Elçin Əfəndiyev vəfat etdi

Elçin Əfəndiyev vəfat etdiGörkəmli yazıçı, nasir, dramaturq, tənqidçi, ədəbiyyatşünas, filologiya elmləri doktoru, professor, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Respublikasının Xalq yazıçısı (1998), "İstiqlal" ordenli (2003), dövlət və ictimai xadim Elçin İlyas oğlu Əfəndiyev 2025-ci il avqustun 3-də, ömrünün 82-ci ilində vəfat edib.
Bu barədə azxeber.com-a Mədəniyyət Nazirliyindən bildirilib.
Elçin Əfəndiyev 1943-cü il mayın 13-də Bakı şəhərində anadan olub. O, yaradıcılığa ötən əsrin 60-cı illərində başlayıb və Azərbaycan ədəbiyyatında xüsusi yer tutan "60-cılar" ədəbi nəslinin ən aparıcı nümayəndələrindən biri olub. Yazıçı milli ədəbiyyata yeni ab-hava, yeni dəyərlər və bədii ifadə vasitələri gətirmiş, ədəbi mühitin inkişafında müstəsna rol oynamışdır.
Onun nəsr əsərləri, hekayə və povestləri onlarla xarici ölkədə tərcümə edilərək nəşr olunmuş, Azərbaycan ədəbiyyatının beynəlxalq səviyyədə təbliğində mühüm rol oynamışdır. Elçin Əfəndiyev milli ədəbiyyatımızı xaricdə layiqincə təmsil edən ən tanınmış simalardan biri olmuşdur.
"Elçin Əfəndiyevin zəngin yaradıcılığında romanlar, povestlər, pyeslər və elmi-tənqidi əsərlər xüsusi yer tutur. Onun "Mahmud və Məryəm", "Ağ dəvə", "Baş", "Bayraqdarlar" kimi əsərləri Azərbaycan ədəbiyyatının qızıl fonduna daxil olmuşdur. Dramaturgiya sahəsində də məhsuldar fəaliyyəti ilə fərqlənən yazıçının səhnə əsərləri həm ölkə, həm də xarici teatrların repertuarında geniş yer almışdır.
Elçin Əfəndiyev yalnız yazıçı kimi deyil, həm də ictimai-siyasi xadim kimi Azərbaycan dövlətçiliyinin və mədəniyyətinin inkişafında böyük xidmətlər göstərmişdir. O, 1993–2018-ci illərdə Azərbaycan Respublikası Baş Nazirinin müavini vəzifəsində çalışaraq ölkənin ictimai-siyasi və mədəni həyatında mühüm rol oynamışdır. Bununla yanaşı, 1980-ci illərin sonlarında "Vətən" cəmiyyətinin sədri kimi xaricdə yaşayan azərbaycanlıların birliyinin və tarixi vətənlə əlaqələrinin möhkəmlənməsində, diaspor hərəkatının formalaşmasında əvəzsiz xidmətlər göstərmişdir.
Azərbaycan ədəbiyyatında və mədəniyyətində müstəsna xidmətlərinə görə "İstiqlal" ordeni və digər yüksək dövlət mükafatları ilə təltif olunmuşdur.
Mədəniyyət Nazirliyi Elçin Əfəndiyevin vəfatından kədərləndiyini bildirir, mərhumun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir. Onun zəngin irsi və böyük xidmətləri xalqımızın yaddaşında əbədi yaşayacaqdır", - nazirlikdən bildirilib.

Sosial       Tarix: 03 avqust 2025
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

Qızıl ucuzlaşdı - Son qiymətlər açıqlandı

Qlobal əmtəə bazarlarında qızıl və gümüşün qiymətlərində eniş qeydə alınıb. xəbər verir ki, birja göstəricilərinə əsasən, Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyası (31,1 qram) üzrə 2026-cı ilin iyun fyuçerslər

Bu MMC yenə milyonluq tender qazandı: 7,3 milyon tender udan şirkətin əlaqə vasitəsi yoxdur

Dövlət Gömrük Komitəsinin (DGK) "Azterminalkompleks" Birliyi nəqliyyat vasitələri və texnikaların cari təmiri ilə bağlı elan etdiyi tenderə yekun vurub. Qaynarinfo-ya istinadən xəbər verir ki, tenderin qalibi "S

Dələduzluqda ittiham olunan şəxs Azərbaycana ekstradisiya edildi

Baş Prokurorluğun vəsatəti əsasında Özbəkistan Respublikasının Baş Prokurorluğu tərəfindən "Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında" 07.10.2002-ci il tarixli Konvensiyanı

Rüfət Əhmədzadə vəfat etdi

Jurnalist, şair və tərcüməçi Rüfət Əhmədzadə vəfat edib. xəbər verir ki, onun vəfatı ilə bağlı məlumatı tanınmış jurnalist Rəbiyyə Zərdabi paylaşıb. . Qeyd edək ki, Rüfət Əhmədzadə uzun illər jurnalistika və ədəbi yaradıcılı

Qızıl ucuzlaşdı

Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyasının qiyməti 0,85% azalaraq 4101.2 ABŞ dollarına bərabər olub. birja məlumatlarına istinadən xəbər verir ki, COMEX-də gümüşün bir unsiyasının qiyməti də 2,3% azalara

Bakının mərkəzində bəzi evlər ucuzlaşıb

Daşınmaz əmlak bazarında mövsümi canlanma müşahidə olunur. Xüsusilə kirayə mənzil və bağ evi seqmentində tələb dəyişdiyi üçün qiymətlərdə və bazar aktivliyində müəyyən dalğalanmalar baş verir. Bununla yanaşı, mənzil alqı-satqıs

Azərbaycanın xarici borcu azaldı

Bu il iyulun 1-nə Azərbaycanın daxili dövlət borcu 15 milyard 982 milyon ABŞ dolları təşkil edib. xəbər verir ki, bu barədə Maliyyə Nazirliyi məlumat yayıb. Məlumata əsasən, ölkənin daxili dövlət borcu ötən ilin eyni dövr

Yayda orqanizmin ən çox ehtiyac duyduğu vitaminlər açıqlandı

Yay aylarında yüksək temperatur, intensiv günəş şüaları və fiziki aktivliyin artması orqanizmin vitamin və mineral ehtiyacını da dəyişir. Mütəxəssislər bildirirlər ki, bu dövrdə düzgün qidalanmaq və vacib vitaminləri qəbu

Milli Yaylaq Festivalında taxta konstruksiya aşdı - TƏBİB yaralıların vəziyyətini açıqladı

Göygöl rayonunda baş verən hadisə nəticəsində 25.07.2026-cı il tarixində saat 19:20 radələrindən etibarən 3 nəfər (qadın) Göygöl Rayon Mərkəzi Xəstəxanasına, 4 nəfər (2 kişi, 2 qadın) isə Gəncə Birləşmiş Xəstəxanasının nəzdind


son xeberler yeni xeberler azerbaycan xeberleri bu gunun xeberleri haqqinda melumat enson xeberler xabar az idman xeberleri