İsa Həbibbəylinin Mehdiyev "sevdası" haradan qaynaqlanır? - Alqış Musayev "saxta akademik"lə bağlı bütün SİRLƏRİ AÇDI

İsa Həbibbəylinin Mehdiyev "Yeni Azərbaycan" qəzetinin baş redaktoru Alqış Musayev özünün facebook səhifəsində Milli Elmlər Akademiyasının prezidenti İsa Həbibbəylinin açıqlamasına mövqe bildirib. Xatırladaq ki, İsa Həbibbəyli bildirib ki, Ramiz Mehdiyevin akdemikliyi məhkəmənin verəcəyi qərardan sonra ləğv ediləcək.
Alqış Musayev mövqeyini elə belə də ifadə edib:
"Bu, olduqca, məntiqsiz və səhv yanaşmadır. Çünki Mehdiyevin necə alim olması hamıya bəllidir. Kimin akademik səviyyəli elm xadimi olub-olmamasını heç bir məhkəmə müəyyən etmir. Ona cinayət işini Milli Elmlər Akademiyası qaldırmayıb ki , nəticəni gözləmək lazım olsun. Adam dövlətə xəyanətdə ittiham olunur. Ona görə də Ramiz Mehdiyevi günü sabah akademiklikdən məhrum etmək olar və lazımdır".
İsa Həbibbəylinin Mehdiyev Yalnız Alqış Musayev belə düşünmür. Belə yanaşma olduqca məntiqsiz və yumşaq desək, başdan-ayağa səhvdir. Çünki elm xadimlərinin akademik olub-olmamasını məhkəmə deyil, elmi ictimaiyyət müəyyən etməlidir. Dövlətə xəyanətdə ittiham artıq kifayət etməlidir ki, Mehdiyev akademiklikdən məhrum edilsin. Yəni məhkəmənin hökmünü gözləmək olduqca absurd və riyakar mövqe kimi də dəyərləndirilə bilər. Yəqin İsa Həbibbəyli cəmiyyətə gizli mesaj ötürür ki, hər şey ola bilər. Məhkəmə Akademikin günahsız olduğuna dair qətnamə qəbul edər. Mehdiyev haqqında danışarkən Akademiyanın tavanına gözünü zilləyən Həbibbəyli çox istərdi elan eləsin ki, bəs ay camaat, dövlətə xəyanət, hakimiyyəti zorla ələ keçirməyə cəhd və cinayət yolu ilə əmlak leqallaşdırmaq kimi xüsusilə ağır ittihamlarla üzləşən "Ramzes" aydan-arı, sudan da durudur. İsa anlamır ki, məhkəmənin verdiyi qərar ittihamın sübut olunub-olunmamasından asılı olmayaraq, ictimai rıçaqdır və Akademiyanın reputasiyasına onus da ciddi zərbə vuracaq. Belə olan halda, AMEA-nın prestiji naminə Mehdiyevin titulunun saxlanması çox arqumentsiz görünür.
Azərbaycanın baş akademikinin nəzərinə çatdırırıq ki, elm və elmi titullar fundamental olaraq ideya, bilik və tədqiqat əsasında qazanılır. Yəni onun hüquqi vəziyyəti və cinayət işi ilə birbaşa əlaqəsi elmi dəyərlərin özündən fərqlidir. Akademiklik şəxsin elmi fəaliyyəti və elmi töhfələri ilə bağlıdır, cinayət işi isə hüquqi-cinayət məsələsidir.
Əgər akademik ad məhz siyasi, hüquqi situasiyaya görə ləğv ediləcəksə, bu sistemin elmi prinsiplərdən çox siyasətə bağlı olduğunu göstərir. İsa Həbibbəyli bilə-bilə elmi nüfuzun obyektivliyinə xələl gətirir.
Həbibbəyli onu da unutmasın ki, "Ramzes"in elmi titullarının saxta olması barədə kifayət qədər iddialar var. Bu, ayrıca elmi yoxlamalarla, komissiyalarla araşdırıla bilər. Cinayət işi isə, əgər məqsəd yalnız titul ləğvi deyilsə, elmi saxtakarlığı sübut etmir.
Beləliklə, məhkəmə qərarını gözləmək bir tərəf, mövqe nümayişidir.
Artıq heç kimə sirr deyil ki, AMEA daxilində titulların verilməsi uzun illər ərzində Ramiz Mehdiyevin təsiri altında olub. Başqa alimlər iddia edirlər ki, saxta akademiklər, "kartofka" adlandırdıqları rütbələr sanki "xidmətə görə" verilib. Bu baxımdan göstərilən ittihamlar (dövlətə xəyanət, hakimiyyət zorla ələ keçirməyə cəhd, cinayət yolu ilə var-dövlət leqallaşdırma) və bu iddiaların ictimai rezonansa səbəb olması faktı Akademiyanın reputasiyasını da aşağı salıb.
Çünki akademik titullar da elmi etimad, nüfuz və ictimai məsuliyyət tələb edir. Belə olan halda, ictimai maraq və AMEA-nın nüfuzu baxımından Mehdiyevin akademiklikdən məhrum edilməsi düzgün addım olardı.
Natiq Səlim,
KONKRET.az

Siyasi       Tarix: 06 dekabr 2025
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

XİN: Feridun Sinirlioğlunun BMT Baş katibi vəzifəsinə namizədliyinin irəli sürülməsi təşəbbüsünü alqışlayırıq

"Hazırda ATƏT Baş katibi olan, səfir Feridun Sinirlioğlunun Birləşmiş Millətlər Təşkilatının Baş katibi vəzifəsinə namizədliyinin irəli sürülməsi təşəbbüsünü alqışlayırıq. Namizədlərin peşəkar keyfiyyətlərinə, beynəlxal

Cümhuriyyət Günündə verilən mesaj: Abbasın Kipr səfəri hansı məna daşıyır?

Çox mənidar hadisədir:. İttihad və Tərəqqi rəhbərlərinin Osmanlı taxtını bölüşdükləri ərəfədə Qüdsün Böyük Müftisi Hüseyn Səlim əl-Hüseyni ağ bayraq altında ingilis hərbi qüvvələrinə müraciət edərək şəhərin açarını onlar

TƏCİLİ! Trampdan İlham Əliyevə XÜSUSİ DƏVƏT

ABŞ Prezidenti Donald Tramp Azərbaycan Prezidenti İlham Əliyevi Mayamidə keçiriləcək G20 sammitinə dəvət edib. KONKRET.azxəbər verir ki, bu barədə "Operativ Media" məlumat yayıb. Qeyd edək ki, Mayamidə G20 sammit

Azərbaycan, Ermənistan və Gürcüstanın Romadakı səfirləri Cənubi Qafqazda sülhü müzakirə ediblər

Azərbaycanın İtaliyadakı səfiri Elçin Hüseynli Romada Diplomatiya Festivalının (Diplomacy in Rome) XVII buraxılışı çərçivəsində keçirilən "Yol ayrıcında Qafqaz: sülh, dəhlizlər və əməkdaşlığın yeni dövrü" adlı paneld

İlham Əliyev İspaniya Kralına başsağlığı verdi

Prezident İlham Əliyev İspaniyanın Kralı Əlahəzrət VI Felipeyə başsağlığı məktubu göndərib. məktubun mətnini təqdim edir:. "Əlahəzrət,. Toledo əyalətində sərnişin qatarlarının toqquşması nəticəsində çox sayda insanı

Elçin Əmirbəyov Vyetnam rəhbərliyi ilə görüşlər keçirib - FOTOLAR

Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyovun Vyetnama işgüzar səfəri çərçivəsində ölkə Prezidenti və Kommunist Partiyasının Baş katibi To Lam, Prezident Administrasiyasının rəhbər

YAP Təftiş Komissiyasının sədri və sədr müavini seçildi

Bu gün Yeni Azərbaycan Partiyasının (YAP) Təftiş Komissiyasının iclası keçirilib. İclasda YAP-ın Vll Qurultayında seçilmiş Təftiş Komissiyasının üzvləri Təftiş Komissiyasının sədri vəzifəsinə Sevinc Hüseynova, sədr müavin

Tramp Rusiyaya güzəşt edir, Konqres isə qarşı çıxır: Moskvanı nə gözləyir?

"Rusiya-Ukrayna müharibəsi fonunda ABŞ-ın Rusiyaya qarşı müəyyən sanksiyaları müvəqqəti olaraq aradan qaldırmasının Moskvanın mövqelərinin güclənməsinə gətirib çıxaracağını düşünmürəm. Bu addım daha çox Rusiyanın iqtisad

Azərbaycanla Keniya arasında hüquqi əməkdaşlıq müzakirə olunub

Azərbaycanla Keniya arasında hüquqi əməkdaşlıq müzakirə olunub. Bu barədə -a Baş Prokurorluqdan məlumat verilib. Bildirilib ki, müzakirələr Baş prokuror Kamran Əliyevin keniyalı həmkarı Renson Mulele İnqonqanın rəhbərli


yeni xeberler azerbaycan xeberleri son xeberler sou biznes sonxeber bu gunun xeberleri haqqinda melumat son xəbər