Elmar Məmmədyarov: "Danışıqlarla Rusiya sülhməramlılarının ərazilərimizdən çıxarılmasını təmin edə bilərik
"Qarabağın statusunu Azərbaycan müəyyən etməlidir. Necə bizim digər rayonlarımız var, eləcə də Qarabağ rayonu olmalıdır".
azxeber.com xəbər verir ki, bunu sabiq xarici işlər naziri Elmar Məmmədyarov Baku TV-də yayımlanan "Üzbəüz" verilişində qonaq olarkən deyib.
O bildirib ki, Qarabağda Rusiya sülhməramlılarının olması qorxulu deyil, vaxtilə Qəbələdə də Rusiya əsgərləri dayanmışdı:
"Amma danışıqlardan sonra Rusiya əsgərləri Qəbələdən çıxdılar. Bu o demək deyil ki, rusiyalı sülhməramlılar həmişə orada qalacaq. Əgər siyasi rəhbərliyimiz qərar qəbul etsə ki, təhlükəsizlik məsələsini özümüz təmin edə bilərik, Rusiya əsgərlərinin orada qalmasının mənası olmur. Diplomatik danışıqlar əsasında biz Rusiya sülhməramlılarının oradan çıxarılmasını təmin edə bilərik".
"Əsas odur ki, erməni əhalisi tam şəkildə Azərbaycan vətəndaşlığını qəbul etməlidir. Nikol Paşinyan deyir ki, söhbət ermənilərin hüququndan gedir. Bu, düzgün deyil. Millətindən asılı olmayaraq bütün Azərbaycan vətəndaşının hüquqları qorunur. Onlar bilməlidirlər ki, erməni əhalisi Azərbaycan vətəndaşı olmaqla qazanacaq, nəinki separatçılıq yaratmağa davam etməklə", - deyə E.Məmmədyarov qeyd edib.

İmişlidə zavodda GÜCLÜ YANĞIN - FOTO
Gəncədə yol qəzası - xəsarət alanlar var - Foto
Rusiyanın hücumu: Azərbaycanlı həlak oldu
Kiyev bazarına dron hücumu-Kürdəmir sakini həlak oldu
Azərbaycan XİN-in rəhbər heyəti Zəfər parkını ziyarət edib
Mahir Məmmədov yenidən vitse-prezident seçildi
"Gələcək nəsil Qarabağda yaşananları bilməlidir
"Zəfəri xatırlayarkən onun bədəlini unutmamalıyıq" – Polkovnik-leytenant
"Anım Günü yasla qürurun bir araya gəldiyi gündür" – Deputat
Vuçiç istefa verdi
Türkiyə səfirliyi: Şəhidlərimizi minnətdarlıqla yad edirik
Ərdoğan: Qarabağ Azərbaycan torpağıdır, əbədi olaraq belə də qalacaq
Əsas maraq Bakı Şəhər Halqasının unikallığına görədir - FIA prezidenti