Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurasının növbəti iclası keçirildi
Martın 18-də Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktoru Ülkər Səttarovanın sədrliyi ilə Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurasının növbəti iclası keçirilib.
azxeber.com EATDAya istinadən xəbər verir ki, iclasda 35 elm və ali təhsil müəssisəsi tərəfindən təqdim olunmuş, Şuranın katibliyi tərəfindən sistemləşdirilmiş 150-dən çox dissertasiya mövzusu üzrə rəy və təkliflərə baxılıb. Müzakirələrin yekununda mövzular açıq səsvermə yolu ilə təsdiq edilib.
Daha sonra elmi ictimaiyyət üçün etik qaydaları və akademik dürüstlük prinsiplərini özündə əks etdirən "Elmi etika kodeksi"nin layihəsi müzakirəyə çıxarılıb və yekdilliklə təsdiqlənib.
İclasda, həmçinin ölkədə doktorantura təhsilinin keyfiyyətinin artırılması məqsədilə tədqiqat layihəsinin həyata keçirilməsi və müvafiq tövsiyə sənədinin hazırlanması qərara alınıb.
Sonda Şuranın iclaslarında müzakirəyə çıxarılacaq qərar layihələrinin hazırlanması, habelə qəbul olunmuş qərarların icrasına nəzarətin təmin edilməsi məqsədilə işçi qrupun yaradılması məsələsinə baxılıb, tərkiblə bağlı təkliflər irəli sürülüb və müvafiq qərar qəbul olunub.
"Elmi etika kodeksi" ilə tanış olmaq üçün linkə keçid etmək mümkündür: .

Əməkdar müəllim vəfat etdi
Azərbaycanla Vyetnam arasında yeni dövr başlayır – MÜHÜM AÇIQLAMA
Binəqədidə ağır qəza: İki avtomobil toqquşdu
Ən çox qazanan türkiyəli futbolçular açıqlandı - Siyahı
61 yaşlı aktyorun 40 yaşlı həmkarı ilə çəkildiyi serial bu tarixdə başlayır
Ronaldo 986-cı qolunu vurdu, penalti qaçırdı, komandası məğlub oldu
"Vyetnamla tərəfdaşlıq Azərbaycanın iqtisadi potensialını genişləndirəcək
Bu şəxslərə müjdə: Güzəştli kreditlər veriləcək
Türkiyə siyasətində səs-küylü hadisə: Deputatın toxunulmazlığının ləğvi tələb olunur
Orxana narkotik tərkibli dərman satan aptek müdiri tutuldu
Bu ölkə Azərbaycan yanacağına güzəşt tətbiq edəcək
Tanınmış həkim həbs olundu