"Elə bil koronavirus Çində yox, Azərbaycanda yaranıb"
"Düşünürsən ki, sabah bu gündən yaxşı olar. Amma sabah bu gündən də pis gəlir. 3 ay evdə oturub sabah işlərin yoluna düşəcəyini ümidlə gözləyən mən və mənim kimi 100 minlərlə insanların ümidi sönür".
Open.az.az xəbər verir ki, bu sözləri müğənni Kərim Abbasov sosial şəbəkədə yazıb.
Sənətçi pandemiya dövründə işsiz qalmasından gileylənib: "Türkiyədə bitdi və ikinci dalğa gözlənilmir deyə bəyanat verdilər. Bizdə mümkün deyil. Niyə xərçəng və hepatit kimi xəstəliklərə bu qədər diqqət ayırmırıq? Bunlara necə pul verib müalicə oluruqsa, Covid19-dan da müalicə olacağıq. Ya da sağalmayıb öləcəyik... Buna görə iqtisadiyyatı məhv etməliyik? Bütün dünyada karantin bitdi, Azərbaycanda hələ davam edəcək. Karantinə hamıdan tez başlayan da biz olduq, gec çıxan da biz olacağıq. Elə bil ki, koronavirus Çinin Vuhan şəhərində yox, Azərbaycanda yaranıb. İranda gündə 500, İtaliyada 650 nəfər ölür. Amma artıq ölümdən danışmırlar. Orada media da artıq ölümdən yazmır. Bəlkə peyvəndi tapılıb? İnşallah, bizə də gəlib çıxar".

Azərbaycanda meymunçiçəyinə yoluxma var? – Rəsmi
Bakıda dəhşətli hadisə:Yeniyetmə ürəyindən VURULDU
Naxçıvanda zəncirvari qəza - Azyaşlı öldü, xəsarət alanlar var
İmran Əliyevə 12 il iş istənildi
Vüsalın qətlini gözləri ilə görüb - "Bıçağı üstünə sürtərək yanımdan keçdi..."
Yaponiyanın böyük imperiya arzusu: Qərbi təqlid etdi, Asiyaya hökmranlıq etdi
Türkiyə ilə viza rejimi tətbiq edilir? - SƏBƏBLƏR
Türk millətçiliyini zəhərləməyə çalışanlar... - Baxçalı
Azərbaycanda balıq bahalaşdı - Qiymətlər
Selena Qomesin səsi dəyişdi: Nədən imtina etdi?
Azərbaycanla Kanadanın aparıcı analitik mərkəzi arasında əməkdaşlıq müzakirə olunub
İran XİN sözçüsündən vahid məktəbli geyimi ilə bağlı - AÇIQLAMA
MM sədri Bişkekdə süni intellekt dövründə parlamentlərarası əməkdaşlığın önəminə diqqət çəkib
Lissabonda Azərbaycan səfirliyinin açılışına hazırlıq müzakirə edilib
Mobil telefonlardan POS-terminal kimi istifadə mümkün olacaq