Əli Əsədov Bakı Gəmiqayırma Zavodunda olub, müşavirə keçirilib
Azərbaycanın Baş naziri Əli Əsədov iyulun 29-da Bakı Gəmiqayırma Zavodunda olub.
Bu barədə azxeber.com-a Nazirlər Kabinetindən məlumat verilib.
Bildirilib ki, Baş nazir zavodda görülmüş işlər, bu günədək icra olunmuş və potensial layihələrlə tanış olub.
Tanışlıq zamanı iqtisadiyyat naziri Mikayıl Cabbarovun, "Azərbaycan İnvestisiya Şirkəti" ASC-nin icraçı direktoru Ülvi Mansurovun və Bakı Gəmiqayırma Zavodunun İdarə Heyətinin sədri Elşad Nuriyevin iştirakı ilə müşavirə keçirilib.
Müşavirədə zavodun fəaliyyəti, həmçinin onun istehsalat gücünün artırılması planları ilə bağlı təqdimatlar edilib, ölkəmizin nəqliyyat-tranzit potensialının artması fonunda müəssisənin işinin daha səmərəli şəkildə qurulmasının, onun fəaliyyətinin kommersiya səmərəliliyinin artırılmasının zəruriliyi vurğulanıb.
Eyni zamanda, zavodun dayanıqlı və istehsal gücündən tam istifadə edilməsi üçün maliyyələşmə mexanizminin və uzun müddətli kreditlərin cəlb edilməsi, müəssisənin istehsal gücünün artırılması üçün yeni qapalı sahələrin yaradılması, həmçinin bərpa olunan enerji istehsalı üçün zavodun texniki imkanlarının genişləndirilməsi məsələləri müzakirə edilib.
Zavodun potensialının artırılması, istehsalat işlərinin genişləndirilməsi ilə bağlı konkret təkliflərin təqdim edilməsi üçün İqtisadiyyat Nazirliyinə tapşırıq verilib.
Daha sonra zavodun ərazisində fəhlələrlə görüş olub.

Fatimə həftələrdir reanimasiyada olan anasını paylaşdı
Əzizlərimizi yaşatmağa gecikməyək' - Xalq artisti
Azərbaycan bu ölkəyə tanker hədiyyə etdi - Mərasimdən fotolar
Paşinyan müxalifəti tamamilə sıradan çıxarır
ABŞ Prezidenti İranı güclü zərbə endirməklə hədələyib
AMB iyunun 22-nə olan rəsmi məzənnələri açıqladı - Dollar və avro neçəyədir?
Xamenei ilə vida mərasiminə Bakıdan o gedəcək
İki ölkə arasında imzalanmış sənədlər mübadilə olundu - Fotolar
"Qarabağ" Martin Zlomisliçi transfer etdi
AZAL donanmasına dördüncü müasir "Airbus A320neo" əlavə olundu
Danışıqlar dayandırıldı - İran nümayəndələri məkanı tərk etdi
"Neftçi" kapitanlarla bağlı qərar verdi
Bakıda restoranlarda 10–15 faiz servis haqqı - Ödəməliyik, yoxsa şikayət etməliyik?
Niger Məsləhət Şurasının sədri Azərbaycana səfərə gəlib
İyulun 1-dən qadınları gözləyən DƏYİŞİKLİK: Pensiya yaşı rəsmən 65-ə çatır