Əliyev Zəngəzur dəhlizinin açılışı ilə bağlı yeni planlar hazırlayır - Erməni KİV
Ermənistan mətbuatında Prezident İlham Əliyevin bu gün imzaladığı "Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı" gündəm olub.
KONKRET.az xəbər verir ki, erməni KİV Prezidentin sərəncamını belə şərh edib:
"Zəngəzur dəhlizinin açılışı Naxçıvanda dəmir yolu infrastrukturunun yenilənməsini zəruri edir. Bu barədə İlham Əliyevin bu gün təsdiq etdiyi NMR-in 2023-2027-ci illər üçün Dövlət İnkişaf Proqramında deyilir.
Sənədə əsasən, dəmir yolu infrastrukturu yenidən qurulacaq, eləcə də təhlükəsiz və sürətli daşıma xidməti təmin ediləcək.
Türkiyədən Naxçıvana qaz kəmərinin çəkilməsi də nəzərdə tutulub. Layihə SOCAR tərəfindən həyata keçirilir.
Bundan əlavə, Naxçıvan-Türkiyə yüksək gərginlikli elektrik verilişi xətlərinin çəkilməsi nəzərdə tutulur.
Qeyd etmək lazımdır ki, söhbət Ermənistan hakimiyyətinin istisna etməkdə davam etdiyi bir prosesdən gedir …" – deyə məqalədə qeyd olunub.
Günel Mikayılova,
KONKRET.az

Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə paylaşım olunub
"Sabah" doğma meydanda xal itirdi
"Şəfa" "Araz-Naxçıvan"a, "Zirə" "Qəbələ"yə qarşı
"Zəfər turu": "İmişli" "Sumqayıt"a, "Sabah" "Şamaxı"ya qarşı
Məşhur aktrisa vəfat etdi
40 yaşlı bank əməkdaşı futbolda ürəktutmadan öldü
Tramp Pekinin köməyi ilə iki müharibəni bitirməyə çalışır
"KamAz" dəmir maneələrə çırpıldı - Sürücü öldü
Türkiyədə mikroavtobus faciəsi - 9 ölü
Benzin qiyməti kəskin ucuzlaşdı
Ronaldu "Ən-Nəsr"lə bağlı qərarını verdi
Bu hərbçilərə ali hərbi rütbələr verildi - Adlar
Ərdoğan sabah Qarabağa gəlir
Milanda işləmək də yoxsulluqdan xilas etmir: Xeyriyyə yardımı alan hər üç nəfərdən biri iş sahibidir
TuranBank Zəfər Günü ərəfəsində təşkil edilən ağacəkmə aksiyasında iştirak etdi