Rusiya Belqorodu BOMBALADI - Şəhərdə DƏHŞƏTLİ PARTLAYIŞ
6 dekabr axşamı Belqorodda güclü partlayış baş verib.
KONKRET.az musavat.com-a istinadən xəbər verir ki, vilayətin qubernatoru Vyaçeslav Qladkov "naməlum partlayıcı vasitənin düşdüyünü" bildirib.
Qubernator özünün Telegram kanalında yazıb ki, şəhər və Belqorod dairəsində elektrik enerjisində fasilələr yaranıb.
Partlayış nəticəsində bir nəfər xəsarət alıb və xəstəxanaya yerləşdirilib
Hökumət başçısının məlumatına görə, partlayış zamanı həmçinin bir yük avtomobili zədələnib, iki fərdi evin pəncərələri sındırılıb.
Belqorod nəşri "Pepel" isə bildirir ki, şəhərin Storojovaya küçəsindəki elektrik stansiyasının yaxınlığında Rusiya hava bombası düşüb.
"Elə buna görə də partlayışdan əvvəl şəhərdə raket təhlükəsi barədə siqnal işə düşməyib və pilotsuz uçuş aparatlarının (PUA) uçuşu barədə xəbərdarlıq olmayıb", – deyə nəşr qeyd edir.
"Pepel" həmçinin yazır ki, partlayışdan əvvəl sakinlər Ukrayna sərhədi istiqamətinə uçan təyyarənin uğultusunu eşidiblər.
Xidmetler [newsid: 0-123300]

Azərbaycanda meymunçiçəyinə yoluxma var? – Rəsmi
Naxçıvanda zəncirvari qəza - Azyaşlı öldü, xəsarət alanlar var
İmran Əliyevə 12 il iş istənildi
Vüsalın qətlini gözləri ilə görüb - "Bıçağı üstünə sürtərək yanımdan keçdi..."
Yaponiyanın böyük imperiya arzusu: Qərbi təqlid etdi, Asiyaya hökmranlıq etdi
Türkiyə ilə viza rejimi tətbiq edilir? - SƏBƏBLƏR
Türk millətçiliyini zəhərləməyə çalışanlar... - Baxçalı
Azərbaycanda balıq bahalaşdı - Qiymətlər
Selena Qomesin səsi dəyişdi: Nədən imtina etdi?
Azərbaycanın axtarışa verdiyi Fateh Türkiyədən qaçdı
Azərbaycanla Kanadanın aparıcı analitik mərkəzi arasında əməkdaşlıq müzakirə olunub
İran XİN sözçüsündən vahid məktəbli geyimi ilə bağlı - AÇIQLAMA
SON DƏQİQƏ! İstanbuldakı leysan Azərbaycana gəlir? – MÜHÜM AÇIQLAMA
İdeal dövləti necə qurmaq olar?