"ElDiario": "İlham Əliyev Ermənistandan 10 noyabr bəyanatının tam icrasını tələb edib"

"ElDiario": "İlham Əliyev Ermənistandan 10 noyabr bəyanatının tam icrasını tələb edib" "ElDiario": "İlham Əliyev Ermənistandan 10 noyabr bəyanatının tam icrasını tələb edib"
İspaniyanın "ElDiario"nəşri Azərbaycan Prezidenti İlham Əliyevin fevralın 26-da yerli və xarici media nümayəndələri üçün keçirdiyi mətbuat konfransı barədə məqalə dərc edib.
Məqalədə qeyd edilir ki, İlham Əliyev Ermənistanın Dağlıq Qarabağdakı müharibədəki məğlubiyyətindən sonra yaşadığı siyasi böhranın onların "daxili məsələsi" olduğunu bildirib.
Eyni zamanda, Azərbaycan lideri qeyd edib ki, bunlar keçən ilin noyabr ayında imzalanan razılaşmanın yerinə yetirilməsinə mane olmamalıdır.
"Ermənistanda indi tamamilə böhranlı vəziyyət hökm sürür. Mən onların daxili vəziyyəti ilə bağlı hər hansı bir şərh vermək istəməzdim. Prinsip etibarilə biz heç vaxt başqa ölkələrin daxili işlərinə qarışmırıq, xüsusilə indiki həssas məqamda. Ancaq müharibənin nəticələri dəyişməz olaraq qalır və qalacaq. Noyabrın 10-da imzalanmış Bəyanat icra edilir və tam icra edilməlidir", - deyə nəşr İlham Əliyevin sözlərindən sitat gətirir.
Bildirilir ki, Əliyev Ermənistanın Bəyanatın müddəalarını icra etməyəcəyi təqdirdə böyük problemlərlə üzləşəcəyini vurğulayıb.
Diqqətə çatdırılır ki, atəşkəs haqqında Bəyanatın 9 bəndinin əksəriyyəti artıq yerinə yetirilib, lakin İlham Əliyevin sözlərinə görə, hazırda həmin sənədin bəzi aspektləri müzakirə edilir. Qarabağ uğrunda – Azərbaycanın tərkib hissəsi olması bütün dünyada qəbul edilmiş, lakin etnik ermənilərin məskunlaşdığı bu ərazi uğrunda müharibədə rəsmi Bakının qələbəsi yeni reallıqlar doğurub. Ermənistanın həmin reallıqları qəbul etməkdən başqa yolu yoxdur.
Azərbaycan Prezidenti əminliklə qeyd edib ki, bütün hərbi əsirlər Ermənistana qaytarılıb. 60-dan çox erməni əsgəri isə terrorçudur və bu səbəbdən onlar hərbi əsir sayılmır.
Bildirilir ki, İlham Əliyev gələcəkdə Ermənistan ilə münasibətlərin normallaşmasını və müəyyən mərhələdə sülh müqaviləsi imzalanmasını istisna etməyib, hərçənd 10 noyabr 2020-ci il tarixli Bəyanat, əslində Ermənistanın kapitulyasiya aktı və de-fakto sülh müqaviləsi kimi bir sənəddir. /oxu.az

Siyasi       Tarix: 01 mart 2021
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

Yetər susduq, susduqca üstümüzə gəlirlər – Yaqub Mahmudovdan Gürcüstan Patriarxlığına

Azərbaycan xalqı həm öz qonşularına münasibətdə, həm də ölkə daxilindəki digər etnosların nümayəndələrinə, onların dini etidaqlarına münasibətdə dünyanın ən tolerant xalqlarından biridir. Bizim dövlətimiz də bütün qonşularl

Prezident və xanımı Bakıda sərgidə

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 30-da Bakı Ekspo Mərkəzində keçirilən "ADEX 2026" 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi və "Securex Caspian" 15-ci Beynəlxal

Prezident İlham Əliyev Məsud Pezeşkiana zəng etdi

Sentyabrın 29-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkiana zəng edib. xəbər verir ki, Dövlətimizin başçısı Prezident Məsud Pezeşkianı ad günü münasibətilə təbri

Kamran Əliyev: "Bu şəxslərə layiqli cəzalar verilib

Azərbaycanlılara qarşı müharibə cinayəti törədən şəxslərə məhkəmələr tərəfindən layiqli cəzalar verilib. xəbər verir ki, bu sözləri Baş prokuror Kamran Əliyev Azərbaycan Prokurorluğunun yaradılmasının 108-ci ildönümü və prokurorlu

Türkiyədə Azərbaycana qarşı kampaniyanın səbəbi nədir? – Cavanşir Abbaslıdan AÇIQLAMA

Son günlər Türkiyə mediasında Azərbaycan əleyhinə müxtəlif yazı və fikirlərin yayılması iki ölkə arasındakı münasibətlər fonunda diqqət çəkib. Bəzi dairələrin bu mövqedən Azərbaycan-Türkiyə əlaqələrinə təsir göstərməyə çalışdığ

İlham Əliyev Beynəlxalq Xizək və Snoubord Federasiyasının prezidenti ilə görüşüb

Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 26-da Beynəlxalq Xizək və Snoubord Federasiyasının Prezidenti Aleksandr Oşpelt ilə görüşüb. xəbər verir ki, söhbət zamanı Azərbaycanın beynəlxalq əhəmiyyətli nüfuzlu idman tədbirlərinə

Ərdoğan: Qarabağ Azərbaycan torpağıdır, əbədi olaraq belə də qalacaq

Qarabağ Azərbaycan torpağıdır və əbədi olaraq belə də qalacaq. xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu barədə 27 sentyabr - Anım Günü ilə bağlı X-da paylaşımında bildirib. "Anım Günü münasibətilə Qarabağ

İlham Əliyev "ADEX 2026" və "Securex Caspian" sərgiləri ilə tanış olub - FOTOLAR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 30-da Bakı Ekspo Mərkəzində keçirilən "ADEX 2026" 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi və "Securex Caspian"

Tehranda yeni savaş: Pezeşkian hədəf alındı – Hərbi çevriliş

İranda daxili vəziyyətin gərgin olması haqda müzakirələr başlayıb. İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ilə Prezident Administrasiyası arasında ziddiyyətin böyüdüyü deyilir. 2026-cı ilin fevralında ABŞ və İsrailin hücumunda


yeni xeberler azerbaycan xeberleri son xeberler son xabarlar son xəbərlər azərbaycanda sonxabar xeberler bugun