Ekspertlər təyyarədə koronavirusa yoluxma riskini qiymətləndirib

Ekspertlər təyyarədə koronavirusa yoluxma riskini qiymətləndiribEkspertlər sərnişinlərin təyyarədə koronavirusa yoluxma riskini qiymətləndirib.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, ekspertlərin fikrincə, sərnişinlərin təyyarənin göyərtəsində bir neçə saat bir-birinə çox yaxın oturmalarına baxmayaraq, uçuş zamanı COVID-19 xəstəliyinə yoluxma riskləri hamının düşündüyü qədər də çox deyil.
"Biz təyyarə salonunda sərnişinlərin kütləvi yoluxması hallarına rast gəlməmişik. Adətən virus daşıyıcısının bilavasitə yanında oturan şəxs zərər çəkir", - deyə Con Hopkins Universitetinin Sağlamlıq Təhlükəsizliyi Mərkəzinin böyük elmi işçisi və ABŞ-ın İnfeksionistlər Cəmiyyətinin nümayəndəsi Ameş Adalya bildirib.
Məsələ bundadır ki, laynerlərdə yüksək effektli havalandırma sistemləri quraşdırılıb. "Bu filtrlər hava yolu ilə yayılan mikrobların 99,9 faizini tutmağa qadirdir. Salonun havalandırılması mahiyyət etibarilə sterildir və virus hissəcikləri daşımır", - deyə Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyası məlumat verib. Ümumdünya Səhiyyə Təşkilatının nümayəndəsi Devid Nabarro da yaxşı filtrlər sayəsində təyyarədə səyahətin "nisbətən təhlükəsiz" olduğu fikri ilə razılaşıb.
Təyyarə göyərtəsində yoluxma ehtimalı bir sıra digər tədbirlər sayəsində də minimallaşır. Belə ki, hərarəti yüksək olanlar uçuşa buraxılmır. Bundan başqa, aviakompaniyaların əksəriyyəti sərnişinləri əllərini tez-tez yumağa və dezinfeksiya etməyə, həmçinin maska taxmağa çağırır. Bəzi aviadaşıyıcılar isə sosial məsafəni qorumaq məqsədilə salonda sərnişinlərin sayını məhdudlaşdırır.
Milli.Az /news.milli.az

Sağlamlıq       Tarix: 13 sentyabr 2020
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Dünyada Hantavirus təhlükəsi böyüyür: Virusla bağlı elə dəhşətli iddialar yayıldı ki

Dörd il əvvəl edilən və 2026-cı ildə hantavirusla bağlı mümkün yayılmanı "proqnozlaşdıran" paylaşım sosial şəbəkələrdə yenidən geniş müzakirə olunur. Narahatedici xəbərlərin fonunda internetdə siçanlar və digə

Çox işləmək piylənməyə səbəb olur

Kvinslend Universitetinin tədqiqatçıları belə qənaətə gəliblər ki, iş saatlarının azaldılması təkcə stressi deyil, ümumilikdə sağlamlığa da müsbət təsir edir. xəbər verir ki, onlarla ölkədən toplanan məlumatların təhlil

İnfarktın qarşısını almaq üçün vacib QAYDALAR

"Mütəmadi testlər infarktın qarşısını almağa kömək edə bilər. Bunlara lipidoqrammanı (xolesterin və onun fraksiyalarının göstəricisi), eləcə də qanda qlükoza səviyyəsini nəzarətdə saxlamaq daxildir". -a istinadə

Kimlərə qarğıdalı yemək olmaz?

Qarğıdalı güclü enerji mənbəyi olmaqla yanaşı, tərkibindəki lif, B və C vitaminləri, həmçinin kalium və maqnezium kimi minerallar sayəsində həzmi yaxşılaşdırır, ürək-damar sistemini qoruyur və göz sağlamlığını dəstəkləyir

İspaniyada hantavirusa ilk yoluxma halı qeydə alınıb

İspaniyada hantavirusa ilk yoluxma halı qeydə alınıb. Bu barədə   İspaniya Səhiyyə Nazirliyinin "X" sosial şəbəkəsindəki paylaşımına istinadən xəbər verir. Qurumun məlumatına görə, ötən gün aparılan test nəticəsind

Gənclər arasında dəhşətli xəstəlik yayıldı – Həkim çağırış etdi

Son illər gənclər arasında autoimmun xəstəliklərə daha çox rast gəlinir. Məlumata görə, bu xəstəliklər vaxtında aşkarlanmadıqda ciddi sağlamlıq problemlərinə və müxtəlif orqanların zədələnməsinə səbəb ola bilər. Autoimmu

Kəsim yerlərindən alınan ətdən qarayara xəstəliyi keçə bilərmi?

Samux rayonu üzrə qeydə alınan qarayara hadisəsi bu xəstəliyin kəsim yerlərindən alınan ətlərdən keçə biləcəyi və təhlükəsizlik məsələlərini gündəmə gətirib. KONKRET.azxəbər verir ki, mövzu ilə bağlı -a açıqlama verən qid

Yayılan virusla bağlı ÜST-dən açıqlama

"MV Hondius" kruiz laynerində hantavirusun yayılması ilə bağlı yaranan vəziyyət COVID-19 pandemiyasının başlanğıcı ilə bənzərlik təşkil etmir. xəbər verir ki, onun sözlərinə görə, hazırda infeksiyanın qlobal təhlük

Bu əməliyyat pulsuz edilə bilər - Sığorta ilə bağlı vacib açıqlama

Burun çəpərinin əyriliyi (septum deviasiyası) təkcə estetik deyil, həm də sağlamlıq baxımından ciddi narahatlıqlara səbəb olan problemlərdən biridir. Nəfəsalma çətinliyi, tez-tez təkrarlanan sinus iltihabları, xorultu v


son xeberler azerbaycan xeberleri yeni xeberler şou biznes xəbərləri xeberlər valyuta məzənnələri oxu.az xeberler