Əliyev ermənilər elə qorxudub ki, Paşinyan gedənə qədər... - ŞOK AÇIQLAMA
Paşinyanın istefasının başqa alternativi olmadığından uğur qazanacağımıza əminəm.
Publika.az xəbər verir ki, bunu Ermənistan parlamentinin deputatı İveta Tonoyan deyib.
O bildirib ki, Paşinyanın istefası uğrunda gedən mübarizənin nəticə verib-vermədiyini qiymətləndirmək hələ tezdir: "Bu mübarizə davam edir və mən Paşinyanın istefasının başqa bir alternativi olmadığı üçün uğur qazanacağımızdan daha çox əminəm. Bu gündəm təkcə Çiçəklənən Ermənistan partiyası, parlamentdənkənar qüvvələr, Katolikos, keçmiş prezidentlər və baş nazirlər, müxtəlif ictimai dairələr tərəfindən qurulmayıb. Bu, ölkəmizin milli təhlükəsizliyidir. Qarabağ itirildikdən sonra Ermənistanın ərazi bütövlüyü, Göyçə və Sünik bölgələrinin bir sıra yaşayış məntəqələrinin və sakinlərinin taleyi təhlükə altındadır, bu səbəbdən Nikol Paşinyan Ermənistanın təhlükəsizliyinin qarantı ola bilməz. Mübarizə qanun çərçivəsində bütün mümkün yollarla davam edəcəkdir. Bütün yollardan istifadə ediləcək".
İveta Tonoyan qeyd edib ki, bu gün Nikol Paşinyanın istefası, müvəqqəti hökumətin qurulması və erkən seçkilərin keçirilməsi xaricində başqa bir siyasi gündəm yoxdur.
Qeyd edək ki, ötən gün Bakıda keçirilən hərbi paradda İlham Əliyev İrəvan, Zəngəzur və Göyçənin tarixi Azərbaycan torpaqları olduğunu söyləmişdi: "Sonra müasir Ermənistan ərazisində yaşayan azərbaycanlılar doğma yurdlarından qovuldu. Zəngəzur, Göyçə, İrəvan - bunlar hamısı tarixi Azərbaycan torpaqlarıdır. Xalqımız orada əsrlər boyu yaşayırdı, lakin Ermənistan rəhbərliyi yüz minlərlə azərbaycanlını doğma torpaqlarından didərgin saldı. Sonra eyni mənzərə Qarabağda - Xocalı soyqırımı, Dağlıq Qarabağ ərazisini Ermənistanla birləşdirən Şuşa və Laçının ələ keçirilməsində müşahidə edildi".
Zümrüd
Turlar.az [newsid: 0-123300]

Premyer Liqa: VI tura bu gün iki oyunla yekun vurulacaq
Sumqayıtda 67 yaşlı kişi bıçaqlandı: Həyat yoldaşı saxlanıldı
Bakıda bu şirkətə 16 min dollar cərimə yazıldı
"Neftçi"nin tanınmış futbolçusu vəfat etdi - FOTO
"Trabzonspor" "Qalatasaray"ı darmadağın edib
Elçin Yusubov Qarabağ bölgəsinin Rumıniya regionları ilə əlaqələrinin qurulmasını müzakirə edib - FOTOLAR
Prezident keçmiş futbolçunu fəxri diplomla təltif etdi
İllər sonra açılan "Kurtlar Vadisi" sirri - Kozinoğlu obrazını canlandıran aktyor İLK DƏFƏ DANIŞDI
66 yaşlı kişini motosiklet vurub öldürdü
Ərdoğan sabah ABŞ-yə səfər edəcək
Məşhur aktrisa vəfat edib
Üçü Bakıda, biri İrəvanda - O biri isə qəbiristanlıqda... - FOTO
Hər kəsin istifadə etdiyi ağrıkəsici ilə bağlı - Xəbərdarlıq
"Əsrin müqaviləsi"nin imzalanmasından 32 il keçir
Bağça müəllimlərinin sertifikasiyası ilə bağlı TARİX açıqlandı