Elm və təhsil naziri: 'Müəllimə qızıl hədiyyəsi vermək ayıbdır
"Müəllimə dəyər vermək lazımdır, bunu açıqca və ya gül dəstəsi ilə etmək olar".
azxeber.com xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev noyabrın 30-da keçirdiyi brifinqdə deyib.
O bildirib ki, qızıl hədiyyə vermək düzgün deyil:
"Biz hədiyyə məsələsinə yalnız şikayət olacağı təqdirdə müdaxilə edə bilərik. Amma bütün valideynlərə təzyiq göstərə bilmərik. 8 Mart - Beynəlxalq Qadınlar Bayramı ərəfəsində valideynlərə müraciət etdim ki, müəllimə, pul verməyin. Amma nə müşahidə etdik? Valideynlər yenə də hədiyyə verdi. Hesab edirəm ki, valideynlərdə davranış mədəniyyəti hələ də tam formalaşmayıb. Nazirlik 3 milyon insana nəzarət edə bilməz. Müəllimə hansısa məclisdə qızıl verirlərsə nazir olaraq bunun qarşısını necə ala bilərəm? Müəllimə diqqət göstərmək ayıb deyil, açıqça, gül vermək olar. Amma qızıl vermək ayıbdır. Biz bunu qınaya bilərik".

Prezident Fəxri Kazımovu vəzifəsindən azad etdi
Ermənilərin muradı gözündə qaldı: "İrəvanla Aİ arasında vizasız rejim hələ tezdir"
Bu yolda sürət həddi müvəqqəti endirildi - Sürücülərin diqqətinə
Şəkər xəstəsidir, çəkini saxlaya bilmir - Sibel Canın kökəlməsinin səbəbi
Azərbaycanın aparıcı maliyyə və texnologiya liderlərindən "MoveUP" təşəbbüsü
Misir Mərdanov BDU-da dəyişiklik etmək istəyir
İpoteka Fondunun yeni sədri Osman Xaliyev kimdir? – DOSYE
"Azeri Light"ın qiyməti 104 dollara düşdü
"Fənərbağça" uduzdu, azarkeşi ürəktutmadan öldü
Prezident Osman Xaliyevi sədr təyin etdi
İlham Mirzəyev xəstəxanaya yerləşdirildi: 'Haqqınızı halal edin
"Xankəndi" klubunda yeni təyinat
Millimiz Moldova yığmasına uduzdu
"1-ci Ailə Kuboku" baş tutdu - FOTOLAR