Əhaliyə VACİB XƏBƏR: Minimum əməkhaqqı vergidən azad ediləcək?

Əhaliyə VACİB XƏBƏR: Minimum əməkhaqqı vergidən azad ediləcək?2019-cu ildəki minimum əməkhaqqı artımı zamanı açıqlanmışdı ki, Azərbaycanda 600 min insan minimum maaş səviyyəsində gəlir əldə edir. Onlardan 450 mini dövlət, 150 min nəfəri özəl sektorda çalışır. Hazırda Azərbaycanda minimum əməkhaqqı 345 manatdır. Ölkədə dövlət və qeyri-dövlət sektorunda çalışanların gəlirləri vergiyə fərqli şəkildə cəlb edilir. Qeyri-dövlət və qeyri neft-qaz sektorunda çalışanların maaşı (8 min manatadək olduqda) 2026-cı ilədək gəlir vergisindən azad edilib. Uyğun qanunlara görə, dövlət sektorunda və neft-qaz sektorunda çalışanlarsa, 14 faiz gəlir vergisi ödəyir (gəlirdən 200 manat çıxılmaqla).
Başqa deyimlə, hazırda dövlət sektorunda çalışan və minimum əməkhaqqı səviyyəsində (345 manat) maaş alan şəxslər maaşlarının 145 manatına görə 14 faiz gəlir vergisi ödəyirlər ((Vergiyə cəlb olunan məbləğ – 200) * 14 faiz) Bu da o deməkdir ki, dövlət sektorunda minimum maaş alanlar hər ay 20 manat 30 qəpik gəlir vergisi ödəyir.
Bəs Azərbaycanda minimum əməkhaqqı vergidən azad edilə bilərmi?
KONKRET.az xəbər verir ki, məsələ ilə bağlı Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov Referans.az deyib ki, minimum əməkhaqqının vergidən azad olunması mümkün ola bilər:
"Minimum əməkhaqqının vergidən azad olunmasının reallaşması elədir ki, bu dövlət büdcəsi qəbul olunan zaman müzakirə olunmalıdır. Dövlət büdcəsi müzakirə olunan zaman bir sıra məsələlər qaldırılırsa, müəyyən məsələlər öz həllini tapır. Amma dövlət büdcəsi qəbul olunandan sonra istənilən vergi dəyişiklikləri dövlət büdcəsində dəyişikliyə səbəb ola bilər. Buna görə də hazırda bu məsələ real görünmür, amma 2025-ci il dövlət büdcəsi müzakirə olunan zaman bu mövzu gündəmə gələ bilər".
Deputat qeyd edib ki, minimum əməkhaqqı elə də böyük bir rəqəm deyil və ordan gələn vergi də ciddi əhəmiyyət kəsb etmir. Onun sözlərinə görə, hər bir halda ölkədə əməkhaqqından vergilər alınır: "Bəllidir ki, əməkhaqqından vergilər tutulur. İstənilən əməkhaqqı da vergi ödəyicisidir. Buna görə də, onun elə də ciddi bir əhəmiyyətini görmürəm".
Bu barədə Milli Məclisin deputatı Vüqar Bayramov isə dövlət sektorunda çalışan və minimum əməkhaqqı alan şəxslərin maaşının gəlir vergisindən azad olunmasını təklif edir. Onun sözlərinə görə, dövlət, eləcə də, neft sektorunda çalışan vətəndaşlarımız minimum əməkhaqqı aldığı təqdirdə onların əməkhaqları vergiyə cəlb olunur:
"Xüsusilə nəzərə alsaq ki, dövlət sektorunda minimum əməkhaqqı ilə çalışan vətəndaşlarımızın sayı elə də az deyil. Bu baxımdan, həmin əməkhaqqının vergidən azad edilməsi onların sosial təminatının gücləndiirlməsi baxımından vacibdir.mBelə ki, mövcud qaydalara əsasən, 345 manat minimum əməkhaqqı alan vətəndaşın əməkhaqqından 20 manat 20 qəpik gəlir vergisi çıxılır. Eyni zamanda, təxminən 10 manatdan bir az artıq sosial vergi çıxılır. Nəticə etibarilə 345 manatdan 200 manat çıxılır, qalan 145 manat 14 faiz gəlir vergisinə cəlb edilir".
"Bizim təklifimiz ondan ibarətdir ki, bu halda 345 manatdan 200 manat çıxılmasın, vergidən azad edilən hissə 345 manat olsun. Bu, bir tərəfdən minimum əməkhaqqı alan vətəndaşlarımızın aldığı real əməkhaqqı məbləğinin yüksəlməsinə gətirib çıxara bilər", – deyə Vüqar Bayramov əlavə edib.

Sosial       Tarix: 09 yanvar 2024
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

ADNSU əməkdaşının məqaləsi "Times Higher Education" platformasında dərc olundu

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) İctimaiyyətlə əlaqələr və marketinq şöbəsinin müdiri Xülya Sabirlinin ali təhsil müəssisələrində sosial media kommunikasiyasına həsr olunmuş məqaləsi beynəlxalq nüfuzlu"Time

Evdə pul saxlayanlara xəbərdarlıq - Hər il itirirsiniz

Bəzi insanlar pullarını banka qoyaraq faiz gəliri əldə etməyə üstünlük versə də, bir çoxları yığımlarını evdə, öz yanında saxlamağa üstünlük verir. Nənə-babalarımızdan miras qalan bu vərdiş bu gün də aktuallığını qoruyur

Gəncədə qəza olub, xəsarət alanlar var

Gəncədə yol-nəqliyyat hadisəsi baş verib. Hadisə şəhər ərazisində qeydə alınıb. Belə ki, hərəkətdə olan "Toyota" markalı avtomobillə digər avtomobil toqquşub. Qəza zamanı 1981-ci il təvəllüdlü E. Əsədullayev, 1989-c

Qızıl bahalaşdı

Dünya bazarında qızılın qiymətində artım qeydə alınıb. apa-ya istinadən xəbər verir ki, qızılın bir troya unsiyasının spot qiyməti 17,47 ABŞ dolları və ya 0,42% artaraq 4 122,35 ABŞ dollarına yüksəlib. Nyu-Yorkun COMEX əmtə

Qızıl ucuzlaşdı: Azərbaycanda qiymətlər aşağı düşəcək? – İqtisadçıdan AÇIQLAMA

Dünya bazarında qızılın qiymətinin oktyabr ayında 7,3 faizdən çox ucuzlaşması son 18 ilin ən kəskin aylıq enişlərindən biri kimi diqqət çəkib. Qiymətlərdəki bu dəyişiklik Azərbaycanda da qızıl bazarının gələcəyi ilə bağl

Qızıl almaq istəyənlər bu xəbəri mütləq oxusun

Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyasının qiyməti 0,7% artaraq 3 912.4 ABŞ dollarına bərabər olub. birja məlumatlarına istinadən xəbər verir ki, COMEX-də gümüşün bir unsiyasının qiyməti də 0,2% artara

Mercedes-Benz Almaniyadakı zavodlarına investisiyaları dayandırır – Müəssisələrin bağlanması gündəmdədir

Almaniyanın avtomobil sənayesi dərin böhranla üzləşib. Ştutqartda yerləşən avtomobil istehsalçısı Mercedes-Benz ölkədəki zavodlarına bütün yeni investisiyaları müvəqqəti dayandırmaq qərarına gəlib. xəbər verir ki, şirkə

Nazir müavininin oğlunun toyunda qadağa

Xəbər verdiyimiz kimi, ekologiya və təbii sərvətlər nazirinin müavini Rauf Hacıyevin oğlu, 36 yaşlı Rüstəm Hacıyev ötən gün evlənib.  Axşam.az-a istinadla xəbər verir ki, o, 20 yaşlı rusiyalı bloger Avrora Kiba ilə nika

Şəhidin ata-anası qəzada yaralandı - Fotolar

Naxçıvan Muxtar Respublikasının Babək rayonunda yol qəzası baş verib. APA-ya istinadən xəbər verir ki, hadisə Çeşməbasar kəndi ərazisində qeydə alınıb. "KamAZ" və "Hyundai" markalı avtomobillərin toqquşmas


azerbaycan xeberleri yeni xeberler son xeberler cəbhədən son məlumat cəbhədən canlı bugunun xeberleri cebheden xeber