Əli Əsədov Türkiyə Böyük Millət Məclisinin sədri ilə görüşdü - FOTO/VİDEO
Əli Əsədov Türkiyə Böyük Millət Məclisinin sədri ilə görüşdü - FOTO/VİDEO
Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov fevralın 18-də Ankarada Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentopla görüşüb.
Türkiyə parlamentinin sədri Mustafa Şentop görüşdə bildirib ki, Azərbaycanın 44 günlük Vətən müharibəsindəki şanlı Zəfəri Türkiyədə böyük qürur və coşqu ilə qarşılanıb. Türkiyə Azərbaycan Prezidenti İlham Əliyevin Vətən müharibəsindən sonra irəli sürdüyü yeni regional əməkdaşlıq təşəbbüsünü dəstəkləyir.
Mustafa Şentop qeyd edib ki, yeni nəqliyyat dəhlizlərinin, Qars-İğdır-Naxçıvan dəmir yolu layihəsinin reallaşdırılması və gələcəkdə atılacaq digər addımlar muxtar respublikanın strateji önəmini daha da artıracaq.
Azərbaycanın Baş naziri Əli Əsədov Türkiyənin 44 günlük Vətən müharibəsinin ilk anlarından ölkəmizin yanında olmasını minnətdarlıq hissi ilə qeyd edib. Baş nazir bildirib ki, işğaldan azad edilən torpaqlarda bərpa işləri başlayıb, bu bölgə dünyanın ən gözəl guşələrindən birinə çevriləcək və Türkiyə şirkətləri bu prosesdə ön sıralardadır.
Əli Əsədov, həmçinin Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin uğurla fəaliyyət göstərdiyini bildirib. Baş nazir vurğulayıb ki, dövlətlərimizin başçıları iki ölkə arasındakı ticarət həcminin 2023-ildə 15 milyard dollara çatdırılmasını strateji hədəf kimi müəyyənləşdiriblər. Azərbaycan və Türkiyə hökumətləri, özəl sektorun nümayəndələri bu hədəfin reallığa çevrilməsi üçün mövcud potensialdan istifadə etməlidirlər.


Prezident Canni İnfantinonu qəbul etdi
Azərbaycanda qədim yaşayış məskəni aşkarlandı - FOTO
Lənkəranda kişi atasını qaynar su ilə yandırdı
Leyla Əliyeva daha bir görüş keçirdi - FOTOLAR
Leyla Əliyeva rahibə Petrini ilə görüşdü - FOTOLAR
Logistika və nəqliyyat Azərbaycanın iqtisadi inkişafında yeni imkanlar yaradır
Azərbaycan iqtisadiyyatına 10,8 milyard dollarlıq sərmayə: Ekspertlər nə deyir?
Gədəbəy Rayon İcra Hakimiyyətinin yeni başçısı kollektivə təqdim edilib
AZAL-dan Turizm İşçiləri Günü münasibətilə sərnişinlərə xüsusi TƏKLİF
Pərviz Heydərov vəfat etdi
Yevlaxda üçotaqlı ev yandı
Masallıda kişi evində ölü tapıldı
Beyləqanda elektrik yarımstansiyasında yanğın olub
Yetər susduq, susduqca üstümüzə gəlirlər – Yaqub Mahmudovdan Gürcüstan Patriarxlığına