Əliyevin 6 il öncə dedikləri gerçəkləşir
Türk Dövlətləri Təşkilatının (TDT) Qəbələdə keçirilən "Regional sülh və təhlükəsizlik" mövzusundakı zirvə toplantısında əsas gündəm mövzularından biri Vaşinqton anlaşması – Zəngəzur dəhlizi olacaq. Bunu şərtləndirən iki amil var:
KONKRET.az xəbər verir ki, bu sözləri Asif Nərimanlı deyib:
Birincisi, Bakı və İrəvanın sülh sazişini paraflaması ilə Cənubi Qafqazda yeni mərhələyə start verilir və Əliyev müttəfiqləri ilə bu dövrün reallıqlarını müzakirə etməli, TDT çərçivəsində "saatlar yoxlanılmalıdır";
İkincisi, Zəngəzur dəhlizinin açılması perspektivi – bu, ABŞ-ın nəzarət edəcəyi TRİPP çərçivəsində olsa belə – türk dünyasının coğrafi parçalanmasını aradan qaldıracaq: Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının 2009-cu ildə məhz Naxçıvanda təsis edilməsindəki əsas hədəflərdən biri məhz bu idi, Əliyev isə 10 il sonra – Türk Şurasının (TDT-nin əvvəlki adı) 2019-cu ildə keçirilən Bakı zirvəsində "Zəngəzur bölgəsinin Azərbaycandan alınaraq, Ermənistana verilməsi böyük türk dünyasını coğrafi baxımdan parçaladı" sözləri ilə bu hədəfi açıq şəkildə elan etdi; 2020-ci il müharibəsi və postmünaqişə dövrünün diplomatik mübarizəsinin sonunda Zəngəzur dəhlizinin reallaşması – türk coğrafiyasının coğrafi parçalanmasına son qoyulması hədəfinə doğru böyük məsafə qət edilib, bu baxımdan, Qəbələ zirvəsinin gündəmi 100 il sonra tarixin axarının dəyişməsi/dəyişə biləcəyi fonunda xüsusilə aktualdır;
Coğrafi parçalanmanın aradan qalxması perspektivində imkanlardan doğru yararlanmaq üçün TDT hadisələrin gedişinə uyğun davranmaqdan, proseslərin inkişafına yön verməlidir:
– Zəngəzur dəhlizinin açılması ilə türk dünyasında əldə olunacaq coğrafi bütövlükdə səflər sıxlaşdırılmalı, inteqrasiya dərinləşməlidir;
– Coğrafi bütövlükdən Orta dəhlizin aktuallığının artırılmasında istifadə edilməli və bu marşrut xətti üzərində siyasi, iqtisadi, hətta hərbi balansın tərs yöndə dəyişməsinə imkan verilməməlidir;
Liderlərin Qəbələ zirvəsinin pərdəarxası müzakirəsində bu istiqamətlər strateji əhəmiyyətə malikdir.
Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Qaxda 7 nəfər göbələkdən zəhərləndi - 5-i Bakıya göndərildi
Keçmiş məmur oğlu HƏBS EDİLDİ - ŞOK SƏBƏB
Ağ çörək və ağ düyünün görünməyən təhlükəsi: Bir vaxtlar milyonlarla insanı xəstələndirən vitamin çatışmazlığı
44 günlük müharibədə türk generalları nə edib? – Faktlarla CAVAB
Prezident onları təltif etdi - Adlar
Prezident İlham Əliyevin rəsmi sosial şəbəkə hesabları: Oxucuların nəzərinə
Ceyhun Bayramov Türk Dövlətləri Sivilizasiya Parkının açılış mərasimində iştirak edib
Bakıda restoranda 14 nəfərin qidadan zəhərləndiyi iddia olunur
Bakıda yaşlı qadını avtomobil vurdu
Noyabrda 11 gün iş olmayacaq
SON DƏQİQƏ: "Qarabağ"ın mübahisə edən iki legioneri barədə SƏRT QƏRAR
Onları qovmaq istəyən müdirlər cərimələnə bilər – 5000 AZN
Bəziləri az, bəziləri çox ödəyəcək – Bu şəxslər üçün YENİ QƏRAR
"Parker Russell Azerbaijan" "2026-cı ilin ən yaxşı konsaltinq şirkəti" mükafatına layiq görülüb - FOTO
Bir ekosistemi Qarabağ sakinləri üçün yeni məşğulluq layihəsinə start verib