Əli Əsədov: 'Xarici siyasətimizdə Xəzəryanı dövlətlərlə əməkdaşlıq xüsusi yer tutur
Azərbaycanın xarici siyasət strategiyasında Xəzəryanı dövlətlərlə əməkdaşlıq xüsusi yer tutur.
azxeber.com Nazirlər Kabinetinə istinadən xəbər verir ki, bunu Baş nazir Əli Əsədov Rusiyanın paytaxtı Moskvada keçirilən 2-ci Xəzər İqtisadi Forumunda bildirib.
O, qeyd edib ki, Xəzəryanı dövlətlərin qarşılıqlı fəaliyyəti maraqların qarşılıqlı nəzərə alınması, suverenliyə, ərazi bütövlüyünə, müstəqilliyə hörmət, eləcə də bir-birinin daxili işlərinə qarışmamaq prinsiplərinə əsaslanır.
Xəzəryanı dövlətlər arasında sahəvi əməkdaşlığın sanballı hüquq-müqavilə bazasına toxunan Ə.Əsədov deyib ki, bu baza bir çox sahələri, o cümlədən təhlükəsizlik, ticari-iqtisadi əməkdaşlıq, nəqliyyat, ekoloji məsələlər, eləcə də qarşılıqlı maraq doğuran digər sahələri əhatə edir. O, bu baxımdan 2018-ci il avqustun 12-də Aktau şəhərində imzalanmış Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanı Xəzəryanı ölkələrin hərtərəfli əməkdaşlığı üçün əsas sənəd kimi səciyyələndirilib, onun tezliklə qüvvəyə minməsinin Xəzərdə bütün sahələrdə gələcək əməkdaşlığa böyük töhfə verəcəyinə əminliyini ifadə edib.
Forumda Ə.Əsədovdan başqa İranın I vitse-prezidenti Məhəmməd Mohber, Rusiya hökumətinin sədri Mixail Mişustin, Qazaxıstanın Baş naziri Alixan Smailov və Türkmənistanın Nazirlər Kabineti sədrinin müavini Xocamurad Geldimuradov iştirak ediblər.
Forum iştirakçıları əvvəlcə məhdud tərkibdə danışıqlar aparıb, iyunun 29-da Aşqabadda keçirilən 6-cı Xəzər Zirvə toplantısının yekunlarını nəzərdən keçiriblər.
Plenar iclasın yekunlarına dair 2-ci Xəzər İqtisadi Forumunun Kommunikesi imzalanıb.

Formula-1: ikinci sərbəst yürüş başladı
Tacir Şahmalıoğlu xəstəxanadan evə buraxıldı
Xırdalanda QIZA GÖRƏ DAVA: Dostunu bıçaqladı, sonra ağladı
Prezidentdən ümumi təhsil müəssisələri ilə bağlı - Fərman
Prezident icra başçısını vəzifəsindən azad etdi
Əli Əsədov iclas keçirir
"Bir damla qan, min ümidə can": Anım Gününə həsr olunan qanvermə aksiyası başladı - FOTOLAR
Gələn ilin büdcə layihələri Prezidentə təqdim olunacaq
Bakcell-də hədiyyə mövsümü başladı
Təhsil işçilərinə nağd pul kreditində 7%-dək endirim
"Formula 1" üzrə Azərbaycan Qran-prisi başladı
Bank kartları ilə bağlı - Daha bir qadağa
Formula 1: xarici turistlərin sayı rekord həddə çatdı
Tiktokda söyüş söyən "Sarışın gözəl" həbs olundu
Kəngərlidə avtomobil qəzası oldu, körpə öldü