Əli Əsədov Türkiyənin vitse-prezidentini təbrik etdi
Mayın 29-da Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın prezident seçkilərində yenidən qələbə qazanması münasibətilə Türkiyənin Vitse-prezidenti Fuat Oktaya təbrik məktubu ünvanlayıb.
Bu barədə Nazirlər Kabineti məlumat verib.
Məktubda vurğulanıb ki, Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi altında Türkiyə Respublikası böyük inkişaf yolu keçib və bunun təzahürü olaraq qardaş Türkiyə xalqı ölkənin hərtərəfli çiçəklənməsi yolunda öz liderinin genişmiqyaslı fəaliyyətini və xidmətlərini yüksək qiymətləndirib, bu seçkilərdə də ona etimad göstərib.
Milli iradənin və demokratiyanın təntənəsi olan bu səsvermənin nəticələrinin Azərbaycanda da böyük sevinc və coşqu ilə qarşılandığı diqqətə çatdırılıb.
Möhkəm təməllər üzərində qurulmuş, qarşılıqlı inama, etimada, dəstəyə əsaslanan və dövlət başçılarının rəhbərliyi ilə bu gün müttəfiqliyin və strateji tərəfdaşlığın ən yüksək səviyyəsinə yüksəlmiş Azərbaycan-Türkiyə dövlətlərarası münasibətlərinin bundan sonra da yüksələn xətlə inkişaf edəcəyinə və hər iki ölkənin xalqlarının rifahına xidmət edəcəyinə əminlik ifadə olunub. / azxeber.com
Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

"Sabah" doğma meydanda xal itirdi
"Şəfa" "Araz-Naxçıvan"a, "Zirə" "Qəbələ"yə qarşı
"Zəfər turu": "İmişli" "Sumqayıt"a, "Sabah" "Şamaxı"ya qarşı
Məşhur aktrisa vəfat etdi
40 yaşlı bank əməkdaşı futbolda ürəktutmadan öldü
Tramp Pekinin köməyi ilə iki müharibəni bitirməyə çalışır
"KamAz" dəmir maneələrə çırpıldı - Sürücü öldü
Türkiyədə mikroavtobus faciəsi - 9 ölü
Benzin qiyməti kəskin ucuzlaşdı
Ronaldu "Ən-Nəsr"lə bağlı qərarını verdi
Bu hərbçilərə ali hərbi rütbələr verildi - Adlar
Ərdoğan sabah Qarabağa gəlir
Milanda işləmək də yoxsulluqdan xilas etmir: Xeyriyyə yardımı alan hər üç nəfərdən biri iş sahibidir
TuranBank Zəfər Günü ərəfəsində təşkil edilən ağacəkmə aksiyasında iştirak etdi