Ələkbər Yasamallı bibisi oğlunu qətlə yetirən Rəşad Dağlıdan DANIŞDI: "Yalnız onu deyə bilərəm ki
Ələkbər Yasamallı bibisi oğlunu qətlə yetirən Rəşad Dağlıdan DANIŞDI: "Yalnız onu deyə bilərəm ki..."
Meyxanaçı Ələkbər Yasamallı dostu Rəşad Dağlı və qətlə yetirilən bibisi oğlu İsgəndər Mehdiyevdən danışıb.
Demokrat.az xəbər verir ki, sosial şəbəkələrdə yayılmış videoda tanınmış meyxanaçı açıqlaması ilə bir çox vacib məqamlara toxunub:
"Bu hadisə barədə danışmaq mənim üçün həddən çox çətindir. Çünki hər iki tərəf mənə çox yaxın olub. İsgəndər mənim bibim oğlum, doğmam idi. Rəşad Dağlı isə dostum idi. Rəşad Dağlı bizim evdə böyümüşdü, bir yerdə tonlarla çörək kəsmişdik. İsgəndərlə də çörək kəsmişdik. Allah şeytana lənət etsin! Onun iki gözəl gül balası var. İsgəndər yetim isə heç ailə də qurmamışdı. Allah ona rəhmət etsin, günahlarını bağışlasın. Yalnız onu deyə bilərəm ki, Allah Rəşadın da qapısını açsın, günahlarını bağışlasın. Bu iş olmamalı idi, ancaq oldu. Nə deyim!? Allah bilən məsləhətdir".
Ə.Yasamallı açıqlamasında bu hadisədən sənət dostlarının da sarsıldığını qeyd edib:
"Həmkarlarımın hamısı sarsılıb. Nəinki Rəşadın, heç bir sənət yoldaşımızın başına gəlməli bir şey deyildi. Rəşad özü azadlıqda olanda da bilirdi ki, Rəşadın uğurlarına daim sevinmişəm. Amma onun uğurlarına sevinməyənlər də var idi. Bunu özü çox yaxşı bilir. Biz, bir-birimizin uğuruna həmişə sevinmişik, kədərimizə də pis olmuşuq. Allah Aydına, Vüqara da rəhmət eləsin! Vüqar rəhmətə gedəndə Rəşadla bir yerdə getmişdik.
Dedi: "Qoca, Allaha and olsun ki, toyumuza çağırılası dostlarımız azalır". Yəni Aydın, Vüqar, Rəşad yoxdursa, Ələkbər də yoxdur. Rəşad bizə pis olmayıb, mən də ona pis olmamışam. Belə bir faciədən kim özünə xal qazanırsa, bu qalıb onun kişiliyinə, mərdliyinə. Gizlətmirəm, bu hadisə mənə pis təsir edib. Nəinki bibim oğluna, eləcə də dostuma görə pis olmuşam". / oxu.az
Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Bakıda 21 yaşlı kişi bıçaqlandı
Naxçıvanda zəncirvari yol qəzası olub, xəsarət alanlar var
Bakının bu rayonunda 2 gün su olmayacaq - Xəbərdarlıq
"İflic olacağam və yataqda qalacağam
Aİ-nin Azərbaycandakı Nümayəndəliyi Müstəqilliyin Bərpası Günü münasibətilə paylaşım edib
Ermənistanın Azərbaycana qarşı mina müharibəsi bu dəfə Romada fotofaktlarla nümayiş etdirilib
Sarsılmaz qardaşlıq bağlarına sahib olduğumuz Azərbaycana firavanlıq arzulayıram
Marsol Group ilə Kamboca Krallığının Turizm naziri arasında görüş keçirilib - FOTOLAR
Qızıl və gümüş bahalaşdı
Rəis müavini faciəli şəkildə HƏYATINI İTİRDİ
İsrail Prezidenti Bakıya BELƏ GƏLİBMİŞ
Naxçıvanda avtomobil piyadanı vurdu
Əhmədli metrosunun qarşısında ağır qəza - Ölən var
Göbələk mövsümü: Zəhərlənmə halları ilə bağlı xəbərdarlıq edildi