Əlcəzairli səyyah: 'Xocalı faciəsini əks etdirən şəkillər bizi sarsıtdı
"Qarabağın füsunkar təbiəti var. Bu barədə geniş təbliğat aparılmalıdır ki, daha çox insan bura səfər etsin".
azxeber.com xəbər verir ki, bunu "Report"a 21 ölkədən olan tanınmış səyyahlarla birgə Azərbaycanın işğaldan azad olunmuş ərazilərinə səfər edən əlcəzairli Məhəmməd Vasim Əllahe bildirib.
Səfərdən təəssüratlarını bölüşən qonaq ən çox fransalı fotomüxbir Reza Deqatinin Ağdamda nümayiş etdirdiyi Xocalı faciəsi ilə bağlı fotoşəkillərdən sarsıldığını deyib: "Xocalı haqqında şəkillərə baxmaq çox ağrılıdır. Belə bir şeyin baş verməsinə təəssüf edirik".
Xatırladaq ki, fevralın 16-da bir qrup əcnəbi səyyahın Azərbaycanın işğaldan azad olunmuş ərazilərinə səfəri çərçivəsində həmin yerlərin tarixi, mədəniyyət abidələri, ermənilərin işğal dövründə törətdikləri dağıntılar, hazırda aparılan bərpa və yenidənqurma işləri ilə tanışlıq nəzərdə tutulur.
Ötən gün Ağdam və Şuşada olmuş qrup bu gün Kəlbəcər və Laçına da baş çəkib.

İmişlidə zavodda GÜCLÜ YANĞIN - FOTO
Gəncədə yol qəzası - xəsarət alanlar var - Foto
Rusiyanın hücumu: Azərbaycanlı həlak oldu
Kiyev bazarına dron hücumu-Kürdəmir sakini həlak oldu
Mahir Məmmədov yenidən vitse-prezident seçildi
Vuçiç istefa verdi
Prezident və birinci xanım Bakıdakı Zəfər parkında olub - FOTOLAR
Ərdoğan İlham Əliyevə zəng etdi
Xaçmazda avtomobillər toqquşdu - Yaralılar var
Dövlət və hökumət rəsmiləri Bakıdakı Zəfər parkında - FOTOLAR
Kredit kartlarından istifadədə diqqətçəkən dəyişiklik: Vətəndaşların yeni maliyyə seçimi
Avtoxuliqanlıq edən sürücü həbs olundu
34 yaşlı kişi qətlə yetirildi: saxlanılan var