Ələkbər Yasamallı bibisi oğlunu öldürən Rəşad Dağlıdan danışdı: 'Onu deyə bilərəm ki

Ələkbər Yasamallı bibisi oğlunu öldürən Rəşad Dağlıdan danışdı: 'Onu deyə bilərəm kiMeyxanaçı Ələkbər Yasamallı dostu Rəşad Dağlı və qətlə yetirilən bibisi oğlu  İsgəndər Mehdiyevdən danışıb.
azxeber.com demokrat.az-a istinadən xəbər verir ki, sosial şəbəkələrdə yayılmış videoda tanınmış meyxanaçı açıqlaması ilə bir çox vacib məqamlara toxunub: 
"Bu hadisə barədə danışmaq mənim üçün həddən çox çətindir. Çünki hər iki tərəf mənə çox yaxın olub.  İsgəndər mənim bibim oğlum, doğmam idi.  Rəşad Dağlı isə dostum idi. Rəşad Dağlı bizim evdə böyümüşdü, bir yerdə tonlarla  çörək kəsmişdik. İsgəndərlə də çörək kəsmişdik. Allah şeytana lənət etsin! Onun iki gözəl gül balası var. İsgəndər yetim isə heç ailə də qurmamışdı. Allah ona rəhmət etsin, günahlarını bağışlasın. Yalnız onu deyə bilərəm ki,  Allah Rəşadın da qapısını açsın, günahlarını bağışlasın. Bu iş olmamalı idi, ancaq oldu. Nə deyim!?  Allah bilən məsləhətdir".
Ə.Yasamallı açıqlamasında bu hadisədən sənət dostlarının da sarsıldığını qeyd edib:
"Həmkarlarımın hamısı sarsılıb. Nəinki Rəşadın, heç bir sənət yoldaşımızın başına gəlməli bir şey deyildi.  Rəşad özü azadlıqda olanda da bilirdi ki, Rəşadın uğurlarına daim sevinmişəm. Amma onun uğurlarına sevinməyənlər də var idi. Bunu özü çox yaxşı bilir. Biz, bir-birimizin uğuruna həmişə  sevinmişik, kədərimizə də pis olmuşuq. Allah Aydına, Vüqara da rəhmət eləsin! Vüqar rəhmətə gedəndə Rəşadla bir yerdə gedirdik.
Dedi: "Qoca, Allaha and olsun ki, toyumuza çağırılası dostlarımız azalır". Yəni, Aydın, Vüqar, Rəşad yoxdursa, Ələkbər də yoxdur. Rəşad bizə pis olmayıb,mən də ona pis olmamışam. Belə bir faciədən kim özünə xal qazanırsa,  bu qalıb onun kişiliyinə, mərdliyinə. Gizlətmirəm, bu hadisə mənə pis təsir edib. Nəinki, bibimoğluna, eləcə də dostuma görə pis olmuşam".

Şou Biznes       Tarix: 21 yanvar 2023
f Paylaş

Oxşar xəbərlər

Yenidən məhkəmədə üz-üzə gələcəklər

Dünyaca məşhur müğənni Şakira və "Barselona"nın sabiq futbolçusu Jerar Pike oğlanları ilə görüş qaydalarını müzakirə etmək üçün yenidən Barselona məhkəməsində üz-üzə gələcəklər. "EL PAÍS" nəşri xəbər veri

Nəsrin Cavadzadə Türkiyədə onu təhqir edənləri məhkəməyə verdi

"Son günlər sosial şəbəkələrdə şəxsimi hədəf alan, həqiqətə uyğun olmayan iddialarla aparılan qarayaxma kampaniyasını diqqətlə izləyirəm. İlk növbədə, hər kəs bilməlidir ki, heç kimin mənim türklüyümü, müsəlmanlığım

"Yalı çapkını"nın aktrisası Bakıda toyda

Türkiyəli aktrisa Buçe Buse Kahraman Azərbaycana gəlib. Aktrisa Bakıda toylardan birində iştirak edir. Bu barədə paylaşım edən Buse məclisdə çəkdirdiyi fotoları yayımlayaraq azərbaycan dilində "Təki toy olsun" deyə

Ölən qızı 11 ay əvvəl boşanıbmış

Türkiyəli müğənni Atilla Taşın 14-cü mərtəbədən yıxılaraq həyatını itirən qızı Sezen Taşın keçmiş həyat yoldaşı Uğur Haliloğlu haqqında səsləndirilən iddialara cavab verib. Haliloğlu açıqlamasında Sezen Taşla 11 ay əvvə

"Ceylan"la "Haydar Ali"dən eşq etirafı - FOTO

"Yeraltı" serialının ulduzları Devrim Özkanla Deniz Can Aktaş sevgili olduqlarını elan ediblər. Özkan ötən gün sevgilisi ilə birgə fotosunu paylaşıb. Cütlüyün eşq etirafı gündəm olub. /

Çağla Bozun narkotik testi müsbət çıxdı: Saçında kokain aşkarlanıb

Türkiyədə məşhurlara qarşı aparılan narkotik araşdırması çərçivəsində saxlanılan aktrisa Çağla Bozun narkotik testi ilə bağlı nəticə açıqlanıb. Türkiyə mediası xəbər verir ki, əməliyyat zamanı aralarında aktrisa Çağla Bozu

Tanınmış reperi həbsxanada döydülər

P.Diddy kimi tanınan amerikalı reper Şon Kombs ABŞ-dəki Fort Diks həbsxanasında yamaykalı narkobaron Kristofer Koukla davada başından xəsarət alıb. Münaqişə 9 oktyabrda baş verib. Hadisəyə həbsxana rəsmilərinin reperin dəbdəbəl

Maykl Ceksonun məşhur pencəyi hərraca çıxarılır

Pop ulduz Maykl Ceksonun "Thriller" klipindəki pencəyi Əbu-Dabidə hərraca çıxarılacaq. Ceksonun həmçinin əlcəkləri, mokasinləri və digər şəxsi əşyaları satılacaq. Hərrac dekabrda keçiriləcək. /

25 il sonra yenidən "Mumiya"da - Foto

Amerikalı aktyor Brendan Freyzer illər sonra "Mumiya" filmindəki "Rik O"Konnell" obrazına qayıdıb. Bu barədə "People" nəşri məlumat yayıb. 57 yaşlı aktyor filmin dördüncü hissəsinin çəkilişlər


yeni xeberler azerbaycan xeberleri son xeberler apa.az xeberler sonxeber az xəbərlər.com sonxəbər