Əli Əsədov yeni qərar imzaladı
Nazirlər Kabineti 11 aprel 2025-ci il tarixli qərarı ilə təsdiq edilmiş "Aviasiya personalına şəhadətnamələrin, vəsiqələrin və ya sertifikatların verilməsi və digər dövlətdə verilmiş analoji sənədlərin tanınması Qaydaları"nda dəyişiklik edib.
azxeber.com xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.
Qərara əsasən, ərizəçinin müraciəti əsasında Rəqəmsal İnkişaf və Nəqliyat Nazirliyi yanında Dövlət Mülki Aviasiya Agentliyi onun digər üzv dövlət tərəfindən verilmiş şəhadətnaməsini Konvensiya, Konvensiyaya 1 nömrəli Əlavə və "Doc 9379, dövlətin aviasiya personalının sertifikatlaşdırma sisteminin yaradılması və idarə olunması üzrə prosedurlara dair vəsait" sənədinin tələblərinə uyğun olaraq Azərbaycan Respublikasının aviasiya personalına məxsus şəhadətnaməyə
konvertasiya etmək hüququna malikdir.
Konvertasiya prosesində Agentlik ərizəçidən onun mövcud şəhadətnaməsinə uyğun olaraq əlavə təlim və ya imtahanlardan keçməyi tələb etmək hüququna malikdir.

Yağışa görə bu oyun təxirə düşdü
Azərbaycan millisinin heyətində dəyişiklik
Özgür Özəl İlham Əliyevi təbrik edib
Azərbaycanda inək və toyuqlarla bağlı yeni qərar – Məqsəd bu imiş
Qızıl ucuzlaşdı: Azərbaycanda qiymətlər aşağı düşəcək? – İqtisadçıdan AÇIQLAMA
Qızıl və gümüş bahalaşdı
Ərdoğandan yeni bəyanat – İlham Əliyevlə görüşün mühüm detalları üzə çıxdı
Nuran yeni layihəsini təqdim etdi
Sərdar Ortaçdan Tarkana SƏRT MESAJ: "1 nömrə mənəm
Azərbaycanın həmmüəllifi olduğu qlobal hesabat COP31-də təqdim olunub
Avropada həyəcan təbili: Trampın Rusiya ilə "böyük sövdələşməsi" nəyi dəyişəcək?
Şimali Kiprin tanınması üçün... - Ərdoğan
Yardımlıda məktəb direktoru vəfat etdi
Üç ay əvvəl atası vəfat edən gənc qız qəfil öldü