaş artımı mütləqdir:
"Maaşlarda artım mütləq olacaq. Yəni minimum əməkhaqqı artacaq. Sadəcə, yeni bir ideya var ki, minimum əməkhaqqı saat hesabı ilə ödənilsin. Belə bir mexanizmə keçidlə bağlı təklif var. Amma təkliflərin nədən ibarət olduğu təəssüf ki, açıqlanmayıb. İstənilən halda, Azərbaycanda minimum əməkhaqqı çox aşağıdır. Hazırki minimum əməkhaqqını saatla hesablasaq, təqribən 1 manat 78 qəpik edir. Bu isə çox aşağı göstəricidir".
Ekspert ölkədə minimum əməkhaqqının artımına ciddi ehtiyac olduğunu diqqətə çatdırıb:
"Azərbaycanın da daxil olduğu inkişaf etməkdə olan ölkələrdə minimum əməkhaqqı saat hesabı ilə 2 dollardan başlayır. Yəni indiki məzənnə ilə götürsək, 3 manat 40 qəpikdən hesablanır. Bu baxımdan Azərbaycanda minimum əməkhaqqının və maaşların artımına ciddi ehtiyac var. Amma saat hesabına keçilsə, bu hansı mexanizmlə hesablanacaq, tam dəqiq deyil. Hazırda məlum olan yeganə nüans odur ki, maaşlar parlament seçkiləri öncəsi mütləq artacaq. Yəqin ki, bu ayın sonuna yaxın parlamentə bununla bağlı təkliflər göndəriləcək". / azxeber.com
Xidmetler [newsid: 0-123300]

Dünya bazarlarında neftin qiyməti açıqlanıb
Okampo kimilər üçün dəyər anlayışı yoxdur' - Azər Həsrət
Tender qarantiyasını Yelo İnternet Bankçılıqda tam onlayn əldə et
Leyla Əliyevanın təşəbbüsü ilə minifutbol turniri təşkil olunub
Ağcabədidə ər arvadını öldürdü
Canavar 47 yaşlı kişiyə ağır xəsarətlər yetirib
Türkiyənin vitse-prezidenti Ermənistana səfər edəcək
Hörmüz boğazı nə vaxt açılacaq? – Tehrandan şərt
Slovakiya Prezidenti Azərbaycana gələcək
Avtobusda sərnişinin kartından bir bilet üçün 29 dəfə pul tutulub - FOTOFAKT
Qələbə Günü 10 dəqiqəlik atəşfəşanlığa 10 milyon xərcləyəcəklər
Bakıda soyğunçuluq edən şəxs həbs edilib
Polis əməliyyat keçirdi - 200 nəfər saxlanıldı
Culfa rayonunda kanaldan meyit tapıldı
Ürəyiniz sağlam, ömrünüz uzun olsun - Alimlər çarəni tapdı