Elçin Mirzəbəyli: "Xəstə təfəkkür üzərində qurulan ideyalar nüvə silahından da dəhşətlidir"

Elçin Mirzəbəyli: Anadoluda və Cənubi Qafqazda erməni vəhşiliyi minlərlə türkün qətlə yetrilməsiylə nəticələnib. 19-cu əsrin əvvələrindən başlanan bu hadisələrdə əsas rolu erməni kilisəsi oynayıb. Kilisənin erməni xalqının faciələrindəki rolu, insanlıq əlehinə aparılan təbliğat, qonşu xalqalara qarşı aşılanan nifrət hissi bir xalqın məhvinin başlanğıcı idi.
Birinci dünya müharibəsi dövründə ermənilərin türklərə etdiyi xəyanətin arxasında da bir başa kilsə xadimləri dayanırdı. Zərərli idealogiyanın təbliğatçıları bir xalqı məhvə sürükləyirdi. "Dənizdən dənizə", "Böyük Ermənistan" kimi ideologiyalar xalqın tarixi yaddaşını zədələyir və qisasçılıq hissini gücləndirirdi.
Məsələ ilə bağlı politoloq Elçin Mirzəbəylinin də fikirlərini öyrəndik.
Elçin Mirzəbəyli: KONKRET.az-a danışan politoloq erməni millətçiləri heç zaman xristianlığın gerçək dəyərlərinin daşıyıcısı olmayıb deyir:
"Tarix boyu xristianlıq ermənilər üçün ultramillətçilik ideyalarının pərdələnməsi üçün vasitə olub və qondarma, mövcud olmayan tarix üzərində tərbiyə olunan radikal erməni millətçiləri heç zaman xristianlığın gerçək dəyərlərinin daşıyıcısı olmayıblar.
Bunu xristianlığa qarşı ən kəskin və hətta düşmən mövqedə dayanan pavlikian təriqətinin məhz ermənilərlə bağlığı da sübuta yetirir. Tarixi faktlar sözügedən təriqətin üzvlərinin təkcə ermənilərin yaşadığı ərazilərdə xristianlığın təbliğ etdiyi dəyərlərə və humanizm prinsiplərinə qarşı savaş açmadıqlarını, xristiqanlıq əleyhinə çıxış edən bu erməni təriqətinin daha geniş əraziləri öz ağuşuna aldığını sübuta yetirir. Xristianlığa mahiyyət etibarilə heç bir aidiyyatı olmayan bu erməni təriqətin üzvləri Bizans imperatorları tərəfindən "dindənkənar" elan edildikdən sonra Qərbə doğru hərəkət ediblər. Orta əsr Avropasını araşdıran təqdqiqatçılar pavlikianığı Bizansdan Avropaya daşıyan erməni tacirlərinin apardıqları təbliğat nəticəsində bu antixristian təriqətinin təsiri altında boqomil, katar, albiqoy təriqətlərinin yarandığını qeyd edir, bu təriqətlərin çoxsaylı insan ölümünə bais olduğunu bildirilər. Və eyni zamanda vurğulayırlar ki, XI-XII əsrlərdə albiqoy müharibələri Fransanın cənubunun tamamilə boşalmasına səbəb olub.
Avropalılar "ermənilərin qəlbinə dəyməmək üçün" bu barədə danışmağı sevməsələr də fakt faktlığında qalır və erməni Qriqoryan kilsəsinin digər xristian kilsələrindən fərqli olaraq radikal millətçiliyi özünün aparıcı xəttinə çevirməsi, terrorizmi himayə etməsi, dini konfessiyalar arasında nifaq toxumu səpməsi, bu kilsədə hələ də pavlikian təriqətinin izlərinin qaldığını sübuta yetirir. Qeyd edim ki, ermənilərin xristianlığa olan ikiüzlü münasibəti özünü daha sonralar da büruzə verir.
Vaxtilə daşnakların ABŞ-da nəşr etdirdikləri "Ayrenik Ukli" qəzetinin 1935-ci il, 29 mart tarixli sayında faşist Qaragin Njdenin "silahdaşlarından" olan Ceyms Mandalyanın redaktorluğu ilə yayımlanan məqalədə deyilir:
"Xristianlığı milli dinimiz kimi qəbul etməklə biz xalq olaraq daha çox itirmişik. Bizim xristianlığa minnətdar olmağımız üçün heç bir əsas yoxdur, əksinə xristianlığı ittiham etmək üçün çox şey var… "Erməni məsələsi" xristianlığı qəbul etməklə ziyan çəkdi. Bu avantüra bizə nə xeyir, nə də rahatlıq gətirdi". Göründüyü kimi, özlərini "xristianlığı ilk qəbul edən xalq" kimi dünyaya sırımağa və bundan öz əsassız iddiaları, qanlı məqsədləri üçün yararlanmağa çalışan ermənilər üçün müqəddəs heç nə yoxdur. Onlar Tanrıya və onun dinlərinə belə öz iyrənc məqsədlərini həyata keçirmək üçün gərəkli olan ideoloji vasitə kimi yanaşırlar.
Erməni Qriqoryan kilsəsi son 200 il ərzində xristianlığın digər məzhəblərindən fərqli olaraq, bu dinin vahid dəyərlərinin deyil, erməniliyin, erməni identikliyinin təbliğatçısı olub. Qriqoryan kilsəsi tarixin bütün mərhələlərində məbəddən daha çox ultramillətçi, irqçi ideyaların ideoloji mərkəzi rolunu yerinə yetirib. Bu baxımdan, erməni Qriqoryan kilsəsinin "Qnçak" və "Daşnaksütun" kimi terror təşkilatlarından bir o qədər də fərqi yoxdur.
Erməni Qriqoryan kilsəsi və kilsənin "xeyir-duası" ilə yaradılan ultramillətçi təşkilatların tarixi Azərbaycan torpaqlarından, o cümlədən İrəvandan azərbaycanlıların izini tamamilə silməkdə məqsədləri yalnız "Böyük Ermənistan" xülyasını gerçəkləşdirməkdən ibarət olmayıb, onlar erməniləri, xüsusilə də yeni nəslin nümayəndələrini uydurduqları və saxta ideoloji pazllardan ibarət "tarix"lərinə inandırmaq, zombiləşdirmək, nifrət silahına çevirmək istəyirdilər. Eynilə Hitler və onun millətçi-sosialist partiyasının ideoloqları kimi…
Almaniyada faşistlər hakimiyyətə gəldikdən sonra, gənc nəslin və bütövlükdə almanların beynini yumaq üçün 12 tezisdən ibarət təlimat hazırlamışdılar. "Hitler inkivizisiyası" adını alan bu tezislər alman xalqının gerçək keçmişi və bəşəri dəyərlərlə bütün əlaqələrinin qırılmasına xidmət edirdi.
Üçüncü Reyxin ideoloqları 1933-cü il mayın 10-da 34 universitet şəhərciyində keçirilən "məşəl yürüş"lərindən sonra, təxminən 300 müəllifin 25 min cilddən çox kitabının yandırılmasına nail oldular. Alman xalqının böyük əksəriyyəti yalnız faşizm ideologiyasını təbliğ edən kitabların ümidinə qaldı və "beyinlərin yuyulması əməliyyatı" cəmi 6 il sonra özünü büruzə verməyə başladı.
"Məşəl yürüşləri" işğal, ölüm yürüşləri ilə əvəz olundu, tonqallarda, sobalarda kitabları deyil, insanları yandırdılar. Bu arada bir haşiyə çıxmaq istəyirəm: "Məşəl yürüşü" ifadəsi, hesab edirəm ki, hər kəsə tanış gəlir. Ermənilər də "məşəl yürüşləri"nə çıxmağı, həmin məşəllərlə azərbaycanlıların evlərinə, tarixi və mədəniyyət abidələrinə od vurmağı sevirlər… Nifrət, yalan, xəstə, şozofrenik təfəkkürdən doğan mistik fərziyyələr üzərində qurulan ideyalar nüvə silahından da dəhşətli silahdır. Faşizmin, o cümlədən erməni faşizminin tarixi də bunu sübuta yetirir. Məhz bu xüsusda, diqqəti Adolf Hitlərlə bağlı bir məqama çəkmək istəyirəm. Bilirsiniz Adolf Hitleri bütün dünyanı ələ keçirmək xülyasına düşürən təəssürat bəşər tarixinin ən böyük qatilində harada formalaşıb? Muzeydə… Bəli, dünya mədəniyyətinin, bəşəri düşüncənin düşməni olan Hitler, sonradan məhv etdirdiyi muzeylərdən birində yüzbaşı Longinin İsa Məsihi çarmıxdan endirən zaman istifadə etdiyi nizəni gördükdən və yeniyetməlik illərində sözügedən nizənin dünya üzərində hökm sürmək imkanı verdiyi barədə əfsanəni xatırladıqdan sonra dünyaya sahiblənmək niyyətinə düşüb. Bir yalan, bir əfsanə milyonlarla insanın ölümünə, şəhər və kəndlərin dağıdılmasına, tarixi və mədəniyyət abidələrinin yerlə bir edilməsinə səbəb olub.
Erməniləri türklərə, azərbaycanlılara və bütövlükdə erməni olmayanlara qarşı nifrət üzərində kökləyən Qriqoryan kilsəsinin əfsanə və nağıllarının da Adolf Hitleri ekstaza gətirən mistik hekayədən fərqi olmadığını düşünürəm. Ermənilərin Türkiyədən Qafqaza, ön və orta Asiyaya qədər törətdikləri bütün dəhşətli soyqırım cinayətlərinin, o cümlədən birinci və ikinci Qarabağ müharibəsi zamanı Azərbaycan xalqına, onun tarixi, dini və mədəni abidələrinə qarşı həyata keçirdikləri müharibə cinayətlərinin, vandalizm aktlarının kökündə, istisnasız olaraq, Qriqoryan kilsəsinin xristianlığın dəyərləri arxasında gizlədilmiş ultramillətçi ideyaları dayanır".
Vəli Həsənov,
KONKRET.az

Siyasi       Tarix: 23 iyun 2023
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Tixanovskaya: ABŞ Lukaşenkonun hökuməti ilə ticarət etməməlidir

ABŞ Belarus Prezidenti Aleksandr Lukaşenkonun hökuməti ilə ticarət etməməlidir. xəbər verir ki, bunu Belarusun demokratik qüvvələrinin lideri Svetlana Tixanovskaya BMT Baş Assambleyasının Nyu-Yorkda keçirilən iclası çərçivəsind

"Azərbaycan Ordusu BMT-nin yerinə yetirilmədiyi qətnamələri icra etdi"- Politoloq

"Antiterror əməliyyatı cəmi bir sutka ərzində reallaşmış olsa da, Azərbaycan tarixinin yüz illiklər boyu yüksək qiymətləndiriləcək parlaq səhifələrindən biridir". Bunu politoloq Elçin Xalidbəyli -a açıqlamasınd

Rəsmi Bakıdan 20 Sentyabr mesajı: "...əbədidir"

Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) Dövlət Suverenliyi Günü ilə bağlı bəyanat yayıb. xəbər verir ki, bəyanatda 20 sentyabr tarixinin Azərbaycan xalqının çoxəsrlik dövlətçilik salnaməsinə qızıl hərflərlə yazıldığı qey

Azərbaycan Pakistana başsağlığı verdi

Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) Pakistanda törədilən terror aktında çoxsaylı insan ölümü ilə bağlı bu ölkəyə başsağlığı verib. xəbər verir ki, bununla bağlı XİN-in "X"dəki hesabında paylaşım olunub. "Pakistanı

Sentyabr ayında mediada ən aktiv deputatlar kimlər olub? - SİYAHI

Sentyabr ayı üzrə təhlillərə əsasən mediada ən aktiv olan deputatlar açıqlanıb. xəbər verir ki, "Mediatrends.ai" platformasının "Media indeksi" göstəricilərinə əsasən, siyahıya 26,06 faizlə deputat Naqi

20 Sentyabr — Dövlət suverenliyinin zəfər tarixi

Azərbaycan tarixində elə günlər var ki, onların əhəmiyyəti yalnız təqvimlə ölçülmür. Bu tarixlər dövlətin keçdiyi yolun, xalqın iradəsinin və gələcəyə baxışının ifadəsinə çevrilir. 20 Sentyabr da məhz belə günlərdəndir. 2023-c

Ramiz Mehdiyev və köməkçisi Eldar Əmirovun məhkəməsi başladı

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin və onun köməkçisi olmuş Eldar Əmirovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib. Hakim Murad Aslanovun sədrliy

Tramp: "ABŞ husilərlə daimi əlaqə saxlayır"

ABŞ Prezidenti Donald Tramp Vaşinqtonun Yəmənin üsyançı "Ənsar Allah" husi hərəkatı ilə daimi əlaqə saxladığını bildirib. "Fox News" telekanalına istinadən xəbər verir ki, bu barədə telekanalın efirind

Zelenski BMT tribunasından Rusiyanı HƏDƏLƏDİ

Ukrayna Prezidenti Volodimir Zelenski Nyu-Yorkda BMT Baş Assambleyasındakı çıxışı zamanı xəbərdarlıq edib ki, Rusiyanın Ukraynanın enerji infrastrukturuna zərbələrini davam etdirməsi Rusiyanın enerji obyektlərinə cavab hücumlar


azerbaycan xeberleri son xeberler yeni xeberler xəbər.az kriminal xeber.az 2026 cebheden xeberler