Əlikram Bayramov övladının ölümündən danışdı: 'Çox peşmanam
"1998-ci ildə oğlan övladım doğulandan sonra dünyasını dəyişdi. Mən isə o ərəfədə Rusiyada idim. Ora toya pul qazanmaq üçün getmişdim. And içmişdim ki, qazandığım pula özümə avtomobil alacam. Əslində isə ailəmi yaxşı dolandırmaq üçün Rusiyaya getmişdim. O zamanlar heç mən tanınmırdım. Biz kənddə yaşayırdıq. Bu, mənim ikinci övladım idi. Birinci oğlum Qalibdir".
Bu sözləri Əlikram Bayramov qonaq olduğu "7 tamam" verilişində danışıb.
26 il əvvəl övladını itirən sənətçi yaşadığı həmin anları danışaraq, bu itkiyə görə, hələ də peşmançılıq çəkdiyini bildirib:
"Ölən körpə övladımı görə bilmədim. Rusiyadan Vətənə geri dönəndə artıq qardaşımla bacım uşağı dəfn etmişdilər. İllər keçməsinə baxmayaraq bu hadisədən sonra özümü bağışlaya bilmirəm. Bu hadisədən sonra övladım olmadı. Allah sanki məni cəzalandırdı. Əslində günah iş görməmişdim. Əgər mən xanımım Tünzalənin yanında qalsaydım, heç yerə getməsəydim, bəlkə də bu hadisə olmayacaqdı. Xanımım anam və qardaşımla qaldı.
Anam yaşlı qadın idi. Həyat yoldaşım evdə tək qalmışdı. Qardaşım da qonşuda olub. Xəstəxanaya gec çatdırıldığına görə, körpəmizi itirdik. Sonra oğlum Qalibi universitetə daxil olan kimi evləndirdim. İndi onun dörd uşağı mənim isə dörd nəvəm var".//Bizim.Media / azxeber.com
Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

AQEM platformasında Azərbaycanın siyasi mesajları və strateji prioritetləri
Bu gün Füzulinin işğaldan azad olunmasından altı il ötür
Ramiz Mehdiyev YAP Veteranlar Şurasından çıxarıldı
ABB-də nə baş verir? – Vətəndaşın pulu yoxa çıxıb
DİQQƏT: Bankdan kredit ala bilmirsinizsə, səbəb bu ola bilər
Bir ailənin üzvləri qəzaya düşdü - Ölənlər və yaralananlar var
"Qarabağ" "Neftçi"yə, "Qəbələ" "Sabah"a qarşı
PAŞA Bankın dəstəyi ilə ölkəmizdə növbəti yaşıllaşdırma və gənc iş adamlarına dəstək layihəsi həyata keçirilib
"Neftçi" yenidən önə keçdi - Canlı-Yenilənir
Günel Bədəlovaya yüksək vəzifə verildi
İCMA nümayəndələri Yaponiyada Azərbaycan səfiri ilə görüşüblər - FOTOLAR
Zaqatalada dəhşət: rus sürücü TIR-la qadının üstündən keçdi
Bərdədə dəhşət: Sanitar huşsuz pasiyenti 40 dəqiqə döyüb, xəstəxananı şantaj etdi
Prezidentin mesajı: Müharibə cinayətləri cəzasız qalmamalıdır
Biz eyni ananın iki oğluyuq - Dövlət Bağçalıdan Azərbaycana təbrik