Elza Manafın bu sözlərinə görə ağlayıb
Əməkdar artist Elza Seyidcahan dünən ARB TV-nin efirində müğənni Manaf Ağayevin müzakirələrə səbəb olan açıqlamasına münasibət bildirib.
Open.az xəbər verir ki, sənətçi "İnstaqram"da Manafın "bizə çörək lazımdır, musiqi əsəri yox" sözlərinə etiraz edərək kədərləndiyini qeyd edib: "Biri var bir qarınlıq, biri də var ki, ümumbəşəri çörək. "Bizə çörək lazımdır, əsər yox". Vay-vay-vay... Çox ağladım. Çünki belə ucuz sözlərlə klassik-milli musiqi ənənələrimizi məhv etmirikmi? Efir əlimizdədir deyə çıxışlarımızda çox ehtiyatlı davranmalı deyilikmi? Axı efir gələcəyimiz, gənclərimiz, balalarımız üçün əsas nümunədir.
Çünki ulularımız, dahilərimizin əzab-əziyyətlə, bir qarınları tox, bir qarınları ac ola-ola xalqımız üçün yaratdıqları gözəl sənət məbədlərini uçuruma yuvarlayıb bədxahlara satmırsınızmı? Yediyimiz bir qarın çörəyi qarnımızda saxlaya bilmiriksə, aldığımız bu villaları, bahalı maşınları, zinət əşyalarını qəbirə apara bilmiriksə, o zaman qarnımız üçün yox, ululardan bizə qalan qiymətli mirası bir qarın çörəyə satmağa dəyərmi?! İndi siz deyin! Bizə bir qarın çörək lazımdır, yoxsa əsər? Ac qarnıma o qədər gözəl əsərlər bəstələmişəm ki, hələ də, o əsərlərim nəslimin, gələcəyimin qarnını doydurur, doyduracaq da.
Fikrət Əmirovun, Arif Məlikovun, Vasif Adıgözəlovun, Tofiq Quliyevin, Tahir Əkbərin, Faiq Nağıyevin, Firəngiz Əlizadənin, Xəyyam Mirzəzadənin, Aqşin Əlizadənin simfonik əsərləri, Nadir Əzimovun vağzalı balladası hələ çox gəlinləri, anaları, musiqiçiləri duyğulandırıb, kövrəldib, xoşbəxt edib qidalandıracaq.
Baxın, əsl çörək budur. Əsərimiz varsa, ümumbəşəri çörəyimiz də var".
/open.az
f Paylaş
Azərbaycanda meymunçiçəyinə yoluxma var? – Rəsmi
Bakıda dəhşətli hadisə:Yeniyetmə ürəyindən VURULDU
Naxçıvanda zəncirvari qəza - Azyaşlı öldü, xəsarət alanlar var
İmran Əliyevə 12 il iş istənildi
Vüsalın qətlini gözləri ilə görüb - "Bıçağı üstünə sürtərək yanımdan keçdi..."
Yaponiyanın böyük imperiya arzusu: Qərbi təqlid etdi, Asiyaya hökmranlıq etdi
Türkiyə ilə viza rejimi tətbiq edilir? - SƏBƏBLƏR
Türk millətçiliyini zəhərləməyə çalışanlar... - Baxçalı
Azərbaycanda balıq bahalaşdı - Qiymətlər
Selena Qomesin səsi dəyişdi: Nədən imtina etdi?
Azərbaycanla Kanadanın aparıcı analitik mərkəzi arasında əməkdaşlıq müzakirə olunub
İran XİN sözçüsündən vahid məktəbli geyimi ilə bağlı - AÇIQLAMA
MM sədri Bişkekdə süni intellekt dövründə parlamentlərarası əməkdaşlığın önəminə diqqət çəkib
Lissabonda Azərbaycan səfirliyinin açılışına hazırlıq müzakirə edilib
Mobil telefonlardan POS-terminal kimi istifadə mümkün olacaq