Ələt-Astara yolundakı qəzada yaralananların bəzilərinin şəxsiyyəti məlum oldu - YENİLƏNİB
Ələt-Astara yolundakı qəzada yaralananların bəzilərinin şəxsiyyəti məlum olub.
KONKRET.az-ın məlumatına görə, Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilən xəstələr bunlardır:
1. 1964-cü il təvəllüdlü İbadullayeva Zabitə Kərimulla qızı, Masallı rayonunun Qarğalıq kənd sakini.
2. 1972-ci il təvəllüdlü Qəmbərov Yadigar Heybət oğlu, Masallı rayonunun Qarğalıq kənd sakini.
3. 1978-ci il təvəllüdlü Cəfərova İlhamə Şücayət qızı, Masallı rayonunun Qarğalıq kənd sakini.
4. 1961-ci il təvəllüdlü Vəliyeva Həlimə İbadulla qızı, Masallı rayonunun Qarğalıq kənd sakini.
5. 1990-cu il təvəllüdlü Orucova Tutu Məcnun qızı, Masallı rayonunun Qarğalıq kənd sakini.
6. 1987-ci il təvəllüdlü Əliyev Tofiq İdris oğlu, Masallı rayonu Əhmədli kəndi.
Yaralıların vəziyyəti orta-ağır qiymətləndirilir.
19:45
Ələt-Astara yolunun Cəlilabad rayonunun Göytəpə şəhəri ərazisindən keçən hissəsində ağır yol qəzasında yaralı sayı 20-yə çatıb.
KONKRET.az-ın məlumatına görə, Cəlilabad rayon mərkəzi xəstəxanasına 6, Masallı rayon mərkəzi xəstəxanasına isə 14 yaralı gətirilib.
Yaralılara ilkin tibbi yardım göstərilir.
Hazırda onların şəxsiyyəti müəyyən olunur. Məlumata görə, yaralıların çoxu mikroavtobusda olan fəhlələrdir. Onların çiyələk sahəsindən getdikləri zaman qəzanın baş verdiyi bildirilir.
Faktla bağlı araşdırmalar davam etdirilir.
19:26
Ələt-Astara yolunun Cəlilabad rayonunun Göytəpə şəhəri ərazisindən keçən hissəsində ağır yol qəzası baş verib.
KONKRET.az-ın məlumatına görə, qəza nəticəsində fəhlələri daşıyan mikroavtobus, "Mersedes" və "Hunday" markalı minik avtomobilləri toqquşub.
Zərbənin təsirindən "Hunday" markalı avtomobil yolun kənarına aşıb.
İlkin məlumata görə, 15-dən yuxarı yaralı olduğu bildirilir. Onlar Cəlilabad və Masallı rayon mərkəzi xəstəxanalarına aparılıb.
Faktla bağlı araşdırma aparılır. Report

Azərbaycan və İƏT gələn il Bakıda keçiriləcək sammitə hazırlığı müzakirə edib - Yenilənib
Yelo Bank-ın "Parlaq sahillər" aksiyası çərçivəsində Hövsan sahili tullantılardan təmizlənib - FOTOLAR
Bank Respublika regionlarda sahibkarlıq üçün AİB-dən 40 milyon dollar cəlb edib
Birbank-dan "7 gözəl gün": bonuslar və 70%-dək endirim fürsəti
Millimiz İsrail yığmasını məğlub etdi – FOTOLAR
Bakcell eSIM ilə eyni anda iki nömrədən istifadə edin
Futbol əfsanəsi Samuel Eto'O Bakıya gəldi
İstanbul derbisində sevinən tərəf "Qalatasaray" oldu
"Qarabağ" - "Dinamo Zaqreb" matçının baş hakimi açıqlandı
Banklar kimlərə aşağı faizlə kredit verir? – Əsas şərt
Əkrəm Həsənovdan xəbərdarlıq: "Azərbaycanı ağır illər gözləyir"
Hindistan Azərbaycandan neft alışını 5 dəfə artırdı
Dövlət dəstəyi almaq istəyənlər üçün ŞƏRTLƏR AÇIQLANDI
Şamaxı şəhərində Xınıslı körpələr evi-uşaq bağçasının açılışı olub - FOTOLAR
Leyla Əliyeva Şamaxıda "Capybara Azerbaijan" fermasında olub - FOTOLAR