Ələt-Astara magistralında iki avtomobil toqquşdu - YENİLƏNİB
Lənkəranda baş verən qəzada xəsarət alanların kimliyi məlum olub.
KONKRET.az-ın xəbərinə görə, xəsarət alanlar "Tayota Prado"-nun sürücüsü Bakı şəhər Xəzər rayonun Binə qəsəbə sakini 1982-ci il təvəllüdlü Məmməd Rəcəbov, "Mercedes"-in sürücüsü Lənkəran rayonunun Haftoni kənd sakini 1981-ci il təvəllüdlü Mühəndis Rzayev, eləcə də hər iki nəqliyyat vasitəsində sərnişin qismində olan Lənkəran rayon sakini 1967-ci il təvəllüdlü Məlahət Mahmudova, 2014-cü il təvəllüdlü Akif Mahmudov, Lerik rayonunun Bırkandul kənd sakini 1998-ci il təvəllüdlü Alqayıt Əliyev, Bakı şəhər Binə qəsəbə sakini 2008-ci il təvəllüdlü Eldar Rəcəbli, 2013-cü il təvəllüdlü Hüseyn Rəcəblidir.
Yaralılardan 10 yaşlı Akif Mahmudov və 57 yaşlı Məlahət Mahmudovanın vəziyyətləri ağır olduğu üçün reanimasiya şöbəsinə yerləşdiriliblər. Akif Mahmudovun hələ də komada olduğu bildirilir.
15:53
Bu gün saat 12:40 radələrində Ələt-Astara magistral yolunun Lənkəran rayonu Boladi kəndindən keçən hissəsində baş vermiş ağır yol-nəqliyyat hadisəsi nəticəsində 5 nəfər (kişi cinsli), 1 nəfər (qadın cinsli), 1 nəfər (uşaq) "qapalı kəllə-beyin travmasl, çənə sümüyünün sınığı, sol kürək sümüyünün sınığı, alnın sıyrılmış yarası, üz nayihəsinin sıyrıntıs, sol əlin küt travması, dəqiqləşdirilməmiş koma" diaqnozları ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım şöbəsinə hospitalizasiya olunub.
Bu barədə KONKRET.az-ın sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib.
Yaralılara zəruri ilkin tibbi xidmətlər göstərilib, azyaşlı və 1 nəfər (qadın cinsli) vəziyyətinə olaraq Reanimasiya şöbəsinə yerləşdirilib, digərlərinin müalicəsi Təcili yardım şöbəsində davam etdirilir.
Qeyd edək ki, hadisə nəticəsində 1 nəfərin həkiməqədər ölüm faktı təsdiqlənib.
14:06
Lənkəranda qəzada 1 nəfər ölüb.
KONKRET.az-ın xəbərinə görə, qəza nəticəsində xəsarət alan 6 nəfər Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım şöbəsinə hospitalizasiya olunub, onlardan 3-nün vəziyyəti ağır qiymətləndirilib.
13:05
Lənkəran rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
KONKRET.az-ın xəbərinə görə, hadisə Ələt-Astara magistralının 152-ci km-də olub.
"Toyota Prado" və "Mercedes" markalı minik avtomobilləri toqquşub, "Toyota Prado" aşıb.
Qəza nəticəsində 1 nəfər ölüb, yaralananlar var.

Binəqədidə müşavirə keçirildi - FOTOLAR
Şirkətdə pis xəbərlər niyə rəhbərdən gizlədilir?
Bank Respublika-dan sərfəli nağd kredit imkanı - "Payız fürsəti
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Azərbaycan BMT-də mina təhlükəsi və qanunsuz silah dövriyyəsi məsələsini qaldırıb
BMT-də Azərbaycanın minalarla çirkləndirilmiş əraziləri barədə məlumat verilib
UEFA-dan Fəridə Lütfəliyevaya təyinat
Azər Türk Bankın şəhid əməkdaşının xatirəsi anılıb - FOTOLAR
Vaqif Sadıqov etimadnaməsini İsveçrə prezidentinə təqdim edib
Banklarda əmanəti olanların nəzərinə: Hansı banklar bağlanacaq? – "Böhran başlayıb"
Bakıda yaşayış binasında uçqun
Neftçalada üç yaşlı uşaq faciəli şəkildə öldü
"Real Madrid" Arda Gülerlə bağlı qərarını verdi