Əkiz qardaşının boğazını kəsib öldürüb, sonra intihar edib - TƏFƏRRÜAT
İyulun 7-də Xaçmaz rayonunda əkiz qardaşın öldüyü hadisənin bəzi təfərrüatları üzə çıxıb.
"Qafqazinfo"nun əldə etdiyi məlumata görə, Nabran istirahət zonasının yaxınlığındakı Meşəli kəndində – dənizə yaxın ərazidə meyitləri tapılan 1992-ci il təvəllüdlü Kamran və Orxan İsgəndərovlar rayonun Xudat qəsəbəsində tanınmış şəxslərdən olmuş Hacı Qəzənfərin qızının övladları olub.
Bir neçə il əvvəl Hacı Qəzənfər vəfat edib və Meşəlidəki həmin mülk onun qızının ailəsinə qalıb. Bundan sonra Kamran və Orxanın atası Mirzə də dünyasını dəyişib. Həmin mülkü isə Orxan və Kamran yay aylarında kirayə verərək pul qazanıblar. Lakin mülkün əsl sahibinin kim olması ilə bağlı əkiz qardaşlar arasında münaqişə baş verib.
Bildirilir ki, hadisə vaxtı ilk olaraq Orxan qardaşını bıçaqla vurub və onun boğazını kəsərək öldüyünə tam əmin olduqdan sonra özünə də xəsarətlər yetirərək intihar edib.
Faktla bağlı Xaçmaz Rayon Prokurorluğunda araşdırmalar davam etdirilir. / azxeber.com
Turlar.az [newsid: 0-123300]

Prezident Fəxri Kazımovu vəzifəsindən azad etdi
Bu yolda sürət həddi müvəqqəti endirildi - Sürücülərin diqqətinə
Şəkər xəstəsidir, çəkini saxlaya bilmir - Sibel Canın kökəlməsinin səbəbi
Azərbaycanın aparıcı maliyyə və texnologiya liderlərindən "MoveUP" təşəbbüsü
Misir Mərdanov BDU-da dəyişiklik etmək istəyir
İpoteka Fondunun yeni sədri Osman Xaliyev kimdir? – DOSYE
"Azeri Light"ın qiyməti 104 dollara düşdü
"Fənərbağça" uduzdu, azarkeşi ürəktutmadan öldü
Prezident Osman Xaliyevi sədr təyin etdi
İlham Mirzəyev xəstəxanaya yerləşdirildi: 'Haqqınızı halal edin
Millimiz Moldova yığmasına uduzdu
Batumidə Azərbaycan vətəndaşı itkin düşdü - Avqustun 28-dən xəbər yoxdur
"Zəngəzurda ABŞ hərbçilərini görsək, vuracağıq, bir tək Rusiya olsun" – İrəvana birbaşa ultimatum
General-leytenant Norat Ter-Qriqoryants Ermənistan pasportundan imtina etdi