Ekspert: Neft bahalaşdıqca bütün ölkələr zərər görür
Azərbaycan Prezidenti İlham Əliyev XIII Qlobal Bakı Forumunda çıxışı zamanı bildirib ki, hazırda dünya bazarlarında neft və qaz qiymətlərinin görünməmiş dərəcədə artımı müşahidə olunur və bu vəziyyət ilk növbədə istehlakçılar üçün ciddi zərbə yaradır. Dövlət başçısı qeyd edib ki, qeyri-tarazlı enerji qiymətləri yalnız istehlakçılara deyil, eyni zamanda neft hasil edən və ixrac edən ölkələr üçün də arzuolunan deyil. Onun sözlərinə görə, belə qiymət dəyişiklikləri bazarda sabitliyə mənfi təsir göstərir. Prezident vurğulayıb ki, Azərbaycan daha tarazlaşdırılmış və proqnozlaşdırıla bilən neft qiymətlərinin tərəfdarıdır.
İqtisadçı ekspert Natiq Cəfərli azxeber.com-a açıqlamasında deyib ki, neft bahalaşanda istehlakçı ölkələr bundan ciddi zərər görür:
"Neft bahalaşdıqda istehsalçı ölkələr qazanc əldə edir, istehlakçı ölkələr isə bundan zərər görür. Neftin qiymətinin artması zəncirvari şəkildə digər məhsulların da bahalaşmasına səbəb olur və nəticədə bütün ölkələrə, eləcə də iqtisadi oyunçulara mənfi təsir göstərir. Məsələn, Azərbaycan neftdən əldə etdiyi gəlirin bir hissəsini idxal olunan məhsulların bahalaşması səbəbindən yenidən xərcləməli olur".
İqtisadçı qeyd edib ki, ədalətli qiymət koridorunun formalaşması vacibdir:
"Dünya neft bazarında həm istehsalçıları, həm də istehlakçıları qane edən ədalətli qiymət koridorunun formalaşması vacibdir.
Geosiyasi gərginlik azaldıqdan sonra belə bir balansın yaranacağı gözlənilir. Münaqişənin uzunmüddətli olacağını düşünmürəm. Lakin müharibə uzandıqca enerji bazarında gərginlik də artacaq".
Şahanə Ziyad

Xəzərdə qayıq qəzası: İtkin düşən ikinci şəxsin meyiti tapıldı
Putin hökumətdə yerdəyişmələri təsdiqlədi
Tovuzda bir nəfəri öldürən, bir nəfəri isə yaralayan şəxs saxlanılıb - YENİLƏNİB
Maaş və pensiya artımı gözləntisi: 2027-ci ildə əhalini nə gözləyir?
Gürcüstanda saxlanılan İbad Hüseynovdan xəbər var
Prezident İlham Əliyev FIFA U-15 dünya çempionatının və festivalının açılış mərasimini izləyib - FOTOLAR
Millimiz dünya çempionatına qələbə ilə başladı
İki güləşçimiz dünya çempionatının finalında
Nev vəfat etdi
Azərbaycan bizim dəyərli tərəfdaşımızdır – Yaponiya XİN
Dövlət inhisarları rəqabətə açılacaq: Hansı sahələr özəl sektora verilə bilər?
"Qızım babası kimi siyasətçi olacaq
Bakıda kütləvi insidentlə bağlı saxlanılanlar hakim qarşısına çıxarılıb
Azərbaycanın Qazaxıstandakı səfirliyi finala yüksələn güləşçilərimizə uğurlar arzulayıb