Əliyevin bu sözləri Ermənistanı lərzəyə gətirdi: Müharibə BİTMƏDİ, ƏKSİNƏ...

Əliyevin bu sözləri Ermənistanı lərzəyə gətirdi: Müharibə BİTMƏDİ, ƏKSİNƏ...Azərbaycanın Ermənistana qarşı mübarizəsi bitməyib, sadəcə hərbi platformadan psixoloji istiqamətə köçürülüb.
Publika.az xəbər verir ki, bunu Vətən Partiyasının üzvü Vardan Voskanyan deyib.
O bildirib ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın paradda iştirakı da Ermənistana qarşı hərbi əməliyyatlarının başa çatmadığını göstərir.

"Bu cür hərəkət Ermənistanda düşmən dövlətə qarşı nifrəti daha da artırır. Mən inanıram ki, Ermənistanda belə bir nifrət var və bu nifrətin obyektiv səbəbləri var, çünki bu biabırçı sənədin imzalanmasından sonra da Azərbaycan tərəfi Türkiyənin dəstəyi ilə həqiqətən psixoloji cəbhədə əməliyyatlar həyata keçirir. Bu, Azərbaycan-Türkiyə ittifaqının bizimlə müharibəni bitirmədiyi, sadəcə onu psixoloji bir platformaya köçürdüyünə dair əlavə bir göstəricidir", - Voskanyan deyib və əlavə edib ki, Azərbaycan hər şeydən xəbərdardır.
V.Voskanyan qeyd edib ki, Ermənistanın müvafiq qurumları cəmiyyəti daxildən parçalamağa yönəlmiş bu psixoloji müharibəyə adekvat cavab verə bilmir.
"Ermənistanda cəmiyyətin əhval-ruhiyyəsində hər şeyin bitdiyi, Azərbaycan və Türkiyənin istədiklərini əldə etdikləri xəyalını yaratmağa cəhd edilir. Ancaq bu heç də belə deyil. Sunik, eyni zamanda, geniş Azərbaycan-Türkiyə proqramının vacib bir hissəsidir və təsadüfi deyil ki, Əliyev öz terminologiyasında Sunik, Sevan və İrəvan mənasını verən Zəngəzur, Göyçə və İrəvan haqqında danışır. Bu həm də Ermənistana qarşı Azərbaycan-Türkiyə siyasətinin davam edəcəyini göstərir və təəssüf ki, səlahiyyətlilərimiz yenə də layiqli cavab verməyə, cəmiyyətimizdə adekvat əhval-ruhiyyə formalaşdırmağa hazır olmadıqlarını nümayiş etdirir. Əslində mövcud hökumət özünü tamamilə hərəkətsizliyə həsr edib və məcazi mənada Ermənistanın qapıları indi düşmən təbliğatına, düşmənçilik fəaliyyətlərinə açıqdır", - o qeyd edib.
Zümrüd

Dünya       Tarix: 11 dekabr 2020
f Paylaş

Oxşar xəbərlər

ABŞ 20-dən çox rus PUA-sını vurdu

Suriya və Ukrayna üzərində uçan rus istehsalı "Lancet" pilotsuz aparatları naməlum silahlarla vurulub. -a istinadla xəbər verir ki, bu barədə Çin mediası məlumat yayıb. Rusiyanın PUA texnologiyasını öyrənmək istəyə

Tokayev gənclərə ÇAĞIRIŞ ETDİ: "Həyatınızı zəhərləməyin"

Xəbər verdiyimiz kimi Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev hökumətin Manqistau vilayətində maye qazın qiymətinin aşağı salınması qərarından sonra nümayişçilərə müraciət edib. TASS-a istinadla xəbər verir ki, o, müraciətind

Tələblər yerinə yetirilməsə, Saakaşvili aclığa başlayacaq

Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili əcnəbi həkimlərin və vəkillərin onunla məxfi görüşməsinə icazə verilməsini tələb edir. Əks təqdirdə, siyasətçi yanvarın 6-da yenidən aclıq aksiyasına başlayacaq. -a istinadl

Rusiya qırıcıları İdlibi bombaladı

10 ildən artıqdır ki, zorakılıq və xaosun davam etdiyi Suriya yeni ildə qarşıdurmalara və hücumlara səhnə olur. "Reuters" Rusiya qırıcılarının ötən gecə İdlibi bombaladığı barədə xəbər yayıb. xəbər verir ki, "Reuters"

NATO-Rusiya Şurasının iclası bu tarixdə keçiriləcək

Rusiya-NATO görüşü yanvarın 12-də keçiriləcək. xəbər verir ki, bu barədə "Röyters" agentliyi Şimal Alyansının rəsmi nümayəndəsinə istinadən məlumat yayıb. Görüşün yeri məlum deyil, lakin bunun münasibətlərin aydınlaşmas

Avropa iki aydan sonra qazsız qala bilər

"Avropanın şaxtalı hava və anbarlardakı mavi yanacaq ehtiyatlarının az olması səbəbindən yaxın iki ayda qazsız qalma riski var". xəbər verir ki, bu barədə "Bloomberg" nəşrində dərc edilən məqladə yer alıb

Pentaqon rəhbəri koronavirusa yoluxdu

ABŞ Müdafiə naziri Lloyd Ostin koronavirusa yoluxub. xəbər verir ki, bu barədə Pentaqonun rəsmi saytında yerləşdirilmiş bəyanatda deyilir. Qeyd olunur ki, nazir məzuniyyətdə olarkən özündə koronavirusun əlamətlərini his

Tokayev hökuməti istefaya göndərdi - YENİLƏNDİ

Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev hökumətin istefasını qəbul edib. xəbər verir ki, bu barədə dövlət başçısının mətbuat xidmətinin yaydığı sərəncamda deyilir. Nazirlər Kabinetinin üzvləri hökumətin yeni tərkibi təsdi

"Taliban"la Türkmənistan sərhədçiləri arasında TOQQUŞMA

Ötən ilin avqustunda Əfqanıstanda hakimiyyəti ələ keçirmiş "Taliban" hərəkatının silahlıları ilə Türkmənistan sərhədçiləri arasında atışma olub. Bu barədə Əfqanıstanın "Hasht-e subh" qəzeti yazıb. Qəze


yeni xeberler son xeberler azerbaycan xeberleri xeber xeber.az son xeberler xəbər cəbhədən şad xəbər