Əli İnsanov İlham Əliyevin prezidentliyə namizədliyini dəstəkləyir
Haqq Ədalət Partiyasının Mərkəzi Qərargahında partiyanın İdarə Heyətinin geniş tərkibdə iclası keçirilib.
KONKRET.az xəbər verir ki, iclasda İdarə Heyətinin üzvləri, HƏP Bakı şəhəri rayonları və Abşeron rayonu təşkilatlarının sədrləri, Respublika Regional Mərkəzlərin rəhbərləri (5 nəfər onlayn), HƏP Ali Məclisinin sədr müavinləri, HƏP Ali Məclisinin 14 komissiya sədrləri, HƏP Mərkəzi İcra Aparatının müavinləri, HƏP Sədrinin müşavirləri, Ağsaqqallar Şurası, Qadınlar Şurası və Gənclər Təşkilatının rəhbərləri və partiyanın aparıcı üzvləri iştirak ediblər.
İclası giriş sözü ilə HƏP sədri Əli İnsanov qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının 7 dekabr 2023-cü il tarixli sərəncamı ilə 2024-cü il fevralın 7-də Azərbaycanda növbədənkənar Prezident seçkilərinin keçirilməsi qərara alınıb. 2023-cü il dekabrın 15-də hakim Yeni Azərbaycan Partiyası İdarə Heyətinin geniş iclasında Prezident seçkilərində Yeni Azərbaycan Partiyasının Sədri, Azərbaycan Respublikasının Prezidenti, Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyevin namizədliyi irəli sürülüb və yekdilliklə qəbul edilib.
Əli İnsanov deyib ki, İlham Əliyevin növbədənkənar Prezident seçkilərində namizədliyi barədə YAP-ın qəbul etdiyi qərarı dəstəkləməliyik: "Azərbaycan Respublikasının Prezidenti, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyevin respublikamıza rəhbərlik etdiyi 20 ildə həyata keçirdiyi işlər və böyük nailiyyətlər bizə tam əsas verir ki, deyilən qərarı dəstəkləyək və müvafiq qərar qəbul edək".
İclasın sonunda Haqq Ədalət Partiyası adından 2024-cü il fevralın 7-də keçiriləcək Prezident seçkilərində İlham Əliyevin namizədliyinin dəstəklənməsi barədə yekdilliklə qərar və bəyanat qəbul edilib.
Xidmetler [newsid: 0-123300]

"Şəfa" "Araz-Naxçıvan"a, "Zirə" "Qəbələ"yə qarşı
Məşhur aktrisa vəfat etdi
39 yaşlı kişi evində ölü tapıldı
Türkiyədə mikroavtobus faciəsi - 9 ölü
Almaniyada kiçik təyyarə qəzaya uğrayıb, iki nəfər ölüb
Mingəçevirdə yük maşını bataqlıqda batdı
Ərdoğan sabah Qarabağa gəlir
Bu hərbçilərə ali hərbi rütbələr verildi - Adlar
Trampın planları alt-üst ola bilər – Seçkilərdən sonra nə dəyişəcək?
Ronaldu "Ən-Nəsr"lə bağlı qərarını verdi
Milanda işləmək də yoxsulluqdan xilas etmir: Xeyriyyə yardımı alan hər üç nəfərdən biri iş sahibidir
Azərbaycanda 'xruşşovka'ların sökülməsinə hazırlıq gedir?
TuranBank Zəfər Günü ərəfəsində təşkil edilən ağacəkmə aksiyasında iştirak etdi
İlham Əliyev və Mehriban Əliyeva Zəngilanda