Əli Əsədov Artur Rasizadənin imzaladığı qərarı ləğv etdi
"Orta ixtisas təhsili pilləsini yüksək nəticələrlə başa vuran məzunların (subbakalavrların) topladıqları kreditlərin uyğun ixtisaslar üzrə ali təhsil müəssisələrində nəzərə alınması haqqında" Nazirlər Kabinetinin 2009-cu il 22 dekabr tarixli 195 nömrəli qərarı ləğv edilib.
Oxu.Az xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı müvafiq qərar imzalayıb.
Xatırladaq ki, əvvəlki qərarla orta ixtisas təhsili pilləsini fərqlənmə diplomu ilə bitirmiş və "subbakalavr" ixtisas dərəcəsi almış məzunların ayrı-ayrı fənlərdən topladıqları kreditlər tələbənin müraciəti və müvafiq sənədlər (fərqlənmə diplomu və onun əlavəsi) təqdim edildikdən sonra baxılaraq, bakalavr səviyyəsinin uyğun ixtisaslarında ali təhsil müəssisəsi tərəfindən nəzərə alınırdı.
Qeyd edək ki, həmin qərarı 2009-cu ildə Artur Rasizadə imzalamışdı.

İmişlidə zavodda GÜCLÜ YANĞIN - FOTO
Gəncədə yol qəzası - xəsarət alanlar var - Foto
Rusiyanın hücumu: Azərbaycanlı həlak oldu
Kiyev bazarına dron hücumu-Kürdəmir sakini həlak oldu
Mahir Məmmədov yenidən vitse-prezident seçildi
Vuçiç istefa verdi
Deputat: "Azərbaycan dövləti öz qəhrəmanlarını unutmayacaq
Prezident və birinci xanım Bakıdakı Zəfər parkında olub - FOTOLAR
Əsas maraq Bakı Şəhər Halqasının unikallığına görədir - FIA prezidenti
Ərdoğan İlham Əliyevə zəng etdi
Xaçmazda avtomobillər toqquşdu - Yaralılar var
Hikmət Hacıyev: Şəhidlərimizi dərin ehtiram və minnətdarlıqla anırıq
Dövlət və hökumət rəsmiləri Bakıdakı Zəfər parkında - FOTOLAR