"Əliyev və Ərdoğan qarşılarında kimin dayandığını bilirlər" - Kiviryan
"Əgər hakimiyyət "Artsax"la bağlı danışıqlar aparmamalı olduğunu deyirsə, o zaman 9 noyabr bəyanatını imzalamamalı idilər".
KONKRET.az xəbər verir ki, bunu erməni politoloq Argişti Kiviryan deyib.
Onun sözlərinə görə, Əliyev Ermənistandan 50 milyard dollar məbləğində təzminat tələb edəcək.
"Ermənistanda ayıq qüvvələr hakimiyyətə gəldikdən sonra araşdırma aparmaq və anlamaq lazımdır ki, bu adamlar kimin maraqlarını təmsil edir. Paşinyanın seçdiyi yol real dünyaya aparmır. Əvvəldən də aydın idi və zaman keçdikcə də aydınlaşır. Ermənistan hakimiyyətinin indiki siyasəti Azərbaycanı yeni müharibəyə başlamağa daha da ruhlandırır", – deyə Kiviryan bildirib.
Erməni politoloq əlavə edib ki, daimi güzəştlər müttəfiqlər arasında da suallar yaradır.
"Paşinyan nə ətrafında danışıqlar apardığını belə bilmir. Hansı sovet xəritələrindən danışırıq? Azərbaycan Sünikə, Sevanın yarısına, hətta İcevan şəhərinə də iddia edir. Bu, Azərbaycanın strateji hədəfləridir. Paşinyan və komandası belə bir fikrin daşıyıcısıdır ki, Ermənistan öz tələblərindən əl çəksə, rəqiblər də öz tələblərindən əl çəkəcəklər. Amma həyat göstərdi ki, bu ideya əsassızdır", – deyə Kiviryan əlavə edib.
Erməni politoloq hesab edir ki, Ermənistan Ərdoğanın andiçmə mərasimində ancaq Xarici İşlər Nazirliyi səviyyəsində təmsil olunmalı idi:
"Əliyev və Ərdoğan qarşılarında kimin dayandığını bilirlər. Bilirlər ki, bu şəxs (Paşinyan-red.) öz hakimiyyəti naminə ölkənin maraqlarını qurban verməyə hazırdır. Hakimiyyətin siyasəti nəticəsində Ermənistan Azərbaycanın əlavəsinə çevrilib. Ona görə də inaqurasiya zamanı Paşinyan Əliyevin arxasında yerləşdirilib", – deyə Kiviryan fikrini yekunlaşdırıb.
Günel Mikayılova,
KONKRET.az

Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə paylaşım olunub
"Sabah" doğma meydanda xal itirdi
"Şəfa" "Araz-Naxçıvan"a, "Zirə" "Qəbələ"yə qarşı
"Zəfər turu": "İmişli" "Sumqayıt"a, "Sabah" "Şamaxı"ya qarşı
Məşhur aktrisa vəfat etdi
40 yaşlı bank əməkdaşı futbolda ürəktutmadan öldü
Tramp Pekinin köməyi ilə iki müharibəni bitirməyə çalışır
"KamAz" dəmir maneələrə çırpıldı - Sürücü öldü
Türkiyədə mikroavtobus faciəsi - 9 ölü
Benzin qiyməti kəskin ucuzlaşdı
Ronaldu "Ən-Nəsr"lə bağlı qərarını verdi
Bu hərbçilərə ali hərbi rütbələr verildi - Adlar
Ərdoğan sabah Qarabağa gəlir
Milanda işləmək də yoxsulluqdan xilas etmir: Xeyriyyə yardımı alan hər üç nəfərdən biri iş sahibidir
TuranBank Zəfər Günü ərəfəsində təşkil edilən ağacəkmə aksiyasında iştirak etdi