Elçin Əmirbəyov Qvatemalanın XİN rəhbəri ilə görüşdü - FOTOLAR

Elçin Əmirbəyov Qvatemalanın XİN rəhbəri ilə görüşdü - FOTOLARAzərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyovun Qvatemala Respublikasına işgüzar səfəri çərçivəsində bu ölkənin xarici işlər naziri Karlos Ramiro Martinez və Qvatemala Parlamentinin Xarici Əlaqələr Komitəsinin sədri Sezar Roberto Davila ilə görüşləri keçirilib.
azxeber.com xəbər verir ki, görüşlər çərçivəsində Azərbaycan və Qvatemala arasındakı münasibətlərin mövcud vəziyyəti və inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparılıb, iki ölkə arasında iqtisadi və ticarət sahəsində əməkdaşlığın gücləndirilməsi imkanları nəzərdən keçirilib.
Qvatemala tərəfi xüsusi olaraq kənd təsərrüfatı və turizm sahələrində əməkdaşlıqda maraqlı olduğunu qeyd edib.
Görüşlərdə həmçinin iki ölkə arasında parlamentlərarası əlaqələrin əhəmiyyəti vurğulanıb, ikitərəfli və Qoşulmama Hərəkatı və Beynəlxalq Parlamentlərarası İttifaqı kimi çoxtərəfli platformalardan istifadə imkanları nəzərdən keçirilib.
Qeyd olunanlarla yanaşı, görüşlərdə regional və beynəlxalq təhlükəsizlik məsələləri, həmçinin Azərbaycanın sülh gündəliyi çərçivəsində atdığı əməli addımlar ətrafında fikir mübadiləsi aparılıb, Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması üzrə sazişin imzalanması prosesinə mane olan məlum amillər (Ermənistan konstitusiyasına lazımı dəyişikliklərin edilməsi və ATƏT-in Minsk qrupunun buraxılması) qarşı tərəfin diqqətinə çatdırılıb. Beynəlxalq ictimaiyyətin, o cümlədən Qvatemalanın, Azərbaycanın sülh gündəliyini dəstəkləyəcəyinə və Ermənistan tərəfini tələb olunan son addımları atmağa təşviq edəcəyinə dair ümidvarlıq ifadə olunub.
Qvatemala tərəfi beynəlxalq hüququn, münaqişələrin və mübahisələrin sülh yolu ilə həllinin müdafiəçisi olduğunu, bu xüsusda Azərbaycanın sülh gündəliyini və təşəbbüslərini birmənalı şəkildə dəstəklədiklərini qeyd edib, sazişin imzalanmasına əngəl yaradan maneələrin, Ermənistan tərəfindən aradan qaldırılacağına ümidvarlıq ifadə edib. Azərbaycanın bu prosesdə çox maraqlı bir siyasi və diplomatik yanaşma sərgilədiyi, və güclü xarici siyasət və iqtisadiyyata malik olan Azərbaycanın digər ölkələr üçün nümunə olduğu diqqətə çatdırılıb.
Elçin Əmirbəyov Qvatemalanın XİN rəhbəri ilə görüşdü - FOTOLARElçin Əmirbəyov Qvatemalanın XİN rəhbəri ilə görüşdü - FOTOLARElçin Əmirbəyov Qvatemalanın XİN rəhbəri ilə görüşdü - FOTOLAR

Siyasi       Tarix: 03 may 2025
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

Pezeşkiana çağırış edən QHT rəhbərləri danışdı: "Azərbaycanlı uşaqlar öz dilində oxusun

İranda yaşayan azərbaycanlıların ana dilində təhsil almaq hüququ məsələsi yenidən gündəmə gəlib. Bir qrup Azərbaycan QHT nümayəndəsi İran Prezidenti Məsud Pezeşkiana müraciət edərək ölkədə yaşayan milyonlarla azərbaycanlını

Avropanın gələcəyi: 2050-ci ilə qədər nələr dəyişə bilər?

Almaniyalı professor Gunnar Haynzonun (Gunnar Heinsohn) demoqrafik proqnozları, miqrasiya dalğaları və Avropanın gələcəyi ilə bağlı mübahisəli nəzəriyyələri. Avropanın mövcud sivilizasiya modeli XXI əsrin ortalarına doğr

Prezident İlham Əliyevin rəsmi sosial şəbəkə hesabları: Oxucuların nəzərinə

Sosial şəbəkələrdə Azərbaycan Prezidenti İlham Əliyevin görüntülərindən istifadə edilən videolar paylaşılır. xəbər verir ki, bu materialları izləyərkən onların hansı hesabda yayımlandığına və ilkin mənbəyinə diqqət yetirmə

Bir aylıq 'qardaş' qaralama kampaniyası

Bu gün, oktyabrın 29-da Türkiyədə Respublikanın yaranmasının 103-cü ildönümünü qeyd edilir. Prezident İlham Əliyev türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanı səmimi təbrik edərək qardaş Türkiyəyə və onun xalqına sülh, rifa

Cümhuriyyət Günündə verilən mesaj: Abbasın Kipr səfəri hansı məna daşıyır?

Çox mənidar hadisədir:. İttihad və Tərəqqi rəhbərlərinin Osmanlı taxtını bölüşdükləri ərəfədə Qüdsün Böyük Müftisi Hüseyn Səlim əl-Hüseyni ağ bayraq altında ingilis hərbi qüvvələrinə müraciət edərək şəhərin açarını onlar

TƏCİLİ! Trampdan İlham Əliyevə XÜSUSİ DƏVƏT

ABŞ Prezidenti Donald Tramp Azərbaycan Prezidenti İlham Əliyevi Mayamidə keçiriləcək G20 sammitinə dəvət edib. KONKRET.azxəbər verir ki, bu barədə "Operativ Media" məlumat yayıb. Qeyd edək ki, Mayamidə G20 sammit

Bakıda keçirilən NATO qiymətləndirilməsi başa çatıb

NATO-nun Əməliyyat İmkanları Konsepsiyası Proqramı çərçivəsində Azərbaycan Hərbi Hava Qüvvələrinin "Mi-17-1V" tipli helikopter cütlüyünün 2-ci Səviyyəli (NEL-2) NATO qiymətləndirilməsi başa çatıb. Müdafiə Nazirliyində

Aqil Abbası tənqid etdi: Özü hədəfə alındı - FOTO

Millət vəkili Aqil Abbasın Milli Məclisdə Ağdama köçlə bağlı səsləndirdiyi fikirlər ətrafında müzakirələr səngimək bilmir. xəbər verir ki, ötən gün deputat Səbinə Salmanova da həmkarının fikirlərinə rəsmi sosial şəbəkə hesabınd

44 günlük müharibədə türk generalları nə edib? – Faktlarla CAVAB

Azərbaycanşünas erməni ekspert Tatevik Ayrapetyan növbəti dəfə heç bir ciddi fakta söykənməyən iddialarla çıxış edib. globalinfoaz-a istinadən xəbər verir ki, ümumilikdə, Ermənistan cəmiyyətində 44 günlük müharibənin ac


yeni xeberler azerbaycan xeberleri son xeberler xeber az bugünki xəbərlər son xəbər xeber